Borc haqda 10 maraqlı fakt

1. Qədim Yunanıstanda borc verən gedib borc götürənin torpağında xüsusi lövhə qoyurdu. Bu lövhə ipoteka adlanırdı. İpotekanın mənası bu idi ki, borclu vaxtında pulu qaytara bilməsəydi, torpaq kreditorun adına keçirdi.

2. 1827-ci ildə Əlcəzair hökmdarı fransız səfiri borcunu ödəmədiyinə görə milçəköldürənlə vurmuşdu. Bu hadisə 3 il sonra Fransanın Əlcəzairi işğal etməsinə bəhanə olmuşdu. 

3. Hindu qəbiləsindəki bir adətə görə, borc götürən girov əvəzinə öz adını qoyur. Borc ödənənəcən qəbilədəkilər həmin ona jestlərlə və anlaşılmazla səslərlə müraciət edirlər. Yəni adını çağırmırlar.

4. Çörçill deyirdi: “Dövlətini reputasiyasını borc götürə bildiyi məbləğ müəyyən edir”.

5. Orta əsrlərdə Roma papaları faizə borc verməyi qadağan edirdilər. İnsanların maddi durumundan istifadə edib varlanmaq qorxunc günah hesab edilirdi. Buna görə 1179-cu ildə III Aleksandr sələmçiləri islaholunmaz günahkarlar elan etmişdi. Belələri hətta öləndə də müqəddəs yerlərdə deyil, kənarda dəfn edilirdi.

6. Orta əsrlərdə İngiltərədə bir qanun var idi ki, borca görə həbs qərarı çıxarılmış adamı evində həbs etmək olmazdı. Onu həbs etmək üçün evdən çölə çıxmağını gözləmək lazım idi.

7. Orta əsrlər fransız komediyasında varlı adam ondan qoyun oğurlamış çobanı məhkəməyə verir. Məhkəmə zamanı varlı adam çobanı unudaraq onun vəkilini danlamağa başlayır. Sən demə vəkil də ona borclu imiş. Hakim mübahisəni kəsərək deyir: “Qayıdaq bizim qoyunlara”.


Ardı →

Həyat kredonuza çevrilə biləcək sitatlar

                

Əvvəl mən deyirdim: «Mən ümid edirəm ki, hər şey dəyişəcək». Sonra mən anladım ki, hər şeyin dəyişməsinin bir yolu var – mənim özümün dəyişməyi. Cim Ron

Uğursuzluq – hər şeyi yenidən başlamaq imkanıdır, amma daha müdrikcəsinə. Henri Ford

Əgər problemi həll etmək mümkündürsə, narahat olmağa dəyməz. Əgər problem həll edilməzdirsə, onda narahat olmağa ehtiyac yoxdur. Dalay Lama

Siz çox istedadlısınız və çox səy göstərirsiniz. Amma başa düşməlisiniz ki, bəzi nəticələri əldə etmək üçün vaxt lazımdır. Məsələn, siz hətta 9 qadını hamilə qoysanız, 1 aydan sonra ata olmağınız mümkün deyil. Uorren Baffet


Ardı →

Mövlananın rübailəri

Ağlıyla, elmiylə tanınan kəsi
Bir tikə çörəyə etdilər əsir.
Onun biliklərlə dolu başında
İndi cövlan edir mal-mülk həvəsi.

Həm avam, həm dindaram, həm də dinsiz, kafirəm,
Həm uşağam, həm cavan, həm də ağsaqqal pirəm.
Canım bədəndən çıxsa, sanmayın öldüm… Deyin:
«Alıb getdi onu Dostu … elə dirildiyi dəm».

Ya rəbb, özün səbəb sal, məndəki «mən»i bilim,
Məğzimi dərk etməklə barı özümə gəlim.
Varlığımdan qoparaq sənin sirrinə varım,
Yoxsa səndən bixəbər bu canı, «mən»i neylim?!

Eşqə düşməyincə gülürdü üzüm,
Sonra alt-üst oldu gecəm-gündüzüm.
Aşiqlə məşuqu ayrı sanırdım –
Təki iki dənə görürmüş gözüm.


Ardı →

Misilsiz it | Anton Çexov

Orduda xidmətə illərini verən poruçik Dubov sərbəst xidmətə çağırılan Knaps ilə oturub, içki içirdi. Öz iti Milkanı Knapsa nişan verən Dubov dedi:

— Bunun tayı-bərabəri tapılmaz! Mi-sil-siz it-dir bu! Bir onun sifətinə baxın hələ! Təkcə sifəti nəyə desən, dəyər! İtlərdən başı çıxmayan birisi təkcə sifətinə görə buna iki yüz rubl sayar! İnanmırsınız? Onda siz bu məsələlərdən heç nə anlamırsınız…

  — Anlamağına anlayıram ey, ancaq…

  — Bu ki setterdir, həm də safqanlı ingilis setteridir. Duruşu gözəldir, iybilmə hissinə isə… söz ola bilməz! Heç bilirsiniz küçük ikən bu Milkanı neçəyə almışdım mən? Yüz rubla! Dəh-şət it-dir! Çox-bil-miş-dir bu Milka! Ax-maq-dır bu Milka! Haydı, gəl, gəl yanıma… sevimli itim mənim…

Milkanı özünə tərəf çəkən Dubov itin qulaqlarının arasından öpdü. Bu ara gözləri də yaşardı onun.

— Yo-o-ox, səni heç kəsə vermərəm… gözəlim mənim… şeytanım mənim. Sən də məni sevirsən, eləmi, Milka? Sevirsən?.. Haydı, get, oyna! – deyə poruçik səsini yüksəltdi.


Ardı →

Adımızın taleyimizə hansı təsiri var?

Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır
Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri böyük, bəziləri kiçik. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Çünki adların yarandığı hərflər hərəsi ayrılıqda bir məna daşıyır.

Hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm huruf adlanır. İnsan adının taleyinə təsiri mövzusu ilmi hurufun əsas istiqamətidir.

Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar «nomen est omen» yəni «adımız taleyimizdir» deyəcək qədər qəti bir inanca sahibdilər.
Davamı →

Əl yazısı ilə xəstəlikləri əvvəlcədən öyrənmək mümkündür

Əl yazısıyla Parkinson xəstəliyinin erkən diaqnoz edilə biləcəyi təyin olundu. Xəstəliyin qəti müalicəsi olmasa da erkən diaqnoz, bir çox xəstəlikdə olduğu kimi böyük  əhəmiyyət daşıyır.

İsraildəki Hayfa Universiteti və Rambam Xəstəxanasındakı araşdırmaçılar, 40 Parkinson xəstəsinin əl yazısını sağlam insanların əl yazısı ilə müqayisə edib. İştirakçılardan adlarını və verilən ünvanları elektron tabletlə, səthə təzyiqi ölçən xüsusi bir qələmlə yazmaları istənilib.

Komputer mühitində iştirakçıların əl yazısı, yazma zamanı, təzyiq, hərflərin boyu kimi bir sıra parametrlər nəzərə alınaraq araşdırma aparılıb..

97,5 % doğru diaqnoz
Xəstələr və sağlam şəxslərin yazılarında böyük fərqlər olduğu, həmçinin komputer araşdırmalarında 97,5 % nisbətində doğru diaqnoz  görüldü. Parkinson xəstələrinin kağıza daha az təzyiq edərək yazdığı, daha kiçik hərflər istifadə etdiyi və yazmaq üçün daha çox vaxt xərclədiyi müəyyən edildi.


Ardı →

Gözəllik ikonalarının makiyaj stilləri

İllər keçsə də, gözəllikləri ilə ikonanı xatırladan məşhur qadınların makiyaj stillərini tətbiq edərək siz də onlar qədər cazibədar ola bilərsiniz.

Tviqqinin böyük gözləri
1960-cı illərin əfsanəvi adı, ingilis aktrisa-müğənni Tviqqi “Dünyanın ilk supermodeli” kimi tanınır. O illərdə bütün gənc qızlar saçlarını onun kimi kəsdirir, gözlərini onun kimi makiyaj edirdilər. Bəs onun bu stilindən bu gün də istifadə etməklə gözəlləşmək necə olar?

Bu cəlbedici göz makiyajını bir neçə sadə yolla özünüz də edə bilərsiniz. Əvvəlcə gözünüzün üstünə açıq rəngli göz kölgəsi vurun. Ardınca tünd boya ilə xəfif bir kölgə verin. Gözünüzün içinə isə ağ göz qələmi çəkin. Əsas məsələ isə bolluca tujdur. Həm üst, həm də alt kirpiklərinizə bacardığınız qədər çox tuj çəkin. Nəticədə, gözləriniz Tviqqininki qədər böyük görünəcək.

Qreys Kellinin parlaq dərisi
Amerikalı aktrisa, həqiqətən də, gözəllik ikonasını xatırladır. Makiyaj edərkən ən vacib şərtlərdən biri qüsursuz dəridir. Ancaq siz də Qreys Kelli kimi xrustal kimi dəriyə sahib ola bilərsiniz.


Ardı →

Vudi Allenin sevdiyi 5 kitab

Tanınmış rejissor Vudi Allen bu dəfə sevimli kitablarının siyahısını tərtib edib. Allen ədəbi zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan kitablar haqda danışıb.

Cerom David Selincer “Çovdarlıqda uçurumdan qoruyan” (1951)
Bu roman həmişə mənim üçün xüsusi əhəmiyyət kəsb edib. Onu oxuyanda çox gənc idim, 18 yaşım ya olardı, ya olmazdı.

Romanı oxuyan zaman yaranan təəssüratlarım mənim Manhetten, Nyu York və digər böyük şəhərlərlə bağlı arzularımla üst-üstə düşürdü. “Çovdarlıqda uçurumdan qoruyan” məktəb vaxtı bizə oxutdurulan kitablardan, əsərlərdən çox fərqli idi.

Romanın atmosferi mənə çox yaxındır. Mənim ruh halımdır deyə bilərəm. Bu kitabı bir neçə dəfə oxumuşam və hər dəfə də eyni zövqü almışam.

Mezza Mezzrou və Bernard Volf  “Blyuzun reallıqları” (1946)
Bu kitabı oxuyandan bir neçə il sonra Mezzrounu şəxsən tanıyan musiqiçilərdən öyrəndim ki, romanda kifayət qədər uydurma hekayələr var. Ancaq bu hekayələr mənə inanılmaz təsir göstərib. Mən də Mezzrou kimi caz musiqiçisi olmaq istəyirdim…


Ardı →

Hamiləlik zamanı hansı ağrıkəsici preparatlar istifadə olunur?

Hamiləlik zamanı qadın müxtəlif ağrılarla — baş ağrısı, diş ağrısı, əzələ ağrısı və s. üzləşə bilər.

Bütün qadınlar bilir ki, bir çox dərman preparatları hamiləlik zamanı qəbul etmək olmaz. Bu qayda əksər ağrısızlaşıran dərman preparatlarına da aiddir.

İlk növbədə ağrı ilə mübarizədə təbii vasitələrdən istifadə etmək lazımdır. Belə ki, diş ağrısı zamanı ağrıyan dişin üzərinə və ya xarab dişin oyuğuna qoyulan mixək, 1 tikə sarımsaq, 1 tikə propolis, diş pastası kömək edə bilər. Bundan əlavə hər 2 saatdan bir duzlu su ilə qarqara iltihabı və ağrını xeyli azaldır (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su).

Baş ağrıların səbəbi gərginlik olduqda, qadın bir qədər uzanmalı və rahatlanmalıdır. Bir çox hallarda baş ağrıların səbəbi damarların sıxılması (spazm) olur. Bu halda no-şpa kimi preparatın qəbulu yaxşı kömək edir. No-şpa tam ziyansız və hamiləlik zamanı geniş istifadə olunan spazmolitik preparatdır.


Ardı →