Uğurlu qadının sirləri

1. Öz yaşınızı gizlətmək lazım deyil. Məşhur mahnıda deyildiyi kimi: “mənim illərim mənim sərvətimdirlər”!

2. Uğurlu hesab edilən qadın özü öz qarşısına məqsədlər qoyur və onlara nail olur. Kiçik şeylərdən də başlamaq olar. Məsələn, özünüzü hər səhər idman hərkətləri etməyə öyrəşdirmək.

3. “Yox” deməyi öyrənin. Bu çox mühim bir bacarıqdır. Rəfiqəniz sizdən onun uşağına baxmasını xahiş etdiyi üçün öz planlarınızdan imtina etməyə dəyməz.

4. Hər bir uğurlu qadının bir xobbisi var. Bu rəqslər, yoqa, üzgüçüülk və s. ola bilər.

5. Qaydaları pozmaqdan daha maraqlı nə ola bilər? Xüsusilə də bu sizin tərtib etdiyiniz qaydalardırsa.

6. Valideynlərinizə kömək etmək özünüzü sevməyiniz qədər vacibdir.

7. Uğurlu qadın istənilən vəziyyətə uyğunlaşmağı bacarmalıdır.

8. İş qadını olmağınıza və boş vaxtınızın olmamasına baxmayaraq özünüzə, öz xarici görkəminizə diqqət yetirin. Beləliklə, siz özünüzü daha yaxşı hiss edəcəksiniz.
Ardı →

Altı əlsıxma nəzəriyyəsi

Altı əlsıxma nəzəriyyəsi – dünyada istənilən iki şəxsin öz ətrafındakı təqribi 5 insan vasitəsilə tanış olduğu barədə nəzəriyyədir.

Nəzəriyyə 1969-cu ildə amerikan psixoloqlar Stenli Milqrem və Ceffri Travers tərəfindən irəli sürülmüşdür. Onlar tərəfindən təklif edilən hipotez ondan ibarətdir ki, istənilən insan öz tanışı vasitəsilə planetin hər hansı bir yerindəki bir insanla tanışdır. Ümumilikdə bu tanış əhatəsi 5 insandan ibarət olur.

Milqremin araşdırması iki amerikan şəhərini əhatə edirdi. Bir şəhərin sakininə digər bir şəhərdə yaşayan müəyyən bir insanlara çatdırmaq üçün 300 zərf verilir. Bu şəxs zərfləri digər şəhərdəki insanlara öz tanışları və qohumları vasitəsilə çatdırmalı idi. Bostona 60 zərf gəlib çatır. Milqrem hesablamalar apararkən müəyyən edir ki, orta hesabla hər bir zərf 5 insandan keçərək öz sahibinə çatmışdır. Və beləliklə də, “altı əlsıxma nəzəriyyəsi” yaranmışdır.
Ardı →

Ən ağıllı heyvanlar


Planetin ən ağıllı heyvanının hansı olduğunu araşdıran tədqiqatda ilk yeri şimpanzelər tutmuşdur. Onların intellektual bacarıqları kifayət qədər uzun müddətdə insanları heyrətləndirməyi bacarmışdır. Onlar öz problemlərini özləri həll edə, jestlərin dilini öyrənərək insanlarla ünsiyyət zamanı istifadə edə bilərlər. Bu heyvanlar rəqəmlərin yadda saxlanılması testində insanları geridə qoyur. Onlar hətta adi riyazi tapşırıqları həll etmək üçün kompüterdən də istifadə edə bilirlər.
Ardı →

Əsəblərinizi qoruyun

Sakit Kamallı yaz-payız plaşını geyinib əmin və sakit addımlarla, kefikök halda, az qala fıştırıq çala-çala evindən çıxdı, dördüncü və beşinci mərtəbələrin arasındakı pilləkən meydançasında dayanıb liftin zəngini basdı. Səhərin bu saatında lift ya doqquzuncu, ya da birinci mərtəbədə olmalı və uğuldayaraq gəlməliydi. Sakit Kamallı qulaq verdi: qaranlıq boşluqdan lift səsi gəlmirdi. O, azca, lap azca dilxor oldu, amma dərhal kamal dolu başına çatdı ki, ziyanı yoxdur. Fikirləşdi: “Hmm, hələ işə salmayıblar. Eybi yox, həmkarlarım da deyir ki, pilləkəni piyada düşüb-qalxmaq səhhətə faydalıdır”.

Əsəblərinizi qoruyunSakit Kamallı işə getmək üçün yolun o üzündəki dayanacağa keçmək istədikdə yolun əvvəlcə soluna, sonra sağına baxdı, soldan gələn iki, sağla şütüyən üç-dörd maşını buraxdı və daha bir avtomobilin uzaqda olduğunu gördü, iti addımlarla yolu keçməyə başladı. Ancaq o, uzaqda olan avtomobilin sürətinin 150-160 km/saat olduğunu hesablamamışdı, ona görə də son addımlarını səkiyə atdığı zaman arxasında asfalta pərçimlənən təkərlərin çıxardığı qıcırtı səsini eşitdi və düzü, bir qədər qorxdu. İldırım sürəti ilə şütüyən maşının sürücüsü salonda onun ünvanına nəsə anqırdı və sürüb getdi. Sakit Kamallı da əsəbiləşdi və tez özünü ələ aldı, öz-özünə dedi: “Hər ulağa qoşulası deyilsən ki. Təmkini qorumaq, əsəbiləşməmək gərəkdir”.
Ardı →

Hamiləlik etirafı | Gi de Mopassan

Günorta günəşinin qızmar şüaları tarlaları yaxıb, qovurmaqdaydı. Fermaların ətrafında bitən ağacların arasıyla uzanan, qara və yumşaq torpağın çılpaqlığını dəymiş çovdarlar, sapsarı saralan buğdalar, yaşılımtıl-sarıya çalan yulaflar və tünd yaşıl rəngli yoncalar hərəsi öz rənginə uyğun zolaqlarla örtüb, bəzəmişdi.

Təpənin üstündəki inəklər, eynilə əsgərlər kimi, sıraya düzülmüşdülər: aralarında ayaq üstə dayananlar, yerdə ağnayanlar, yonca qırpıb, gövşək vuranlar da vardı. Geniş tarla boyu səpələnən bu zavallılar günəşin parlaqlığından öz iri gözlərini qıymağa məcbur idilər.

Yanlarını basa-basa, bir-birinin ardınca yeriyən iki qadın — ana və qız — zəminin arasıyla uzanan və tapdanmaqdan işləkləşən cığırla bu inək sürüsünə tərəf gedirdi.

Çiyinlərinə qoyduqları və çəllək çənbərindən hazırlanmış asqının hər iki ucundan sink hazırlanmış bir vedrə asılmışdı və qadınlar hər addım atanda günəşin parlaq şüası bu bəmbəyaz dəmirə düşərək, gözlərini qamaşdırırdı.

Heç dinib-danışmırdılar. İnəkləri sağmağa gedirdilər.
Heyvanlara çatıb, vedrələrini yerə qoydular, yerdə ağnayan bir cüt inəyə yanaşıb, taxtadan yonulmuş başmaqlarıyla onların böyrünü təpiklədilər.
Ardı →

"Susuz yaz"- türk kommunistinin ilk filmi

  • Kino

Film 1963-cü ildə yazıçı Yaşar  Kamalın “qocalmayan uşaq” adlandırdığı,  Cümhuriyyət dövrünün ən məşhur yazarlarından Nəcati Cumalinin eyni adlı hekayəsi əsasında çəkilib. Nəcati Cumali hekayəni 1962-ci ildə İzmirin Badəmlər kəndində vəkil olaraq işlədiyi zaman apardığı müşahidələr əsasında yazıb. Filmin rejissorluğunu isə demək olar ki, çəkdiyi əksər filmlər ilə başı daim senzura ilə qeylü-qalda olan Türkiyənin ilk rejissorlarından olan Mətin Ərksan ilə amerikalı rejissor Devid E. Durston etmişdir. Musiqisini Yunanıstanın Akademiya mükafatı laureatı Manos Hacidakis bəstələyib.


Ardı →

Bilyard daşları

Bilyard şarları nədən hazırlanır?

XIX əsrdə Avropada və ABŞ- da bilyard oyunu çox populyar olmuşdur. Bu oyunun kütləviliyinə əngəl olan yeganə amil onun şarları idi.

Çünki bilyard şarları əvvəllər fil sümüyündən hazırlandığı üçün çox baha idi. 1860-cı illərdə bilyard şarlarının düzəldilməsi üçün fil sümüyünə alternatıv bir material icad edənə 10 min dollar dəyərində mükafat da ayrılmışdı. Bu məbləğ, o dövrlər üçün çox nəhəng bir məbləğ idi.


Ardı →

Məhşurların lənətlənmiş ailə dramı

Heminqueylərin ailəsi

Hem babanın ailəsində yalnız bir lənət mövcud olub – “ağır formada olan depressiya”. Ernestin ədəbi karyerası zirvəni fəth etdiyi vaxt onun atası özünü güllələyir. Ernest Nobel mükafatını alır, var-dövlət əldə edir, lakin bütün bunlara rəğmən, 1961-ci ildə 62 yaşında ikən tapançadan atəş açaraq, intihar edir. Beş ildən sonra Ernestin depressiya və xərçəng xəstəliyindən əziyyət çəkən bacısı Ursula da intihar edir. 16 il sonra isə Ernestin yeganə qardaşı Leyçester diabet xəstəliyinə tutulduqdan və ayaqlarını itirdikdən sonra özünü güllələyir.

1996-cı ildə isə Ernestin nəvəsi gözəl Margo öz ad günündə, 35 yaşında ikən zəhərlənir. Ancaq Heminqueyin nəsli hələ tam bitməyib. Onun Müriel adlı nəvəsi, Dri Luiza və Lenqli adlı iki nəticəsi var…


Ardı →

Kreativ bağ keçidi


Bu ideya hər hansısa mürəkkəb material və ya çox vaxt tələb etmir. Çox sadədir və tez hazırlanır. Ehtiyacınız olan tək şey cığırınızı formaya salan kreativ və gündəlik şeylərdir. Biz sizə rəsmdə görə bildiyiniz ölçüdə olan yarpaq təklif edirik.

Əgər siz bu ölçüdə yarpaq tapa bilmirsinizsə, evdə olan kağız və geyim materiallarından istifadə edə bilərsiniz. Başlanğıcda, betonu hazırlayın və materialın üstünə tökün. Betonun qurumağını gözləyin,sonra materialın üzərindən qoparın və siz betonda materialın əksinin çıxdığını görəcəksiniz.
Ardı →