Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Kişilərə nə hədiyyə etməli?

İdeal hədiyyə resepti bu cür olmalıdır: o lazımlı və gözəl olmaqla yanaşı, insanın hər hansı bir çatışmamazlığını büruzə verən ol­mamalıdır. Gözəl hədiyyə seçimi — çox zaman sadə ol­mayan bir tapşırıqdır. Ən çətin isə qarşı tərəfin cinsinə hədiyyə seçməkdir. Sizin tapşırığınızı asanlaşdırmaq üçün kişilərə hədiyyə olunası şeylərin siyahisini təqdim edirik:
  1. Musiqidən xoşu gəlirsə və onun zövqünü bilirsinizsə, musiqi diski
  2. əgər mütaliəni sevirsə, kitab
  3. spirtli içki
  4. teatr və kinoya bilet, əvvəlcədən onun ha­min vaxt boş olduğunu öyrənin

Davamı →

Yetkin qadınla şıltaq qız arasındakı 10 fərq

Yetkinlik daha çox yaşla bağlı olsa da bu göstərici şərtidir. Çünki 23 yaşında olub özünü tamamilə yetkin qadın kimi aparan, amma 43 yaşında olub şıltaq qız kimi davranan xanımlar var. Yaş əsas göstərici deyil, bəs yetkin qadını şıltaq qızdan nələr ayırır?

1Yetkin qadınlar nə geyindiklərindən asılı olmayaraq seksualdırlar. Şıltaq qızlar isə daha seksual görünmək üçün açıq-saçıq geyinməyə üstünlük verirlər.
Yetkin qadınlar qarşısındakı kişini seksual baxımdan cəlb etməyin təkcə açıq-saçıq geyinməkdən ibarət olmadığını bilirlər və buna görə də özlərini seksual göstərmək üçün açıq-saçıq geyinmək kimi problemləri olmur. Yetkin qadın öz reallıqları ilə barışıb və qarşısındakı insanın onun haqda nə düşündüyünü çox da vecinə almır.

2. Yetkin qadınlar sizinlə söhbət edir, düşündüklərini, istəklərini dilə gətirir. Şıltaq qızlar isə kişidən nə düşündüklərini anlamasını gözləyirlər.
Kişilər düşüncələri oxumaq qabiliyyətinə malik deyil. Bunu unutmayın. Yetkin olmayan qızlar adətən kişilərdən belə bir şey gözləyirlər. Öz aləmlərində müəyyən siqnallar göndərib kişidən başa düşməsini gözləyirlər. Amma əsl qadın belə deyil. O demək istədiyini açıq deyir.


Ardı →

Rənglər qadınlar haqda nə deyir?

  • Qadın
Özünüzə tərəf müqabili, həyat yoldaşı seçərkən hər iki tərəf mütləq bir-birinin bütün cəhətlərini və keyfiyyətlərini götür-qoy edir, tərəf müqabillərini mümkün qədər dərindən öyrənməyə çalışır. Lakin insan müəmmalı bir aləmdir, onu axıradək öyrənmək o qədər də asan məsələ deyil. Bu məsələdə bəzən intuisiya, müşahidə qabiliyyəti də kifayət etməyə bilər. Ancaq buna baxmayaraq biz öz obyektimizi öyrənməyə davam etməliyik.

Fikir vermisinisə, qadınların hərəsinin öz sevimli rəngi var. Əgər kişilər, zərif cinsin hansı rəngə üstünlük verməsinə diqqət yetirsələr, onun haqqında müəyyən nəticələr çıxara bilərlər.
Davamı →

Qızlar niyə pis oğlanları seçir?

Qadınların çoxu onları sevməyən, layiq olmayan, hətta pis kişilərə vurulur. Lakin mütəxəssislər, qeyd edir ki, bunun elmi cəhətdən açıqlaması var.

Qadınlar əsasən, “yaramaz uşaq, pis uşaq” deyə xitab edilən kişilərə aşiq olunur. Elə kişilərin çox zaman yaraşıqlı olduğu deyilir. Bundan başqa, çox cazibədar və diqqət çəkən olurlar. Qadınlar isə bu cür kişilərin cazibəsinə dayana bilməyib aşiq olur. Çox güman ki, bunun sonu yaxşı bitmir. 

Onlar çox məsuliyyətsiz və özündən razı olduğu üçün heç kim veclərinə olmur. Özlərindən başqa heç kimlə maraqlanmırlar. Bu məsələni elmi araşdırması isə belədir:
Ardı →

Qadınların işlətdiyi 9 təhlükəli cümlə


1. «Hə, lap yaxşı!»

Adətən bu sözü qadınlar mübahisənin axırında — haqlı olduqları və sizin susmağınızın (mumlamaq) gərəkli olduğu zaman işlədir.

2. «Cəld gəlirəm! 5 dəqiqə!»
Bu ifadə iki mənada işlənə bilər: Əgər qadın bu ifadəni evdən çıxmağa hazırlaşarkən söyləsə, «5 dəqiqə» yarım saata qədər bərabərləşəcək. Amma, «ev işlərində yardım etmək» üçün sizə futbol oyununun birinci hissəsini izləməyə fəqət beş dəqiqə vaxt veriblərsə, o zaman əmin olun, bu düz beş dəqiqə sürəcək!

3. «Heç nə baş verməyib»
Bax bu isə, tufandan qabaqkı sakitçilikdir. Bu «heç nə» mütləq nəyisə ifadə edir, belə ki, ayıq olun. «Heç nə baş verməyib (olmayıb)» dən başlayan mübahisələr, adətən «mükəmməl» nəticələnir.
Ardı →

Aldadan kişini anlamaq üçün gərəkli 10 yol

  • Qadın
Qadın kişi əlaqələrində əslində iki tərəfin, amma ən çox da qadının qorxusu ALDADILMAQDIR… Qadın yazıçı Charlotte Wardın qələmə aldığı və blogunda da yer verdiyi «It's Not Me, It's You» (Mən Deyil, Sən) kitabında kişilərin bəzi aldadarkın daha çox ilişdikləri nüanslar izah edilir. Sizə bəzi ipuclar...Çox güclü bir münasibətiniz olduğunu düşünürsünüz ancaq bir gün evə gəldiyinizdə kompüterdə sevgilinizin / ərinizin bir qadın yoldaşına yazdığı maili görürsünüz… «Nara-naram...» demək məcburiyyətindəyik, gərginlik musiqisini arxa fonda hiss etdirə hiss etdirə… Sonra da dramın gəldiyini unutmadan…
Ardı →

Qadınlara 10 məsləhət

1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı. «Mərhəmətli qəlb» adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.

1. Ərin hirslənəndə, ehtiyatı əldən vermə. Bu zaman nə şən, nə də öcəşkən ol. Gülümsə və sakit danış.
2. Ərini yemək gözləməyə məcbur etmə. Aclıq qəzəbin atasıdır.
3. Ərin yatanda, onu oyatma.
4. Onun pulları ilə ehtiyatlı ol. Pulla bağlı işlərini ondan gizlətmə.
5. Heç vaxt onun sirlərini açma. Əgər lovğalanırsa, bunu gizli saxla, üzünə vurma.
6. Onun düşmənlərini bəyənmə və dostlarına nifrət etmə.
7. Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə.
8. Ondan mümkün olmayanı gözləmə.
9. Onun xahişlərinə diqqətlə yanaşsan, sənin kölən olar.
10. Onun xətrinə dəyən heç bir söz demə. Sən onunla çar kimi rəftar etsən, o sənə çariça kimi münasibət bəsləyəcək.


Davamı →

Qadınlar niyə hərbçi kişiləri bəyənirlər?

  • Qadın

Psixoloqlar qadınların niyə hərbi geyimdə olan kişiləri xoşladıqlarını müəyyənləşdiriblər. Araşdırmalara görə, hərbi geyimdə kişilər qadınların gözündə daha etibarlı və təşkilatçı təsir bağışlayırlar. Əgər kişi özünü ciddi aparırsa və nəailiyyətləri ilə öyünmürsə bu onları daha da əlçatmaz edir.

Məlum olub ki, hərbi geyimdə kişilər qadınların gözündə daha ailcənab görünürlər. Kişilər nə qədər çox alicənablıq göstərsələr bu qadınların xoşuna gəlir. Məsələn, hər bir qadın xoşlayır ki, kişi onun üçün qapını açsın, stulu çəksin və s.

Digər tərəfdən bu geyim onlara həmişə məşğul görkəm verir. Ekspertlər hesab edirlər ki, duyğularını ifadə etmək hərbçilər üçün bir qədər çətindir. Buna görə də mobil telefon hərbçilər üçün etibarsız ola bilər. Onlar təklif edirlər ki, hərbçilər kağız məktub yazmaq kimi köhnə ənənələrə qayıtsınlar.

Hərbçi kişi ilə ailə quran qadın həmişə uzun ayrılıqlara hazır olmalıdır. Bundan sonra əvvəlki əlaqələrə qayıtmaq nisbətən çətin olur. Bütün bunlara baxmayaraq qadınlar həmişə özlərini qoruyacaq tərəfdaş axtarırlar. Buna görə də hərbi geyimdə olan kişilər qadınlar üçün həmişə arzuolunandır.


Davamı →