Canlıların nəsil ağacında insanın yeri

Müasir canlılar uzun illər davam edən inkişaf yolu keçmiş, mürəkkəbləşmiş və indiki görkəmlərini almışdır. Müasir təsəvvürlərə görə, canlılar dünya okeanında uzun sürən biokimyəvi təkamül nəticəsində yaranmışdır. İlk canlı varlıqlar kiçik selik topacıqları şəklində formalaşmış, lakin onlarda hüceyrənin quruluş elementləri (sitoplazma,, nüvə, orqanoidlər) olmamışdır. Çox keçmədən onlar böyüməyə, xarici mühitlə maddələr mübadiləsi etməyə, çoxalmağa qadir olmuş və bakteriyalara başlanğıc vermişdir. İlk birhüceyrəli bitkilər və heyvanların isə öz başlanğıcını bakteriyalardan aldığı ehtimal olunur.                                           
Davamı →

Vitaminlərin istifadəsi

Gərəksiz yerə istifadə edilən vitamin uşağa faydadan çoz zərərdir.
Türkiyəli pediatr Süha Ünüvar, bəzi mineralların qəbul edilməsini vacib bilib. Ancaq ehtiyac olmadan istifadə edilən vitaminlərin istifadəsini isə yanlış addım kimi dəyərləndirib. Onun sözlərinə görə, kalsium, maqnezium, potasium kimi vacib mineralların ana südündə olduğunu və uşağın avtomatik olaraq bunlarla qidalandığını bildirib:
Davamı →

Astma

Astma tənəffüs yollarının müxtəlif allergenlər və tətikləyici maddələrin təsiri altında daralması, iltihabi ilə gedən xroniki xəstəlikdir.
Astma zamanı tənəffüs yollarında əsas iki dəyişiklik yaranır.
  • İltihab -  tənəffüs yollarının selikli qişasının hava ilə daxil  olan müxtəlif maddələrə qarşı allergik reaksiyası  nəticəsində yaranır.
  • Daralma- iltihab nəticəsində selikli qişa ödemləşir, saya əzələlərdə spazm yaranır, nəticədə bronxlar daralır.
Broxlardakı spazm və iltihab nəticəsində xəstəliyin klinik simptomları yaranır.
Davamı →

İstifadəçi hesabları və ailə təhlükəsizliyi

Windows çoxistifadəçili əməliyyat sistemi olduğundan, təbii ki, istifadəçiləri bir-birindən ayırmaq üçün onların hər birinin sistemdə ayrıca qeydiyyat yazısı — istifadəçi hesabı (user account) olmalıdır. İstifadəçi öz hesabı ilə sistemə daxil olduqda əməliyyat sisteminin interfeysi həmin istifadəçiyə məxsus görünüş alır. Hər bir istifadəçiyə uyğun Windows-un iş masası, baş menyusu açılır və yalnız onun üçün quraşdırılmış proqramlar, yaradılmış fayllar əlçatan olur. Qeydiyyatdan keçmiş istifadəçi başqa istifadəçilərin yaratdıqları fayllara baxa bilmir.
Davamı →

Kompüterin uzaqdan idarə edilməsi

Yaranmış problemin ən yaxşı həlli xüsusi proqramlardan — kompüterin uzaqdan idarə edilməsi proqramlarından istifadə etməkdir. Bu proqramlar İnternetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri məsafədən idarə etməyə imkan verir. Belə proqramlar bir tərəfdən, yuxanda təsvir olunmuş hal üçün, yəni təcrübəsiz kompüter istifadəçisinə onun yanma getmədən və ya uzun-uzadı telefon danışıqlarına vaxt itirmədən kömək etmək lazım gəldikdə çox əlverişli olur.
Davamı →

Karpal tunel sindromu

Karpal tunel sindromu — bilək nahiyəsində orta sinirin sıxılması nəticəsində yaranan geniş yayılmış nevroloji xəstəliklərdən biridir. Bu sindrom daha çox 30-50 yaşlı qadınlarda rast gəlinir. Risk faktorlarına bilək oynağının revmatoid artriti, şəkərlii diabet, hipotireoz, amiloidoz və müxtəlif səbəblərdən yaranmış bilək kanalının ödemidir. Bununla yanaşı, sindrom biləyin çoxsaylı açılıb-bükülmə hərəkətləri tələb olunan işlərdə çalışan insanlarda da rast gəlinir.
Davamı →

Rotavirus infeksiyası

Rotavirus infeksiyasi qastroenteritin kəskin formasinan biri olub.Rotavirus tərəfindən törədilir.
Rotavirus bagirsaq infeksiyasi olub ən cox iki üc yaşina qədər usaqlarda yoluxur rotavirus infeksiyasi ən cox payiz yaz aylarinda baş verir. Xəstəliyin yayılmasi əllərin yaxsı yuyulmaması su qidalar vasitəsilə bəzi hallarda hava damci yollada kecir. Rotavirus infeksiyaya cirkli əllər xəstəliyi də deyilir.
ƏLAMƏTLƏRİ: İnkubasion dövür bir günən bes günə kimi davam edir. Yüksək hərarət 39-40C dərəcəyə kimi qalxmasi, qarında tutma səkilli agrılar, ürək bulanma, gün ərzində qusma, sulu ishal, iştahın itməsi, susuzlaşma əlaməti qicolma hallarina kimi gətrib cixara bilər.
Davamı →

Autizmin əsas əlamətləri

Erkən yaş dövrü neyro-psixiatrik pozğunluğun əmələ gəldiyi dövrlərdən biridir, əlamətləri ilk 3 ildə özünü biruzə verir. İlkin əlamətləri sosial münasibətlər və ünsiyyət sferasında pozğunluqların olması ilə meydana gələn neyro-psixiatrik pozğunluqdur. Sosial-emosional inkişafda gecikmə və azmalar, danışığın gecikməsi və ya olmaması və təkrarlayıcı davranışlardır.
Bu vəziyyətin əsas klinik xüsusiyyətləri 3 qrupda sıralana bilər:
Davamı →

Həm ev işi gör, həm də kalori itir

Formada qalmaq istəyənlərin kalori yandırmaq üçün istifadə etdiyi bir çox üsul var. Məsələn, müntəzəm olaraq məşq etmək, qaçmaq, kiçik boşqablardan istifadə edib az yemək yeməyi üstün tutmaq kimi.
Ancaq aparılan son araşdırma bu variantlara bir yenisinin əlavə olunduğunu göstərir. Çünki bu araşdırmaya görə, yalnız evinizi təmizləyərək gündə 600 kalori yandırmaq mümkündür. Hətta 2 saat ərzində evdə təmizlik işi aparmaq 5 kilometrlik bir qaçışdan belə daha çox  kalori yandırır.
Toz almaq, döşəməni  silmək, hamamı təmizləmək kimi gündəlik ev işləri sayəsində evinizindən çıxmadan belə kalori yandıra bilərsiniz.
Davamı →

Təzə balığı köhnədən ayırmağın yolları

İnsan sağlamlığı baxımından son dərəcə əhəmiyyətli faydaları olan dəniz məhsullarının hər biri sağlamlıq anbarıdır. Qış aylarının əvəzolunmaz qidası olan balıq ətinin insan sağlamlığı üçün bir çox faydası var.
Balıq almaq istəyərkən ümumiyyətlə hər kəsin ağlına gələn ilk sual balıqlar təzədir, yoxsa köhnə? Təzə balığı köhnə balıqdan seçməyin yollarını sizlərə təqdim edirik.
1.Təzə balığın gözləri parlaq və bayıra doğru çıxmış vəziyyətdə olur. Balıq təravətini itirməyə başlayanda gözləri içəri çökür.
Davamı →