Arqo deyimlər-6

Ərə gedəni s.kib divara söykəmirlər
-adətən iş-gücün ağırlığından şikayət edən gəlin üçün bu məsəli çəkirlər.
Elə bilirdin ərə gedəndə səni s..ib divara söykəyəcəklər ?

Ərli gəldi ərsizdən bir ərsin ağırı s.k istədi
-imkanlı birisi imkansız birindən pul və ya bənzəri bir şey istərkən belə deyilir.
-ərsin — xəmir işlərində işlənən dəmir kürəcik şəklində alət

Ət ye ətini tut, şor yeyib götünü tutma
-güclü yemək ye, qüvvətli olasan

Əcəli çatan köpək məscidin divarına işəyər
-cəzaya layiq yersiz iş tutan insana məsəldir

Əzimə də ver, Kazıma da ver, əlin çatsa özümə də ver
-qadının gəzəyənliyinə işarə

Ələ alanda qavaldı, götə girəndə zurna
-ikiüzlü, hər şəklə düşən insana deyilər

Əli götünə çatmamaq
-arxasınca qapını örtməyən adama deyilən söz

Əti boş, götü yaş
-yaramaz, lüzumsuz

Həmçinin bax:
 

0 şərh