Рейтинг
+104.97

psixologiya

86 üzv, 369 topik

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları


Bir çox valideynlər övladını verilən tapşırığı yerinə yetirməsi üçün və ya nadinclik etməsin deyə qorxudurlar. «Xoxan gələr aa, qoy başını yat» və ya «Yeməyini ye, yoxsa xoxan gələr səni aparar» kimi kəlmələr bizim ailələrimiz üçün yad deyil. Bəzən «xoxan»ı «iynə vuran həkim» və ya «küçədəki it» əvəz edir. Valideynlərin uşaqları qorxutmaqla bağlı fantaziyaları sonsuzdur. Bəs ümumiyyətlə, uşağı qorxutmaq doğrudurmu?

Uşaqlarda qorxu hissi doğulandan yeniyetmə yaşına qədər mərhələlərlə inkişaf edir. Mütəxəssislər bu inkişaf mərhələlərini 0-2 yaş, 2-6 yaş, 6-9 yaş, 9-12 yaş və yeniyetməlik dövrlərinə görə fərqləndirirlər.

0-2 yaşında olan uşaqlar ağrıdan, bərk səsdən, tək qalmaqdan və fiziki dəstəyi itirməkdən qorxurlar (əlini buraxanda, qucaqdan düşəndə və s.). Bu qorxu hissi doğulan gündən başlayır və tədricən güclənir. Böyük ehtimal bu yaşda uşaqların təsəvvürü tam formalaşmadığından onları «xoxan»la qorxuzmaq olmur. Başqa sözlə onlar hələ xoxan nə olduğunu nə dərk, nə də təsəvvür edirlər.
Davamı →
 

Məktəbi uşağa bu cür sevdirin

… Sentyabr qabağı valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən uşaq 1-ci sinfə gedirsə, bu hazırlıq daha fərqli və gərgin tempdə gedir. Təzə kitab, dəftər, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görür...

Məktəb uşağın inkişafında yerimək, danışmaq kimi önəmli mərhələlərdən hesab olunur. Hər yeni mərhələ kimi, bu mərhələ də ailə üçün “təbii bir kriz dövrü” hesab olunur və buna hər ailə uyğunlaşa bilmir. Məktəbə başlayan uşaq yeni və qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni “dünyaya qapı açır”.
Davamı →
 

Ringelmann effekti

Fransız kənd təsərrüfatı mühəndisi Maks Ringelmann 1883-ci ildə Grandjouan Kənd Təsərrüfatı Kollecində çox sadə görünən bir təcrübə etdi.

Təcrübə bundan ibarət idi: Ən sadə insanlar sınağa cəlb olunur və onlardan ağırlıq qaldırması tələb olunur. Hər bir şəxs üçün qaldıra biləcəyi maksimum çəki təyin edilir. Bundan sonra isə insanlar qrup halında birləşdirilir və getdikcə qrupdakı insanların sayı artırılır.
Davamı →
 

Məktəb fobiyası

Məktəb fobiyası çox zaman ürək bulanması, qarın və ya baş ağrısı, baş gicəllənməsi, qusma kimi psixosomatik əlamətlərlə özünü büruzə verir. Eyni zamanda iştahasızlıq, aqressivlik və ya özünə qapalılıq, küsəyənlik kimi əlamətlərr də müşahidə olunur.

Övladınızla məktəb qorxusu haqqında danışın. Hisslərini, nə üçün məktəbə getmək istəmədiyini və ya valideyni olmadan məktəbdə qalmaq istəmədiyinin səbəbini öyrənin. Hisslərini ifadə etməsinə kömək edin və onu sonacan səbirlə dinləyin. Daha sonra onu başa salmağa çalışın.

Məktəb fobiyasının səbəbini müəyyənləşdirin. Məktəb müəlliməsi, uşaq psixoloqu və valideynlərin birgə işi məktəb fobiyasının tez bir zamanda aradan qaldırılmasına kömək edəcək.

Qeyd : Bu məlumat 2-ci sinif üçün nəzərdə tutulub.
 

Evlilik öncəsi stress


Aşiq olursunuz və həyatı birlikdə paylaşmaq istəyib evlilik qərarına gəlirsiniz. Bura qədər hər şey gözəldir. Lakin bu qərarı qəbul etdikdən sonra bəzi şübhələr və pis duyğular baş qaldırır. Mütəxəssislər buna evlilik təlaşı deyirlər. Bu dövrdə yaşanan stress evliliyi davam etdirə bilmə narahatlığından irəli gəlir. Mütəxəssislər bunun yeni həyata başlamağın təbii və müvəqqəti çətinliyinin nəticəsi olduğunu deyirlər. 

Türkiyəli psixoloq M. Saraçoğlu evlilik öncəsi sindromun evliliyə qədər olan müddətdə hazırlıqların sıxlığı, gərginlik və evliliyə psixoloji hazırlıqla bağlı yaşanan problemlərdən qaynaqlanan stressli dönəm olduğunu bildirir: “Evliliyi davam etdirə bilməyin narahatlığı, azadlığın bitməsi düşüncəsi, vərdiş edilən nizam-intizam, həyat düzənindən yeni bir həyat tərzinə keçmək fikri və məsuliyyətlərin artması evlilik qərarına gələn cütlərdə müşahidə edilən stressin səbəblərindəndir.
Davamı →
 

Trixotilomaniya

Səbəbləri
Xəstəliyin səbəbləri, problem əsnasında beyində yaranan dəyişikliklər, digər xəstəliklərdən fərqli cəhətləri, narahatlığın dərəcəsini artıran faktorlarla bağlı tədqiqatlar davam edir. Bəzi araşdırmalar nəticəsində aşkarlanmışdır ki, xəstəlik neyrobioloji müddəti əhatə edir və xəstəliyin proqressiv müddətində genetik faktorlar xüsusi əhəhmiyyət daşıyır. Eynilə alkoqolizm, patoloji qumar, depressiya və digər psixiatrik xəstəliklərdə olduğu kimi genetik, duyğusal və mühit faktorlarının icmal nəticəsi ortaya çıxır. Lakin mühüm məqam saç qoparmağın müxtəlif xəstəliklərin komorbid əlaməti kimi ortaya çıxmasıdır. Yəni yüksək hərarət, sidik yolu infeksiyası, gün vurması kimi fərqli səbəblərlə ortaya çıxan xəstəliklərdə olduğu kimi saç qoparma da müxtəlif psixiatrik xəstəliklər əsnasında müşahidə olunur.
Davamı →
 

Sinesteziya

Sinesteziya- bu rənglərin, səsin, formaların, iybilmə, dadbilmə və duyğu orqanlarının psixoloji əlaqələndirilməsidir. İlk dəfə bu hadisəyə yaradıcı şəxsiyyətlər — rəssamlar və yazıçılar diqqət yetirmişdir.

Qöte həndəsi fiqurları müəyyən edilmiş rənglərlə qeyd edirdi (dairə — göy, ücbucaq — sarı). Artur Rembo yazırdı ki, “A” səsi — qara, “E” — ağ, “İ” – qırmızı, “U” – yaşıl, “O” — mavi rənglərdədir.

İvan Bunin daha dərinə gedərək rus əlifbasının bütün hərflərinin rəngötürücüsünü şərh etmişdir. XX əsrin ortalarında sinesteziyanı ətraflı şəkildə həmçinin psixoloqlar da öyrənməyə başladı. Onlar sübut etdilər ki, sinesteziya bütün insanlar üçün xarakterikdir, lakin o əksər vaxtlar özünü şüursuzluq halında göstərir. Rəngin səs və ya dad duyğusu spontan meydana gəlir.

Sinesteziya effektini qablaşdırma reklamlarında istifadə etmək olar, belə ki, rəng reklamda istehlakçıya düzgün istiqamətə yönəlməyə kömek edir, onun mala olan münasibetini müsbət tərəfə yönəldir. Praktikada rəngin funksional faydalılığı böyük rol oynayır. Şəraitdən asılı olaraq bu və ya digər rəng müəyyən psixoloji hiss əmələ gətirir.
Davamı →
 

Texnologiyanın uşaqlara zərəri

Aparılan araşdırmalara görə, uşaq və yeniyetmələr texnologiyadan daha çox əyləncə məqsədilə istifadə edirlər. Sözsüz ki, texnologiyanın zərərləri ilə yanaşı faydaları da var. Məsələn, gündə maksimum 1 saata yaxın kompüterdən istifadə etmək uşaqların öyrənmə sürətini artırır. Onlar texnologiya sayəsində öz təcrübələrini istiqamətləndirir, müəyyən proqram və oyunlarda çətinlik dərəcəsini seçirlər. Türkiyəli psixoloq Duyqu Almaz bildirir ki, texnologiyanın dərs və ev tapşırıqları edən uşaqlara böyük faydası var. 

Psixoloq internet sayəsində uşaqların məktəbin təqdim etdiyindən əlavə materiallar tapa bildiyini əlavə edir. Ancaq uzun müddət davam edən, məqsədindən yayınan internet və kompüter istifadəsinin zərərləri fiziki olaraq problemlər yaradır.
Davamı →
 

Xanımlara xas psixoloji sindromlar

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbəttə ki, romantizm – sevgidir. Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heçdə insana asan başa gəlmir; əksinə, ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır. Psixologiyada bir neçə sindrom varki, onları sizin nəzərinizə çatdırmaq istəyirik.


Anna Karenina sindromu
Klinik portret: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir.” Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır.
Davamı →
 

Təlabatlar piramidası

Motivlərin ierarxiyasını izah etmək üçün ingilis psixoloqu Abraham Maslou yeni bir model təklif etmişdir. Piramidaya bənzəyən bu modelin aşağı təbəqələrində ibtidai, yuxarı təbəqəsində isə ali, yüksək təlabatlar yerləşir. Abraham Maslounun nəzəriyyəsinə əsasən insan tələbatları, ilk öncə, fizioloji və psixoloji öhdəliklərin məcmusu ilə müəyyən olunur. O insan tələbatlarını, onların vaciblik səviyyəsinə görə 5 qrupa bölür:

Birinci səviyyə: Fizioloji və ibtidai tələbatlara: qidalanmağa, hava, su, yuxuya, seksual istəyi ödəməyə, istirahət və fizioloji varlığı təmin etmək üçün lazım olan digər tələbatlar
Davamı →