Emosional intellekt uğur mənbəyi kimi

Həyatda uğur qazanmaq hər kəsin istəyidir. Gündən-günə dəyişən dünyada öz duyğularını, eyni zamanda digər insanların duyğularını anlamaq, bu duyğuları idarə edərək onları nizamlamaq isə hər kəsin edə biləcəyi bir fəaliyyət deyil. Bildiyimiz kimi, insan zəkasının əsasını təşkil edən intellekt haqqında əsaslı və qəbul olunmuş bir nəzəriyyə yoxdur. Lakin buna baxmayaraq, intellektin müxtəlif modelləri irəli sürülmüş, araşdırmalar, təcrübələr aparılmışdır.
İntellekt dedikdə hər kəsin ağlına ilkin olaraq İQ, yəni məntiqi zəka göstəricimiz gəlir. Məntiqi zəka əlbəttə ki, biliklərin qazanılması və onların istifadəsi üçün çox önəmlidir. Lakin İQ-sü yüksək olub həyatda uğuru və xoşbəxtliyi tapmayan insanlar da var.
Davamı →

Məişət tozsoranının quruluşu və iş prinsipi

Məişət tozsoranları mənzillərdə, ofislərdə, sinifvə auditoriyalarda, kafe və restoranlarda tullantıların, tozun yığılması üçün nəzərdə tutulmuşdur. Tozsoranın bir dəfə üçün davamlı işi 30-40 dəqiqədən artıq olmamalıdır. Əks halda bu təmizləmə qurğusu işləmə müddətini başa vurar.
Tozsoran nədir?
Tozsoran hava kütləsi vasitəsilə tozu və tullantılarını sorub, təmizləmək üçün qurğudur. Sorulan toz və çirk tozsoranın tozluğunda yığılır və mütəmadi olaraq oradan kənarlaşdırılır.
Müasir tozsoranlar tozluğun quruluşuna görə fərqlənir:
Davamı →

Naxçıvanın daş küftəsi

Tərkibi:
400 qr ət
1-2 tikə quyruq
1 ədəd baş soğan
50-60 qr noxud (suda isladılmış)
50-60 qr düyü
1 ədəd yumurta
nanə qurusu
tərxun qurusu
reyhan qurusu
mərzə qurusu
alça turşusu
duz
istiot
sarıçiçək
tomat və ya pomidor            
Davamı →

Mədəniyyət təmizlikdən başlayır

Anadolu  İslamla şərəflənməzdən əvvəl burada yaşayan Romalılara məxsus və günümüzə qədər gəlib çatan tarixi əsərlər mövcuddur. İzmirdə tapılan Efes antik mədəniyyətin ən məşhur şəhərlərindəndir.
Efesdəki 24000 nəfərin sığdığı Böyük Amfiteatr qədim dünyanın ən böyük teatrıdır. (Bax. Şəkil-1)
Amfiteatrı seyr edərkən qədim romalıların mədəniyyət baxımından bizdən qat-qat irəlidə olduqları fikrinə qapıla bilərik. Yemək haqqında rəy verə bilmək üçün mətbəxin, yeməyi bişirən aşpazın patları, dırnaqlarının təmizliyi və sudan istifadə etdiyi məkanı, həmçinin ayaqyolu təmizliyi də diqqətə alınmalıdır.
Biz də teatrın ehtişamına baxaraq heyrətə düşmədən əvvəl elə həmin teatrın lap yaxınlığındakı tualetə baş çəkək.
Davamı →

Un məmulatlarının hazırlanması üçün xammal və ərzaq məhsulları

İnsanın qida rasionunda ərzaq məhsullarının yeri onların enerji və qida dəyərliliyi ilə təyin edilir.
Çörək məhsulları dənli bitkilərin emalından alınır.
Bəs bu dənli bitkilər hansılardır?
Geniş yayılmış dənli bitkilər bunlardır:
  • Buğda unu çörək-bulka, makaron məmulatlarının istehsalında istifadə edilir.
  • Çovdar çörək-bulka məmulatlarının bəzi növlərinin, makaron və yarmaların istehsalında istifadə edilir.
  • Arpa, əsasən, arpa yarmasının, ununun və qəhvəsinin istehsalında istifadə edilir.
  • Darı unu, əsasən, çörək bişirmək üçün istifadə edilən buğda ununun tərkibinə qatılır.
  • Qarğıdalıdan un və qarğıdalı lopası istehsal edilir.

Davamı →

Un məmulatları. Un məmulatlarının hazırlanması üçün alət və tərtibatlar

Un müxtəlif dənli bitkilərin üyüdülməsindən alınan qida məhsuludur. Buğda, arpa, çovdar, qarabaşaq, darı, qarğıdalı, düyü kimi dənli bitki növlərindən un alınır. Un istehsalı üçün yararlı olan əsas taxıl növü buğdadır. Buğdadan alınmış un çörək məmulatlarının hazırlanması üçün əvəzedilməz qidaməhsuludur.
Un məmulatı nəyə deyilir?
Un məmulatı xəmirin bişirilməsi nəticəsində alınan yeyinti məhsuludur. Xəmir unun və mayenin digər məhsullarla (yumurta, şəkər tozu, yağ və s.) qarışığıdır. Un məmulatlarının tarixi dənli bitkilərin becərilməsindən başlayır. İlk vaxtlar un məmulatları maya əlavə edilmədən, olduqca sadə üsulla, sacda və təndirdə bişirilmiş nazik lavaş şəklində idi. Sonralar isə artıq mayalı xəmirdən yüksək növ çörək və digər un məmulatları hazırlanmağa başlandı.
Davamı →

İydə haqqında faydalı məlumatlar

Dünyanın bir çox yerlərində asanlıqla yetişən iydənin bir çox növü vardır. İydə ağacı 7 metrə qədər uzana bilir, yarpaqları yaşıl-gümüşü rəngdə, nazik, uzun və tüklüdür. Qabıqlı, oval, tüklü iydə meyvəsinin tumu xurma çəyirdəyinə oxşayır. May və iyun aylarında çiçək açan bu bitkinin meyvəsi payızda yetişir. Yağış suyu dəyməmişdən əvvəl toplanan meyvələr daha ləzzətli olur.
İydənin qida dəyərləri nədir?
İydə üzvi turşular, A, C, E vitaminləri, flaovan qlikozidlər, liflər, uçucu yağlar, yağ turşuları və dənə baxımından zəngin məzmuna malik bir meyvədir. Kalori dəyəri aşağı olduğundan pəhrizdə olanlar yeyə bilər.
Davamı →

Periferik sinir sistemi

Orqanizmin hər hansı bir nahiyəsinə xaricdən təsir olan kimi müxtəlif reflekslər baş verir. Reflekslər orqanizmdə fərqli reaksiyalar əmələ gətirir. Həmin reflekslərdə mərkəzi və periferik sinir sistemi iştirak edir. Periferik sinir sistemi mərkəzi sinir sistemindən kənarda yerləşən sinirlərdən və sinir düyünlərindən təşkil olunmuşdur. Sinirlər neyronların mərkəzi sinir sistemindən kənarda yerləşən uzun çıxıntılarından ibarət liflərdir.
Sinir düyünləri — mərkəzi sinir sistemindən kənarda — daxili orqanların yaxınlığında və ya onların divarlarında yerləşən hissi neyronların cisimlərindən təşkil olunmuşdur.
Davamı →

İnsanı əmək yaratmışdır

Insan tarixi inkişafın ilk mərhələsində təkamülün bioloji hərəkətverici qüvvələrinin təsirinə daha çox məruz qalmışdır. Daha sonra isə əmək fəaliyyəti nəticəsində təşəkkül etmiş sosial amillər bu təkamüldə (antropogenez*) mühüm rol oynamışdır. İctimai həyat tərzinin formalaşmasında birgəyaşayışın, əmək fəaliyyətinin xüsusi əhəmiyyəti olmuşdur. Səsin yaranmasında iştirak edən orqanlarda baş verən irsi dəyişkənlik nəticəsində nitq formalaşmışdır. Nitqin inkişafı ilə əlaqədar isə mücərrəd təfəkkür inkişaf etmişdir.
Davamı →