Silinməz dostluq

Bir-birini çox sevən iki səmimi dost birlikdə yola düşürlər. Dağlardan, meşələrdən, çaylardan keçib bir səhraya çatırlar. Uzun yol dostlardan birinin ürəyini sıxmağa başlayır. Eyni açılsın deyə dostunun boynuna bir şillə çəkir.
Yorğunluqdan taqəti tükənən, üstəlik də durduğu yerdə şillə yeyən dost qumun üstünə " Bu gün ən yaxşı dostum mənə şillə vurdu " yazır və dostundan " məni niyə vurdun?" — deyə soruşmadan yoluna davam edir.
Ardı →

Virtual məkanda niklər aləmi

Bu gün internetdə saysız-hesabsız nikneymlərə («nickname» ingilis dilində ləqəb, təxəllüs deməkdir), qısa desək, niklərə rast gəlmək olar. Müxtəlif insanlara məxsus olan bu niklərin başlıca vəzifəsi virtual aləmdə öz sahibini anonim saxlamaq və onu uydurma ad altında gizlətməkdir. Bu baxımdan nikləri təxəllüslərin müasir forması hesab etmək olar. Çünki, təxəllüslər də ilk dəfə yarananda məhz müəlliflərini anonim saxlamaq funksiyası daşımışdır.


Ardı →

Adolf Hitler (1889 - 1945)

Adolf HitlerHitler dünya tarixinin mərkəzi fiqurlarından biri olmaqla heç şübhəsiz ki, dünya hərb tarixinin də titanlarından biridir. Çünki Amerika hərb tarixçisi Lenninqin yazdığı kimi heç Çingiz xan da bu qədər qısa bir müddətdə bu qədər çox ölkə fəth etməmişdi. O, İngiltərə istisna olmaqla demək olar ki, bütün Avropanı almışdı. Türkiyə, İtaliya və İsveçrə kimi işğal olunmayan ölkələr də onun iradəsi altında idi. Bütün bu ölkələr isə heç də hərbi-texniki və iqtisadi potensial cəhətdən Almaniyadan geridə qalmırdı. Üstəlik SSRİ və bəzi Afrika ölkələrini də bura qatsaq (əlbəttə, 46 dərəcəli şaxta və İngiltərə-ABŞ basqınları olmasaydı), onda bu fatehliyin miqyası fantastik şəkil alar.
Bəs, yoxsul bir Avstriya kəndlisinin oğlu necə oldu ki, bu qədər böyük əməllərin sahibi oldu? Bunun kökünü əlbəttə, ambisiya ilə daxili əzəmətin uyğunluğunda axtarmaq lazımdır. Dünyanı öz ayaqları altında görmək istəyən siyasi və hərbi liderlər dünyada doludur. Amma yalnız milyonlardan birinə belə bir əzəmət qismət olur. Bəs bu əzəmət və böyüklük nədən yaranır? Onun mahiyyəti nədir? Hər cür ortabablığa, riyakarlığa, yalana, mənfurluğa, miskinliyə, qorxaqlığa nifrət və əksinə, ədalətə, həqiqətə, böyüklüyə, alicənablığa və ləyaqətə məhəbbət! Bəli, köksündə bu cür hisslər çağlayan gənc heç şübhəsiz ki, hansı sahədə olursa-olsun həyatda xariqələr yaradacaq və xariqə yaradanların bütü olacaq. Gənc Adolf da belə idi.
Davamı →

Göz oxşayan Azərbaycan

Təbiəti sevirəm, elə bu səbəbdən hardasa 1 il əvvəl (daha dəqiqi 22.09.13) ən çox sevdiyim mənzərələri toplayıb topik halında nəşr etmişdim. Topikdə dünya ölkələrindən ən çox bəyəndiyim mənzərələr toplanmışdı. Və o topikə gələn bir irad nəticəsində (bizim özümüzdə bunlardan da gözəl mənzərələr var) bu topiki hazırlamaq qərarına gəlmişdim. İnternetdə gəzdim, dolaşdım… qarşıma çıxan ən gözəl şəkilləri bu topikə yığdım. Müəyyən vaxt aldı, amma yenə də etiraz edib, yox bizim bölgədə lap gözəl görüntülər var desəniz, sizə iki təklifim olacaq:

1. Bacarırsınızsa, şəkli topikin şərhinə əlavə edin;
2.
Alınmırsa, şəxsi mesajla mənə göndərin topiki redaktə edib əlavə edim.

Məqsədim, ölkəmizin ən gözəl yerlərini bu topikdə görüb gözlərimizi "şənləndirməkdi". :)

Bakı


Ardı →

Rəsmi anons-25 yanvar

Hər ayın sonuna yaxın saytımızda anons vermək ənənəsinə yenə də sadiq qalırıq.
Son ay ərzində aşağıdakı məqalələr qalib kimi saytın ideyası ilə uyğun olan və insanı ruhlandıran İstək, inam — əngəl tanımır məqaləsinin qalibi olan pascal seçilir. O, 50 AZN dəyərində Sizin MArketdə alış-veriş etmək imkanı qazanır.
İkinci yerin sahibi kimi həvəsləndirici mükafatı (BLBS kursunda 100 AZN dəyərində xarici dil kursu) isə İncəsənət nümunəsi olan dəhlizlər fotopostunun qalibi olan BaRLeLiTa qazanır.
Bu ay ərzində saytda ən çox maraqla qarşılanan topiklər arasında bunları da qeyd edə bilərik:
Səttar Bəhlulzadə
Çeburaşka
Vacib qərar

Gələn ay qalib olanlara isə daha maraqlı hədiyyə gözləyir stilim.az-dan (www.fb.com/stilim.az) dəyəri 50 AZN olan kişi yaxud qadın çantası (ayaqqabı) ilk 2 yerin sahibinə veriləcək. Xatırladaq ki, stilim.az sizə qadın çantalarının və ayaqqabılarının online satışı ilə məşğuldur, həmçinin kişi çantaları da təklif olunur, sifariş olunan istənilən model sizə 1 gün ərzində ünvanınıza pulsuz olaraq çatdırılır, bütün təklif olunan çanta və ayaqqabılara tam zəmanət verilir, qaliblər (hər biri) 50 AZN dəyərində hədiyyəni seçə biləcəklər.  Onu da qeyd edək ki, stilim.az kayzen istifadəçilərinə 10%-ə qədər endirim təklif edir, safariş zamanı bunu qeyd etməyiniz kifayətdir.

Bu ay saytda mikrobloqda yazmaq üçün maksimum simvol sayı istifadəçilərin təşəbbüsü ilə 250 simvola çatdırıldı.
Bu ay sayt tam normal fəaliyyətdə oldu və heç bir texniki problem müşahidə olunmadı:)
Davamı →

Maraqlıdır.Mütləq bax.

Salam hər kəsə.Maraqlı bir oyun keçirəcəm.Hər kəs iştirak edə bilər.Tapmaca kimi.Bunu necə etdiyimi tapana halal olsun gərək o kəs ya bunu bilən şəxs ya da ki çox ağıllı məntiqə sahib biri olsun.Çox maraqlıdır.Bu oyun qurtardıqdan sonra başqasını da edəcəm.Getdik


Deməli,bura deyil bir qırağa mobil nömrə yazın.mobil nömrə olmasa vacib deyil 7 rəqəmli ədəd yazın.Üstünə təvəllüdünüzü və onun da üstünə tamam etdiyiniz yaşınızı yazın(nəyi tamam etmisinizsə onu)  alınan rəqəmi bura yazın .başqa heçnə yox haa ancaq alınan ədəd mənə lazımdır.Nə nömrə və ya rəqəm yazmışdınızsa mən tapacam.Hər şey aydındır?


 


nömrə+təvəllüdün+yaşın(tamam etdiyin)=?(tək bunu yazın)


 


Davamı →

25 yaşlı qızı almazlar, çünki o qarıyıb

— Nə yaxşı papaqdır? Həm kepkadır, həm papaq.
— Bir manat iyirmi qəpiyə almışam.
— Ola bilməz. Belə də ucuz qiymətə papaq olar?
— Sənin ağlın qabaqkı kişilərin papaqlarına getməsin ey… o vaxtlar ki, namusun qiymətini də qoyurdular papağın üstünə, papaq od qiymətinə olurdu.

Stereotiplər sındırılıb. Ora qədər ki, sındıra bilmişik. Daha çox əşyaların üstündə, maddi tərəfdən, deyək ki… Məsələn, indi ərə getməmiş qız uşaqlarının qaşlarını alması əxlaqsızlıq sayılmır. Qadınlar da kişilər kimi şalvar geyir, kişilər kimi işə gedirlər, maşın sürürlər. “Toy olsun”, “Onun yarısı” kimi TV-proqramlarda bəyəndikləri kişilərə elçi düşürlər. Hətta bəzən atalarıyla, analarıyla birlikdə.
Davamı →

Fin testi - psixoloji test

Sizə Finlyandiyada istifadə olunan bir psixoloji testi təqdim etmək istəyirəm. Bu dövlətdə işə qəbuldan tutmuş, əsgərliyə çağırışa qədər bu testi geniş istifadə edirlər. Testin məqəsdi insanların psixoloji problemlərini öyrənmək və onalra uyğun işlərin seçilməsidir. Testin ideyası çox sadədir: Yoxlanılan şəxs vərəqə baxır oradakı dairələrin içindəki rəqəmləri deyir. Əgər o bütün rəqəmləri görürsə deməli sağlamdır. Yox əgər bir neçəsində görmürsə deməli onun gözündə problem var (Yəni daltonizm-rəng korluğu). Testin şəkili və dairələrdəki rəqəmləri görməmə zamanı hansı problemlərin olduğunu aşağıda görə bilərsiniz.


Ardı →