Gənədən qorunma yolları

Yay aylarında insanları ən çox qorxudan problemlərdən biri də gənədir. Gənədən qorunmaq üçün nələr edilməlidir?

Gənə dişləməsi nəticəsində keçən krım-Kongo Qanamalı Atəşi (KKKA) xəstəliyi mövzusunda məlumat verən. Dr. Ərdən Uzun, “Hər il mart-noyabr ayları arasında və iyun aylarında pik nöqtədə görüldüyünü bildirib. Son illərdə bu xəstəlik hiss ediləcək dərəcədə artıb.

Ardı →

Qış geyimlərinin saxlanılması

Sizin diqqətinizə qış geyimlərinin və ayaqqabılarının saxlanılması üçün bir sıra sadə, amma olduqca effektiv məsləhətlər təklif edirik.

Qış geyimlərinin saxlanılma yeri
İlk olaraq diqqət edin ki, kürkləri, gödəkcələri və ya yun əşyaları polietilen qutularda və ya kisələrdə əzilmiş vəziyyətdə saxlamaq olmaz. Qış geyimlərinin yanlış saxlanma qaydası onların tez “xarab olmasına”, öz ilk görünüşünün itirilməsinə və tük tökülməsinə səbəb olur.

Əşyaların uzun müddətli saxlanması üçün polietilen və başqa analoji materiallardan istifadə etmək qəti surətdə tövsiyə edilmir, çünki onlarda hava dövrü olmadığı üçün əşyalarda kif qoxusunun yaranması və həmçinin güvələrin artımı üçün əlverişli şərait yaranar.

Qış əşyalarını sərin, yaxşı havaya verilən yerlərdə saxlamaq lazımdır. Məsələn onları şüşəbənd eyvanda saxlamaq olar.

Palto, gödəkcələr, kürklər və plaşları pambıq parçadan və ya tənzifdən hazırlanmış kisələrdə asılqanlardan asıb saxlamaq tövsiyə edilir.

Sviterlərin saxlanılması
Sviterləri ilk öncə yuyub sonra qış üçün yığışdırmaq lazımdır. Çünki hətta əhəmiyyətsiz ləkə növbəti mövsümdə çıxarılmayan ola bilər. Əşyanın özü isə istifadəyə yararsız ola bilər.

Ardı →

Lavaşana

Lavaşananı müxtəlif meyvə və giləmeyvədən hazırlamaq olar. Ən dadlı lavaşana alma, armud, heyva, alça və gavalıdan alınır.

Meyvə və giləmeyvənin üzərinə bir az su tökülür və vam odda yumuşalana qədər bişirilir, sonra aşsüzəndən keçirilir. Alma lavaşanası qarınçada bişirilmiş almadan hazırlanır.

1 kq əzməyə 200-dən 500 qrama qədər şəkər (meyvənin turşuluğundan asılı olaraq) qatılır.
Lavaşana emallı qazanda tez-tez qarışdırılmaqla bişirilir. Fikir vermək lazımdır ki, dibi yanmasın. Lavaşananın hazır olmasını qarışdırılan qaşığa yapışıb dartılması ilə təyin etmək olar. Lavaşanaya xüsusi ətir və tam vermək üçün hazır olmağa az qalmış ona xırda doğranmış qoz, yaxud naringi qabığı tozu qatmaq olar.

Hazır lavaşana üstünə perqament kağızı sərilmiş taxta, yaxud dayaz nimçəyə tökülür və bıçaqla hamarlanıb ya açıq havada, ya da qapısı açıq qarıncada 60 dərəcədə qurudulur. Sonra dürmələnib saxlanılır.

Laylı lavaşana da hazırlamaq olar. Bunun üçün bir lay alma, bir lay gavalı və s. sərilməlidir. Şirə çıxandan sonra qalan pıçaldan da lavaşana hazırlamaq olar. Onlar qızdırılır, isti-isti aşsüzəndən keçirilir və hazır olana qədər bişirilir. Belə lavaşanaya şəkər qatılmır.
Davamı →

Şokoladlı dondurma

Desertin hazırlanması üçün sizə lazım olacaq:
400 q təbii yoqurt
70 q şokolad
1 x.q. şəkərsiz kako
şəkər tozu və ya bal
bir paket jelatin (10 q)
70-100 ml süd

Hazırlıq prosesi:
Südün yarısında jelatini isladın, bir az qızdırın ki, jelatin ərisin.

Qalmış süddə şokoladı əridin və jelatinlə qarışdırın, üzərinə yoqurt, kakao, şəkər tozu və ya bal əlavə edib mikserlə çalın.

Dondurmanın tam hazır olması üçün soyuducuya yerləşdirin.
Davamı →

Evdə istidən xilas olmağın üsulları

Yayın istisində adam evdən çıxmaq istəmir, amma bəzən mənzildə olmaq daha pisdir. Sizə mənzilinizdə sərinlik yaratmağın bir neçə yoxlanmış üsulunu təqdim edirik.

Pəncərəyə pərdə asın.
Otağın Fin saunasına çevrilməsinin səbəbi düz günəş şüalarıdır ki, onlar pəncərənin şüşəsindən keçir və otaqda havanı qızdırırlar. Bunun üçün pəncərələrə ağ kətan materialdan hazırlanmış qalın pərdələr asın. Ağ rəng günəş işığını əks etdirir, kətan isə öz sərinləşdirici effekti ilə məşhur olan ən yaxşı yay parçasıdır.

Ardı →

İrlandiya haqqında 6 maraqlı fakt

İrlandiyaya yamyaşıl təbiətinə görə “Zümrüd ada” da deyirlər və keçmiş İrlandiya bayrağında simvol olaraq üçyarpaq yonca, arfa, Kladdaq üzüyü, Kelt xaçı var.

Kelt xaçı Müqəddəs Patriki, Kladdaq üzüyü dostluq və sevginin simvolizə edirmiş. Üçyarpaq yoncanın sehrli gücünün olduğuna inanırlar. Əfsanələrə görə, yonca fırtına qopacağını yarpaqlarını dikəldərək xəbər verirmiş. Həmçinin üç irlandların ən uğurlu rəqəmi hesab olunur. Arfa isə irlandların yenə sehirli gücünün olduğuna inandıqları musiqi alətidir. Pullarının üzərində belə arfa şəkli var.

İrlandiyanın indiki bayrağının rəngləri isə narıncı, ağ və yaşıldır. Yaşıl katolikliyi, narıncı protestantlığı, ağ isə bu konfessiyalar arasında sülhü təcəssüm edir.

1. İrlandiyada bir dənə də ilan yoxdur

 

 İrlandiya buz dövrünün baş verdiyi coğrafi əraziyə düşdüyünə və soyuq iqlimi olduğuna görə, adada ilan yoxdur


Ardı →

Trüfellər

8 konfet üçün lazım olacaq ərzaqlar:
175 q. şəkər tozu
120 q. kərə yağı
4 x.q. şəkərsiz kakao-tozu
1 x.q. roma, viski və ya konyak

Hazırlıq prosesi:
Otaq temperaturunda olan yağın üzərinə şəkər tozu əlavə edərək mikserlə çalın.

Üzərinə 2 x.q. kakao-tozu və konyak töküb yaxşıca qarışdırın.

Dayaz kasaya qalan kakao-tozunu əlavə edin.
Qaymaqlı-şokolad kütləsindən kiçik ölçülü yumru konfetlər hazırlayıb hərtərəfli kakaoya batırın.

Konfetləri siniyə və ya boşqaba yığın və 1 saatlıq soyuducuya qoyun.
Davamı →

Acı leço

Tərkibi:
Bolqar bibəri – 1,5 kq,
Çili istiotu – 3 ədəd,
Yetişmiş pomidor – 2 kq,
Qara istiot dəni – 20 ədəd,
Soğan – 2 ədəd,
Şəkər – 1/2 stəkan,
Duz – 1 x.q.,
Sirkə (9%) – 50 ml,
Qurudulmuş keşniş – 4 ç.q.

Hazırlıq prosesi:
Pomidorları soğanla birlikdə ətçəkən maşından keçirin. Bolqar və çili bibərini toxumlardan təmizləyin və incə zolaqlara doğrayın. Bütün məhsulları minalanmış qazana töküb bişməyə qoyun. Daim qarışdıraraq leçonu qaynadın. Üzərinə şəkər, duz, sirkə, qara üyüdülmüş istiot və qurudulmuş keşniş əlavə edib yenə qarışdırın. Odu minimuma qədər azaldın və daim qarışdıraraq 20 dəqiqə ərzində bişirin.

Leçonu dərhal da verə bilərsiniz və ya sterilizə edilmiş bankalara yığıb qış üçün tədarük edə bilərsiniz.
Ardı →

Leço

Dadlı leço hazırlamaq üçün 5 sirr
  1. Leçonun hazırlanması üçün yalnız yetişmiş və keyfiyyətli pomidorları götürün.
  2. Leçonu çox uzun müddət bişirmək lazım deyil. Onun tərkibindəki bibər bir az sərt qalmalıdır.
  3. Leço hazırlayarkən unutmayın ki, pomidorlar və bolqar bibəri ilə cəfəri, reyhan və kəklikotu uyğun gəlir. Həm də hamısından yaxşı qurudulmuş göyərtilərdən istifadə etməkdir.
  4. Pomidorlar nə qədər ətli olarsa, leço o qədər daha dadlı alınacaq.
  5. Orijinal macar leçosunun tərkibinə 3 məhsul – pomidor, bolqar bibəri və soğan daxildir.

Davamı →

Güzgü yumağın üsulları

Güzgü istənilən interyerin ayrılmaz atributudur. Onun əhəmiyyətini qiymətləndirmək çətindir, çünki o praktiki olaraq hər yerdə lazımlıdır.

Hətta əgər mənzildə tək subay kişi yaşayırsa, onun evində həmçinin ən azından bir güzgü olacaq. Çox vaxt biz təmizlik işləri apararaq güzgülərin necə düzgün təmizlənməsi haqqında düşünürük.

Biz sizə güzgülərə düzgün qulluq haqqında bir neçə sadə və praktiki məsləhətlər təqdim edirik.
Çoxları bildiyi kimi güzgü incə gümüş və ya alüminium qatı olan şüşədir ki, üzdən xüsusi bərkidici tərkiblə örtülür. Bu o deməkdir ki, güzgüləri də təxminən adi pəncərələr kimi yumaq lazımdır.

Otaqlarda quraşdırılmış güzgülərin yuyulması bir, sanitar yerlərdə quraşdırılmış güzgülərin yuyulması isə digər xüsusiyyətlərə malikdir.

Məsələn: vanna otağında olan bütün güzgülər əvvəlcə sabun ləkələrini və ərpi həll edən yuyucu vasitələr ilə təmizləmək lazımdır. Bu cür ləkələrin yaranmasından qaçmaq olmadığı üçün, onları heç olmasa həftədə bir dəfə təmizləmək lazımdır ki, əks təqdirdə bu ləkələri sonradan təmizləmək çox çətin olacaq.

Yumadan başqa, güzgülər xüsusi qulluq tələb edir ki, siz onu uzun müddət istifadə edə biləsiniz. Sizə güzgülərə qulluq üçün bəzi məsləhətlər təqdim edirik.

Ardı →