Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Qadınlarda depressiya | Ailənin ən təhlükəli düşməni

  • Qadın
Bildiyimiz kimi yaxşı hal-əhval ömrü uzatmaqla yaxşı təsir göstərir və insanın əmək fəaliyyətinə də həmçinin müsbət təsir göstərir. Lakin buna baxmayaraq depressiyaya düşmüş insan haqqında bunu demək olmaz. Alimləri yorulmadan hesablamışlar ki, vətəndaşların depressiyaya düşüb işə çıxmamaları, ölkə iqtisadiyyatına mənfi təsir göstərir və bunun aradan qaldırılması vacib məsələdir. Amma depressiya təkcə cibə yox, ailədaxili mühitə də mənfi təsir göstərir. Xüsusilə də qadınların bu xoşagəlməz vəziyyətlə üzləşməsi mürəkkəb durumu daha da çətinləşdirir.


Yaxşı məlumdur ki, depressiya sosial adaptasiyanın pozulmasıyla müşayiət olunur. Bu hal xüsusilə də qadınlarda özünü daha qabarıq biruzə verir. Belə ki, kişilər depressiv vəziyyətdə emosiyalarını gizlətməyə meylli olurlar. Qadınlarda isə, əksinə, depressiya ictimai münasibətlərin daha geniş aspektini əhatə edir. Lakin depressiya güclü cinsin nümayəndələrini də möhkəm silkələyir.


Ardı →

Gəlinliklər | Mənfi və müsbət cəhətlər

Ailəni düşündürən ən əsas məsələlərdən biridir desəm hər halda mənimlə razılaşarsınız. Bu paltarları əldə etməyin müxtəlif növləri var. Ən çox dəbdə olanı  gəlinlik paltarlarının icarəyə verilməsidir. Yəqin razılaşarsınız ki, belə bir işə tələbat olmasaydı, bununla məşğul olan insanları da tapmaq müşkülə çevrilərdi. Bəzi insanlar üçün bu əlverişli variantdır, digər bir qisim isə əksini düşünür. Bunu azacıq da olsa, aydınlaşdırmaq üçün gəlinliklərin icarəyə verilməsinin müsbət və mənfi cəhətlərinə baxaq.
Davamı →

Qadınlar 1 ilini nəyə xərcləyir?

İngiltərədə edilən bir araşdırma, qadınların, həyatlarının təxminən bir ilini nə geyəcəklərinə qərar verməyə xərclədiyini göstərdi.
İngilis Daily Telegraph qəzetinin xəbərində, yaşları 16 elə 60 olan 2491 qadının iştirakıyla edilən araşdırmada, qadınların ortalama olaraq həyatlarının 287 gününü, işə, axşam yeməklərinə, dəvətlərə, tətilə, idmana və digər fəaliyyətlərə nə geyəcəklərini seçə bilmək üçün qarderoblarını qarışdıraraq keçirdiyini ortaya qoyduğu bildirildi.Bu müddətin böyük hissəsinin, cümə və ya şənbə axşamları ilə tətil üçün uyğun paltar seçkisinə ayrıldığı ifadə edildi.
Ardı →

Qadınların kişilərdə xoşlamadıqları

Qadınların kişilərin bəzi hərəkətləri, davranışları və geyim tərzləri üçün xoşlanıb xoşlanmadıqlarını açıqlayan bir sorğu keçirilib və ortaya bu təəccüblü nəticə çıxıb.
Ağ şalvar: Çox xüsusi bir kostyum olmadıqca ağ şalvardan çəkinin. Hələ bir ağ kostyuma əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar, 80′li illərin «Miami Vice» zamanlarında qaldı.
Yumurta daban ayaqqabı: Bilmirəm aranızda yumurta dikdaban ayaqqabı geyən varmı? Əgər varsa əsla geyməyin.
Jeleli saçlar: Başına bir qutu jele vuranlar və saçları işıqda parlayan kişilər qadınları iyrəndirər. Saçlarınız hər vaxt təmiz olsun.
Ardı →

Kleopatra

  • Qadın

Tarixdə bu adda başqa çariçalar da var. Amma Kleopatra bir dənədi. Fironlardan sonuncusu, siyasət xanımlarından birincisi. Diplomat, poliqlot, riyaziyyatçı. O biri üzü canavar olan bir gözəl… Ağıllı və təhsilli, bəlkə də, dünyanın ən əfsanəvi qadınlarından biri olan Kleopatra insanları məftun eləmək sənətinin sirlərinə yiyələnmişdi. Dünyanın bütün güc-qüvvəti kişilərin əlində olduğundan öz istedadını sevgi-məhəbbət sahəsində məharətlə işlədirdi.


Davamı →

Kişilər qadını necə anlayar?

Kişilərin bir qadını anlama sirləri;
Sual çox açıq və dəqiq «kişilər hansı qadınlarla evlənir» daha yaxşı sevişənmi, bakirə olanlarlamı, yaxşı ailə qızlarıylamı, iş və karier etmiş olanlarlamı? Saysaq daha çox uzanar. Budur kişilərin evlənmək istədiyi qadın xarakterləri;
1. Özünüzə, nə qədər güvəndiyinizə baxarlar.
Başınızı və bədəninizi dik tutursunuzsa, göz təması qurmanız, əlini möhkəmcə qavrayaraq tutmanız özünüzə güvəndiyinizi göstərir. Özünə güvənən kişilər bu qadınları bəyənərkən, kəşf etmə duyğusuna sahib kişilər utancaq, məsafəli qadınlardan təsirlənə bilər.
Ardı →

Qadınlar nə istəyir?

1.Mənə heç olmasa 10dəqiqə sakit qulaq assınlar.
2.Əşyalar özləri öz yerinə yığılsın.
3.Qaynanamdan ayrı yaşamaq ücün evim olsun.
4.Hər ay bir təzə paltar ala bilim.
5.Ərim və uşaqlarım səliqəli olsunlar.
6.Vannada 1 saat rahatca uzanım,ərim və uşaqlar qapını döyməsin ki,corabım hardadır?
7.Ərim yatmazdan qabaq məni yaxşıca masaj etsin
Davamı →

Qadın sirləri

Qadınların bir sıra vərdişləri o dərəcədə müəmmalıdır ki,bəzən özləri də bunların səbəblərini açıqlaya bilmirlər.

1.Qadınlar demək olar ki,hər şeyi: ayaqqabı,yubka,aptekdən dərman və s.ni sadəcə özlərini xoşbəxt etmək üçün alırlar.Bunlara verdikləri ödəmənin miqdarını da hər zaman az söylərlər.Yalan söyləmənin də doğru olduğunu düşünürlər.
Ardı →