Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 610 topik

Facebook haqqında maraqlı faktlar

Facebook haqqında bəzi maraqlı və bilmədiyiniz məlumatları sizinlə paylaşmaq istərdim.

1. Suriya, Çin, Vyetnam və İranda Facebook-a qadağa qoyulub.

2. Həm vətəndaşlar həm də polis idarələri şübhəli günahkarları tapmaq üçün Facebook-dan istifadə edir.

3. Facebook istifadəçisi sayı qədərində əhalisi olan bir ölkə olsaydı, dünyada əhalisinin sayına görə beşinci ölkə olardı. Siyahının əvvəlində Çin, Hindistan, ABŞ və İndoneziya olacaqdı.

4. Bu yaxınlarda aparılan araşdırmaya görə Facebookda qeydiyyatda olan istifadəçilərdən aktiv istifadəçilərin sayı istifadə etməyənlsbətdə nisbətdə daha azdır.

5. Lamebook.com adlı saytda, Facebooka yazılan gülməli və lazımsız yeniləmələr (statuslar) nəşr olunur.

6. Hər ay Facebook'a 2.5 milyarddan çox şəkil yüklənir.



Davamı →

İntellektual olmadan necə intellektual görünmək olar?

1. Həmişə əlinizdə kitab olmalıdır. Metroda, avtobusda, küçədə, kafedə və s. Özü də kitab qalın olsa daha yaxşı olar. Üstəlik kitabla şəhərin ən tanınmış yerlərində gəzmək məsləhətdir.

2. Kitabı, ya da filmi sosial şəbəkələrdə paylaşmaq lazımdır. Paylaşdığınıza diqqət etmək gərəkdir: kitabın şəkli və yanında mütləq bir kofe fincanı olmalıdır. Bu sizin hətta istirahət anında belə kitabdan ayrı düşmədiyinizi göstərəcək. Qısacası, göstərə-göstərə oxumaq və filmə baxmaq.

3. Dostlarla, xüsusilə intellekti olan adamlarla bir süfrə arxasında oturanda çalışın çox danışmayın. Daha çox dinləyici mövqeyində durun. Onların danışdıqlarından yığdığınız məhsulları daha sonra təkrar özlərinə qaytarın. Özünüzü həmişə şagird kimi göstərməkdə yarar var.
Davamı →

Evdəki mənfi auranı dağıdan sirli harmoniya: Fen-Şuy

Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta sağlamlığında da öz izini buraxır.

Bəzi evlər olur ki, ora girəndə çıxmaq istəmirsən. Bəzən isə çox bahalı mebellə bəzdilmiş, son dəbə uyğun dizaynı olan evdən qaçmaq istəyirsən. Bəs bu, nəyə görə baş verir? Mütəxəssislərin fikrincə, evdə müsbət enerjinin olması insanları cəlb edir, rahatlıq gətirir, əks halda isə insan həmin yerdə sıxılmağa başlayır.

Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta sağlamlığında da öz izini buraxır. Bu səbəbdən də son zamanlar evə Fen-Şuy prinsipinə əsaslanaraq düzgün dizaynın verilməsi dəb halını alır.  

Fen-Şuy – sirli harmoniya
Fen-Şuyun əsas prinsipi harmoniyaya qovuşmaqdır. Harmoniya isə ünsürlərin (su, od, torpaq, hava) tarazlıq yaratması nəticəsində əldə edilir. Evin dizaynını Fen-Şuya uyğun etmək istəyirsinizsə, İN və YAN tarazlığını qorumağa çalışın.


Ardı →

Xoşladığınız qidalara görə xasiyyətiniz

İnsanların xasiyyətini müxtəlif üsullarla öyrənmək olar. Onlardan biri də insanların yediyi yeməkləri müqayisə etmək və zövqünə görə necə insan olduğunu müəyyən etməkdir.

Eqoistlər
Araşdırmalar göstərib ki, eqoistlər turş yeməkləri xoşlayır.

Romantiklər
Özlərini qurban verməyə hazır olanlar, cəngavər və romantiklər şirniyyat yemədən yaşaya bilmir.  

Xəsislər 
Duzlu yeməyə meyllik xəsislikdən xəbər verir. Bu insanlar əməksevərliyi və yaradıcı olmaları ilə də fərqlənirlər. 

Səmimi insanlar
İstiotlu yeməkləri xoşlayanlar isə sadəlöhv və səmimi olurlar.

Temperamentli insanlar
Qaynar temperamentli acı yeməkləri sevənlər daim macəra axtarışındadırlar. Ən böyük çatışmazlıqları eqoizmdir. Bəzi xəstəliklərdən qurtulmaq üçşün onlar yeməkdə duzdan az istifadə etməlidirlər.
Ardı →

Yaradıcı məsləhətlər

Qeyd etməyi unutmayın: Gördüyünüz maraqlı şeyləri, qəribə anları, fərqli mənzərələri qeyd edin. İşinizə yarayıb-yaramayacağını düşünmədən yazın hər şeyi. İdeya axtarışında olduğunuz vaxt bu qeydlər çox köməyinizə çatacaq.

Ardı →

Asqırmanın səbəbi və mahiyyəti

Bu prosesin səbəbini bilmək yəqinki çoxlarına maraqlıdır.

 Asqırmaya səbəb olan amillər
Asqırma burunun selikli qişasının qıcıqlanması nəticəsində baş verir. Qıcıqlanmaya isə bir çox amillər səbəb ola bilər. Əsasən insan soyuqlayanda selikli qişanin şişməsi, buruna hər hansı bir yad cismin düşməsi, günəş şüasının gözümüzə düşərək sinirləri qıcıqlandırmasıyla və allergiya zamanı asqırma halları daha tez-tez baş verir.

Asqırmağın anatomiyası 
Asqırdığınız zaman mütləq ağzınızı yaylığınızla və ya əlinizlə tutun. Çünki saniyənin onda birini təşkil edən bir vaxtda, gözləriniz və nəfəs yollarınız bağlanaraq saatda 300 –350 kmsürətlə 85 milyon bakteriyanı mərmi kimi havaya atırsınız.


Ardı →

Canlılardakı fövqəltəbii qüsursuz simmetriya

Təbiətdəki hansı canlı araşdırılırsa araşdırılsın, hər dəfə fövqəltəbii nizam, qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyi görünəcək.

Güzgüdə üzünüzə baxın, qüsursuz simmetriya görəcəksiniz. İnsanlar, quşlar, çiçəklər və kəpənəklər də eyni simmetriyaya malikdir.

Kainatdakı hər şeyin öz-özünə və təsadüfən ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin müdafiəçiləri təbiətdəki rəng müxtəlifliyi, nizam və simmetriya qarşısında heç nə deyə bilmirlər. Bu cür qüsursuz bir nizamın özbaşına və təsadüfən ortaya çıxmayacağı aydındır. Təkamülçülərin qarşıya qoyduqları heç bir iddia ilə təbiətdəki canlıların rənglərinin, naxışlarının, simmetriyanın meydana gəlməsini izah etmək mümkün deyil. Bu, hər bir ağıllı insanın dərhal görəcəyi qədər açıqdır. Belə ki, təkamül nəzəriyyəsinin banisi olmasına baxmayaraq, Çarlz Darvin də bu həqiqəti etiraf etmək məcburiyyətində qalmışdır:

 “Parlaq rənglilik, erkək balıqların kürt yatması, parlaq dişi kəpənəklər – bu gözəlliyin təbii seçmə ilə reallaşdığını düşünə bilmirəm”.


Ardı →

Eramız və Eramızdan əvvəl

Avropada VIII əsrdən başlayaraq illəri İsa Məsihin doğum dünündən hesablamağa başlamışlar.
Elə həmin vaxtdan da “bizim era” anlayışı ortaya çıxmışdır.

Təxminən 1500 il bundan əvvəl Roma Papası I İohann skif əsilli monax-alim Kiçik Dionisiyə “Pasxa” bayramının qeyd olunması üçün tarixin təzədən, lap dəqiqliyi ilə hesablamasını həvalə edir. Qeyd etmək lazımdır ki, həmin vaxta qədər Avropada illərin hesablanması Roma imperatoru olan bütpərəst Diolektianın hakimiyyətə gəldiyi ildən hesablayardılar. Bu da təxminən 284-cü ildən hesablanırdı.
Ardı →

Qida antidepressantları

Hamımız fikir vermişik ki, əhvalımız pis olduqda əlvan rəngli və şirəli giləmeyvələr, təravətli çay və şokolad bizə sevinc hissini qaytarmaq gücünə malikdir.

Bunun səbəbi yalnız təravətli qoxu və dadda deyil. Tori Payns (Florida) Universitetinin tədqiqatçıları bu məhsulların hal əhvalımıza niyə yaxşı təsir göstərdiyinə cavab tapıblar.

«Qida antidepressantları» sayılan çay, şokolad və giləmeyvələrin analizi göstərmişdir ki, bu məhsulların tərkibində olan maddələr, güclü depressiya dərmanlarının tərkibində olan maddələrə çox yaxındır.

Buna misal olaraq, qaragilə, moruq, çiyələk, kakao və çayın müxtəlif növlərində müasir antidepressantların əsas tərkibi olan «valproev turşusuna» oxşar komponentlər vardır. Şokoladın isə tərkibində təbii kimyəvi birləşmələr olduğundan (onlar üzüm və qırmızı çaxırda da var) ürək və damarlara çox yaxşı təsiri göstərdiyi deyilir.

Alimlər hələ psixiki xəstəlikləri bu məhsullarla müalicə etmək mümkündürmü sualına cavab almasalar da, bu məhsulların həm xeyirli, həm də əhvalınıza müsbət təsir göstərdiyinə əmin olaraq rasionunuzda tez tez istifadə etməniz məsləhət görülür. Yalnız həddi keçməyərək, çünki hər bir məhsulun xeyri olduğu kimi istifadəsi çox olduqda ziyanlı xüsusiyyətləri nin də olduğunu unutmayın.
Davamı →