Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

Franklin Pirs (FRANKLIN PIERCE)

Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. ABŞ- ın 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində dünyaya gəlib. Atası Bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu. Elə də varlı olmasalar da Pirslər övladlarının yaxşı təhsil alması qayğısına qalırdılar. Balaca Franklin ibtidai təhsilini məşhur Bouduin kollecində alır. Kolleci bitirərək üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşı olarkən özəl vəkil kontorunu açır. Bu ərəfədə Bouduin-kollecin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur. Epltonlarla qohumluğu Pirsin gələcək karyerasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.


Davamı →

Millard Fillmor (MILLARD FILLMORE)

Z.Teylor vəfat edən günün səhəri, 1850-ci il iyu­nun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yol­la çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir.


Davamı →

Zakari Teylor (ZACHARY TAYLOR)

Onu bəzən apolitik (siyasətdən kənar) prezident də ad­landırırlar. Doğrudan da C.Vaşinqton və E.Cekson kimi Zakari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə ola­raq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur.

Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının Orinc dairəsində anadan olmuşdur. Amerikada yaşamış ilk Teylor 1620-ci ildə məşhur «Meyflauer» gəmisində Yeni Dünyaya gəlmiş piliqrimlərdən idi.


Davamı →

Ceyms N.Polk (JAMES KNOKS POLK)

ABŞ-ın 11-ci prezidenti Ceyms Noks Polk 2 no­yabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şima­li Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Tennessiyə qayıdaraq Neşvilldə vəkillər kontorunda işləyir. 1824-cü ildə varlı biznesmen, böyük torpaq sahibi mayor Coel Çayldresin qızı Sara ilə ailə həyatı qurmuş, lakin övladları olmamışdır. Saranın ata­sı vəfat etdikdən sonra, onun bütün varidatı, Tennessi və Alabamada malikanələr, çoxsaylı qullar Polklara çatmışdır.


Davamı →

Con Tayler (JOHN TYLER)

XVII əsrin əvvəllərindən Amerikada məskunlaşmış in­gilis əsilli Harrisonlar ailəsindən çoxlu dövlət xadimləri, varli quldarlar, böyük torpaq sahibləri çıxmışdır. Gələcək prezidentin atası Bencamin Harrison İstiqlaliyyət Bəyannaməsinə imza atan şəxslərdən, sonralar 1781-84-cü illərdə isə Virciniya qubernatoru olmuşdu. 


Davamı →

Martin Van Buren

Dünyanın bir çox dillərində özünə vətəndaşlıq hüqu­qu qazanmış «Okey» sözünün qəribə yaranma tarixçəsi var. İstər xalq, istərsə də siyasi dairələrdə böyük nüfu­za malik Ceksonun prezidentlik müddəti bitdikdən sonra növbəti prezidentin kim olacağı ictimaiyyət arasında geniş müzakirə edilir, qəzetlər ətraflı şərhlər verirdilər. Ceksonun yaxın ətrafına daxil olan Martin Van Buren bu vəzifəyə ən şanslı namizəd hesab edilirdi. Hətta qəzetlərdən biri ona Kinderhuk şəhərində anadan olduğu üçün «Qoca Kinder­huk» («Old Kinderhook»), və ya sadəcə «O. K» ləqəbi ve­rir. İlk anda «ən uğurlu variant» mənasında işlənən «O. K» hərf birləşməsi sonradan «hər şey əladır» mənasını alır.


Davamı →

Endrü Cekson (ANDREW JACKSON)

Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi.

15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uoks- hou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin mad­di çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur.


Davamı →

Con Kuinsi Adams (JOHN QUINCY ADAMS)

ABŞ-ın ilk altı prezidenti dövlətin əsas qurucuları he­sab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır. Onların sonuncusu Con Kuinsi Adams 11 iyul 1767-ci ildə Massaçusets ştatının Breyntri şəhərində, ABŞ-ın ikinci pre­zidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun gələcək taleyinin müəyyənləşməsində həlledici rol oy­namışdır. Hələ 17 yaşlı gənc ikən atasını bir çox Avropa ölkələrinə səfərlərində müşayiət etmiş, 1794-cü ildə Haa­qada ölkəsinin səfiri olmuşdur. Bu səfərlər zamanı nəinki müxtəlif məktəb və universitetlərdə öz bilik səviyyəsini artırmış, həm də məşhur Avropa saraylarının siyasi yönü­mü ilə yaxından tanış olmuşdur. Zəngin həyat təcrübəsi, aldığı mükəmməl təhsil onu Amerikanın görkəmli dövlət xadimlərindən biri etmişdir.

Davamı →

Ceyms Monro (JAMES MONROE)

ABŞ-ın 5-ci prezidenti Ceyms Monro 1758-ci il ap­relin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Vaşinqton-Periş şəhərciyində anadan olmuşdur. Virciniyanın digər nüfuzlu siyasətçilərindən fərqli olaraq, atası Spens Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi. Ceyms ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin yanında alır. 16 yaşında Virciniyanın paytaxtı Uilyamsburqa gələrək «Uilyam ənd Meri» kollecində təhsilini davam et­dirir. İstiqlaliyyət müharibəsi başladıqda Kontinental or­dunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik şəhadətnaməsi alır.


Davamı →

Ceyms Medison (JAMES MADISON)

Dünyanın ilk yazılı konstitusiyasının layihəsi Amerika Millətinin iftixarı hesab olunur. Bunun başlıca səbəbi bu konstitusiyanın dünyanın digər demokratik dövlətlərinin konstitusiyaları üçün əvəzsiz nümunə olmasıdır. Tarixdə ilk dəfə olaraq hakimiyyətin bölünməsini özündə ehtiva edən konstitusiyanın müəllifi ABŞ-ın gələcək prezidenti Ceyms Medison idi.

Davamı →