Kompüterin lokal şəbəkəyə qoşulması

Windows əməliyyat sistemi vasitəsilə kompüterlər arasında lokal şəbəkənin necə yaradılması, eləcə də şəbəkə resurslarından (fayllardan, qovluqlardan, printerlərdən, disklərdən və s.) birgə istifadə etmək üçün onlara çıxışın necə açılması ilə tanış olaq. Bu gün, demək olar ki, hər bir evdə Wi-Fi yönləndiricilər olduğundan əlavə avadanlıqlardan istifadə etmədən evdə də lokal şəbəkə qurmaq olar.
Öncə şəbəkəyə qoşulacaq kompüterlər üçün ümumi işçi qrup yaratmaq lazımdır.
Davamı →

Şəbəkə avadanlıqları

Kompüterləri bir şəbəkədə birləşdirmək və şəbəkənin işini təmin etməkdən ötrü əlavə avadanlıqlar — yönləndirici, toparlayıcı, kommutator və s. lazımdır. Belə əlavə avadanlıqlara şəbəkə avadanlıqları deyilir və onların özlərini də iki qrupa ayırırlar: aktiv şəbəkə avadanlıqları və passiv şəbəkə avadanlıqları.
Aktiv avadanlıqlar elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qidalanan elektron sxemləri olan və siqnalları gücləndirən, çevirən və ya başqa funksiyaları yerinə yetirən avadanlıqlardır. Başqa sözlə, bu avadanlıqlar siqnalları xüsusi alqoritmlər üzrə emal etmək imkanına malikdir. Müasir lokal şəbəkələrdə Ethernet texnologiyası — verilənlərin paketlə ötürülməsi texnologiyası tətbiq edilir. Hər bir verilənlər paketində ötürülən verilənlərin özləri ilə yanaşı, texniki informasiya — verilənlərin mənbəyi və təyinat yeri, eləcə də paketin təyinat yerinə çatması üçün zəruri olan başqa məlumatlar da olur.
Davamı →

Kompüter şəbəkələri və onların təsnifatı

İnformasiya mübadiləsi və resurslardan birgə istifadə məqsədilə rabitə kanalları ilə birləşdirilmiş kompüterlər və (və ya) başqa qurğular qrupuna şəbəkə deyilir. Təsəvvür edin ki, şəbəkədə birləşdirilməmiş bir neçə kompüteriniz var. Belə bir muxtar mühitdə eyni bir verilənlərlə işləmək üçün bir kompüterdən faylları hansısa daşıyıcıya (məsələn, diskə) köçürmək, sonra həmin faylları başqa kompüterlərə yazmaq gərəkdir. Sənədləri tez çap etmək üçünsə kompüterlərin hər birini ayrıca printerlə təchiz etmək lazım gələcək. Belə bir şəraitdə bir neçə istifadəçinin eyni bir sənəd üzərində eyni zamanda işləməsi isə, sadəcə, mümkün deyil. İndi bu kompüterləri bir şəbəkədə birləşdirək və onların ümumi resurslara çıxışını təmin edək. Bu halda daha sizə disk lazım olmayacaq, printerlərin isə yalnız biri kifayət edəcək.
Davamı →

Seksin yaddaşa təsiri

Kanadanın Makgill Universitetinin alimləri seksin mütəmadiliyi ilə yaddaşı əlaqələndirən araşdırma aparıb.
Alimlər belə qərara gəlib ki, tez-tez sekslə məşğul olan gənc qadınlar güclü yaddaşa malik olur.
Araşdırmada 18-29 yaşlı 78 hetereseksual qadın iştirak edib. Onlar araşdırma çərçivəsində yaddaşın kompüterləşdirilmiş yoxlamasından keçib.
Davamı →

Hamiləlik çəkilərindən azad olmaq üçün ...

Hamiləliyin ilk 3 ayında xanımlar kilo almaq əvəzinə arıqlayır.Hətta iştahsızlıq, halsız olur ki, bunlar nəticısində 2-3 kilo ana arıqlayır.
Ancaq 24-cü həftədən başlayaraq iştah artımı, hormonal dəyişiklik özünü bürüzə verməyə başlayır.Ümumilikdə hamiləlikdə 10-15 kilo kökəlmək normal qarşılanır. 40-cı həftədə artıq 10-15 kilo almış olur analar.
Bəs hamiləlikdə necə qidalanmaq doğrudur?
Davamı →

Əmək haqqının artırılmasına necə nail olmaq olar?

1. “Mən planı … faizlə yerinə yetirmişəm”.

Buraya cəlb olunmuş müştərilərin sayı, bağlanmış sövdələşmələr, yazılmış məqalələr və s. daxildir. Rəqəmlərlə danışın. Əldə etdiyiniz uğurların statistika ilə möhkəmləndirilmiş qısa və lakonik hesabatı əmək haqqınızın artırılması üçün ən güclü arqumentdir.
Pis variant:
Burada bircə mən işləyirəm. Qalanların əlindən bir iş gəlmir. Ancaq mən hər gün nə olursa olsun, şirkətə gəlir gətirirəm.
Yaxşı variant:
Bu yarım ildə planlaşdırılandan 1,5 dəfə daha çox xidmət satmışam, daimi müştəriyə çevrilən 50 yeni müştəri cəlb etmişəm, 4 dəfə ilin ən yaxşı satıcısı seçilmişəm. Bu nəticələrə əsasən maaşımı yenidən nəzərdən keçirə bilərikmi?


Davamı →

Bürclərə görə sevgidə qısqanclıq

  • Sevgi

Qoç bürcü: Həmişə ön planda olmağı sevən Qoçlar arxa planda olduğu zaman da öz mövqeyini artıqlaması isə göstərəcək. Özünə güvənən tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alırlar.


Davamı →

Ağ paltarlardan sarı ləkələri necə aparmaq olar?

Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək çox çətindir.
Təbii üsullarla ləkələrdən qısa zaman ərzində qurtula biləcəksiniz.
Soda
Soda həm paltarlarınızı təmizləyir, həm də parladır. 250 qram soda və 1 litr suyu qarışdırın. Ləkəli paltarınızı qarışımın içində bir neçə dəqiqə saxlayın. Sonra paltarlarınızı paltaryuyan maşında normal şəkildə yuyun. Paltarlarınızın rənginin ilk alındığı günə döndüyünü görəcəksiniz.
Davamı →