Westsider-in sualları

Suallar mənim deyil, bir neçə il əvvəl mənim məzunu olduğum məktəbdə şagirdlər arasında oynanılıb. Kifayət qədər asan suallardır.

1. Zooloqların tədqiqatına əsasən bəzi quşlar, məsələn qartallar, yuvalarına iki yumurta qoyurlar. Həmişə balalardan biri tez dünyaya gəlir və digərindən güclü olaraq, adətən, onu dimdikləyib öldürür. Bəs alimlər bu sindromu necə adlandırıblar?

2. O Romalıdır, onun tutqun müşaiətçiləri isə yunandırlar. Öz-özü ilə bir eçə görüşü müvəffəqiyyətsiz olub, skandinav dənizçilərinin hesabına isə biz onu daha yaxşı tanımışıq. O kimdir, ya da nədir?
Ardı →

Qumar oynayanlara biznesmen məsləhəti

  • Pencəyi soyunun,çünki isti olanda adam düşünmədən addım atır və risk edir.Dünya qumar biznesinin paytaxtı boş yerə Alyaska yox,subtropik və qış olmayan Las-Veqas seçilmib.Kondisioner olan yerdə və ya sərinləşdirici içki ilə şanslı ümidləriniz artır.
  • əhval-ruhiyyə yaxşı olmayanda oynamayın
  • oyundan əvvəl yaxşıca yeyin(təqribən 1-1,5 saat əvvəl),amma spirtli içki qətiyyən olmaz
  • çalışın ki,azartlı oyunlara laqeyd və biganə adamlarla gedəsiniz.
  • maaş alınan gün qumar oynamayın
  • Bioloji saatlarınıza uyğun vaxtda oynayın. Ən yaxşı vaxt 20.00 və 23.00 arasıdır. Gecə 12-dən sonra orqanizm istirahət etmək istəyir,intuisiya azalır, diqqətsiz olursunuz. Ən böyük uduzmalar gecə 2 və 4 arası olur(orqanizmin ən zəif vaxtı)

Davamı →

Sakura-28 mart turniri

1. Vilhelm Rentgen,Vant-Qoff,Emil fon Berinq,Fransua Arman Prüdom...Məhz bu adamlar o siyahiya başçılıq edir. Hansı siyahıya?
Cavab: İlk Nobel mükafatı laureatları
2. Yapon dilində «incəsənət adamı» deyin.
Cavab: qeyşa
3. yunan dilindən tərcümədə «döşsüz» olsa da,biz azərbaycanlılar(xüsusilə də qızlar) onlarla fəxr edirik.
Cavab: amazonka
4.Bu ingilisin bir xarici laboratoriyaya gəlməsinin şərəfinə əvvəlcədən hər yeri silib-təmizləyirlər. Bu şəxs gəlib tərtəmiz laboratoriyanı görüb deyir: "Əgər mən belə yerdə işləsəydim,indiki şöhrətimi qazana bilməzdim".Söhbət kimdən gedir?
Cavab: Penisillini kəşf etmiş Aleksandr Fleminq
5. Skeptik bir insanın dediyinə görə…. -riyaziyyatı zəif bilən insanlar üçün vergidir. Nə?
Cavab: lotoreya
Ardı →

Ən çox reytinq yığan mükafatlanacaq

kayzen.az administrasiyası saytın inkişafı və istifadəçilərə daha rahat şəraitin yaradılması üçün müzakirədən sonra yeni bir qərara gəlib. fidanın təklifi və digər istifadəçilərlə razılaşmadan sonra qərara alındı ki, saytın ən yüksək reytinq qazanmış istifadəçiləri mükafatlandırılsın. Mart ayının 15-dən sonra saytda ən çox aktiv olmuş,ən çox reytinq yığmış şəxs istifadəçilərin təklifi ilə başlanğıc üçün 250 USD mükafatlandırılsın.
Sayt administrasiyasından admin, 2ral və fidan reytinq yarışmasında iştirak etmir. Reytinq sistemi ilə bağlı https://kayzen.az/page/faq/reytinq oxumaq məsləhət görülür.
Davamı →

Mikrobloq

Hörmətli sayt administrasiyası.

Saytda aparılan yenilənməylə bağlı ərsəyə gələn yeni formatdan sonra yaranan və əvəzlənən bəzi bölmələr var.
Bunların içərisində kayzen istifadəçilərin ən sevdiyi bölmə olan Mikribloq ləğv olunub. Yanılmıramsa, onu Divar və ya Lent kateqoriyası əvəzləyib.

Elə bilirəm mənimlə həmfikir olan istifadəçilər çox olar ki, köhnə formatdakı mikrobloq saytın ən fəal, ən işlək, ən maraqlı, həm izləyici, həm oxucu cəlb edən ən aktiv bölməsi idi. Mikrobloqun aktivliyi və simpatikliyinin ən birinci amili, onun göz önündə olması, sayta daxil olmadan belə kənardan oxunması idi. Onu əvəzləyən bölmə isə, təəssüflər olsun ki, bu funksiyaları daşımır.

Davamı →

Qadınları əsəbləşdirən 21 söz

1. “Kökəlmisən”
2. “Bütün günü evdəsən nə iş görmüsən ki, belə yorulmusan?!”
3.”Otur evdə işivi gör!”
4. “5-6 manat pul qazanırsan onu da təpəmizə vurma”
5. “Bu evdə yalnız mənim dediyim olmalıdır! Vəssəlam!”
6. “Bayram tətilində gedib ancaq bizimkilərə baş çəkəcəyik”
7. “Mən kişiyəm, sən mənim istədiyimi eləmək məcburiyyətindəsən”
8. “Sən kişi işinə qarışma!”
9. “Sən qadınsan, otur oturduğun yerdə”
10. “Bunları kim soxub sənin beynivə?”
11. “Qadınlardan idarəçi çıxmaz”
12. “Qadınlardan sürücü olmaz”
13. “Qadınlar futbol nədir başa düşməzlər”
14. “İşləmək sənin nəyivə lazımdır?”
15. “Bütün qadınlar eynidir.”
16. “Heç kim anam kimi gözəl yemək bişirə bilmir”
17.”Sən nə başa düşürsən ki?!”
18. “Anam gəlir. Xəbərin olsun”
19. “Baxarıq”
20. “Sən bacarmazsan ver mən eləyim”
21. “Mən demişdim axı” 
Davamı →