Leço

Dadlı leço hazırlamaq üçün 5 sirr
  1. Leçonun hazırlanması üçün yalnız yetişmiş və keyfiyyətli pomidorları götürün.
  2. Leçonu çox uzun müddət bişirmək lazım deyil. Onun tərkibindəki bibər bir az sərt qalmalıdır.
  3. Leço hazırlayarkən unutmayın ki, pomidorlar və bolqar bibəri ilə cəfəri, reyhan və kəklikotu uyğun gəlir. Həm də hamısından yaxşı qurudulmuş göyərtilərdən istifadə etməkdir.
  4. Pomidorlar nə qədər ətli olarsa, leço o qədər daha dadlı alınacaq.
  5. Orijinal macar leçosunun tərkibinə 3 məhsul – pomidor, bolqar bibəri və soğan daxildir.

Davamı →

Güzgü yumağın üsulları

Güzgü istənilən interyerin ayrılmaz atributudur. Onun əhəmiyyətini qiymətləndirmək çətindir, çünki o praktiki olaraq hər yerdə lazımlıdır.

Hətta əgər mənzildə tək subay kişi yaşayırsa, onun evində həmçinin ən azından bir güzgü olacaq. Çox vaxt biz təmizlik işləri apararaq güzgülərin necə düzgün təmizlənməsi haqqında düşünürük.

Biz sizə güzgülərə düzgün qulluq haqqında bir neçə sadə və praktiki məsləhətlər təqdim edirik.
Çoxları bildiyi kimi güzgü incə gümüş və ya alüminium qatı olan şüşədir ki, üzdən xüsusi bərkidici tərkiblə örtülür. Bu o deməkdir ki, güzgüləri də təxminən adi pəncərələr kimi yumaq lazımdır.

Otaqlarda quraşdırılmış güzgülərin yuyulması bir, sanitar yerlərdə quraşdırılmış güzgülərin yuyulması isə digər xüsusiyyətlərə malikdir.

Məsələn: vanna otağında olan bütün güzgülər əvvəlcə sabun ləkələrini və ərpi həll edən yuyucu vasitələr ilə təmizləmək lazımdır. Bu cür ləkələrin yaranmasından qaçmaq olmadığı üçün, onları heç olmasa həftədə bir dəfə təmizləmək lazımdır ki, əks təqdirdə bu ləkələri sonradan təmizləmək çox çətin olacaq.

Yumadan başqa, güzgülər xüsusi qulluq tələb edir ki, siz onu uzun müddət istifadə edə biləsiniz. Sizə güzgülərə qulluq üçün bəzi məsləhətlər təqdim edirik.

Ardı →

Geyimlərdə olan tər ləkələri ilə mübarizə

Geyimdə tər ləkələri – kifayət qədər yayılmış problemdir. Onun həllində əsas vaxtı-vaxtında bu ləkəni aşkar edib, ondan qurtulmaqdır.

Köhnə ləkələri praktiki olaraq təmizləmək olmur
Tər ləkələrinin ən “məşhur” yeri yaxalıqlar, manjetlər və qoltuqaltı zonasıdır. Bu ləkələri çıxarmaq üçün bahalı yuyucu tozlar və emulsiyalar almaq vacib deyil. Tamamilə əlçatan vasitələr bu məsələnin tez və effektiv öhdəsindən gəlməyə kömək edəcək.

Maşın yuması
Maşın yumasına qalın amma yumşaq parçalardan hazırlanmış geyimlər ehtiyac duyur ki, onları müəyyən temperatur dərəcəsində yumaq lazımdır. Yuyucu toz ilə birlikdə əsas yuma zamanı maşına 3 həb aspirin əlavə edin. Yaxalama vaxtı maşına sirkə məhlulu tökmək olar. Bu komponentlər sizin texnikanıza zərər vurmayacaq, amma ləkələrə effektiv təsir edəcəklər.

Əl yuması
Təzə tər ləkələrini sabun məhlulunun və naşatır spirtinin köməyi ilə uzaqlaşdırmaq olar.

İpək parçalardan tər ləkələrini hidrogenin peroksidi çıxarmağa kömək edəcək. Bunun üçün 10 ml. məhlulu 1 stəkan su ilə qarışdırıb 5 dəqiqə saxlayın. Ləkənin üzərinə əvvəl sabun məhlulu vurun, sonra peroksidi tökün.

Ardı →

Sağlam yemək bişirmənin qaydaları

Hər gün bişirdiyiniz yeməkləri daha sağlam bir hala gətirə bilərsiniz.
Bir çoxumuz yemək vərdişlərini bu anda olduğundan daha sağlam hala gətirmənin yollarını axtarırıq. Bunu təmin etmək üçün bütün yemək bişirmə tərzinizi dəyişdirməyə ehtiyac yoxdur. Bir neçə sadə hiylə ilə daha sağlam bir bəslənmə tərzinə sahib olmaq mümkündür.

Yağ yerinə ət suyu və ya su istifadə edin
Yağ yerinə ət suyu, sadə su ya da bir tutam tərəvəz sousu istifadə edə bilərsiniz. Lay halında bir yağ təbəqəsinə gərək qalmadan yeməyinizi ləzzətli etmək mümkündür. Qızartma hamburger, kotlet və toyuq sinəsini maye yağ spreyi istifadə edərək bişirin və ət qəhvə rəngi alana qədər gözləyin. Daha sonra, yeməyin buxarıyla bişməsini tamamlaması üçün ət suyu və ya su əlavə edin. Bu üsul, arzu edilən qəhvə rəngi meydana gətirəcək və əti nəmli tutacaq. Yeməklərə zəngin ləzzətlər qatmaq və fərqli bir növ üçün kərəyağı yerinə kartof püresi ya da toyuq suyu istifadə etməyi təcrübə edin.
Ardı →

Limonlu dondurma

Düzgün hazırlanmış dondurma dadlı desertdən başqa, çox faydalı süd məhsulu hesab edilir. Dondurma orqanizmə kalsiumun daxil olmasına imkan yaradır ki, bu da öz növbəsində sümükləri bərkidir və onların artmasını stimullaşdırır. Bu səbəbdən dondurma uşaqlar üçün də faydalı hesab edilir.

Kalsiumdan başqa, onun tərkibinə kalium, dəmir, fosfor və maqnezium, həmçinin bir sıra vitaminlər daxildir. Bundan başqa dondurma çox kalorili və qidalı məhsul olduğu üçün o enerjini bərpa etməyə kömək edir. Sizə limonlu dondurmanın reseptini təqdim edirik.
Ardı →

Südlü sufle

Süddən hazırlanmış çərəzlər yalnız uşaqlar üçün deyil, həm də böyüklər üçün də çox dadlı və faydalıdır. Sizə hər kəsin xoşuna gələ biləcək bir çərəz resepti təqdim edirik.

Südlü sufle – yüngül və olduqca zərif bir çərəzdir. Onda yalnız bir çatışmazlığı var ki, onu bişdikdən dərhal sonra süfrəyə vermək lazımdır.

4-5 porsiya üçün:
Otaq temperaturunda olan süd – 1 litr,
Yumurta – 10 ədəd,
Buğda unu – 125 q,
Kərə yağı – 50 q,
Şəkər tozu – 300 q + 4 x.q.,
Vanil.

Hazırlıq prosesi:
Unu odavamlı qabda 300 q. şəkər tozu ilə qarışdırın, üzərinə kərə yağı və 6 yumurta sarısını əlavə edin və orta oda qoyun. Qarışığı daim qarışdıraraq dərhal onun təkibinə incə axınla süd əlavə edin.

Ardı →

Bu ərzaqları soyuducuda saxlamayın

Pomidor
Pomidor, soyuducunda bütün dadını itirər. Bundan daha böyük cinayət ola bilərmi? Şkafdakı soyuq hava yetkinləşmə mərhələsini dayandırar və yetkinləşmə pomidora dad verən şeydir. Pomidorlarınızı şkafın xaricində bir səbətdə və ya kasada saxlamalısınız.

Reyhan
Reyhan soyuducunda buraxıldığında sürətlə solar, ayrıca ətrafındakı bütün yeməklərə
qoxusunu buraxar. Ən yaxşısı onu çöldə, eynilə kəsilmiş çiçəklər kimi bir stəkan suyun içində saxlamaqdır. Əgər reyhanı uzun müddət saxlamaq istəyirsinizsə Martha Stewart onları qurudub dondurmanızı tövsiyə edir.

Kartof
Kartofu soyuducunun soyuğunda saxlamaq nişastasının şəkərə çevrilməsinə səbəb olur. Kartofları şkafa qoymaq yerinə kağız bir torbaya qoyub sərin bir yerdə saxlamalısınız, soyuq deyil. Kağız torbalar plastiklərdən daha çox işə yarayar çünki bu nəfəs almalarını və gec çürümələrini təmin edər.

Ardı →

Tavanı vizual olaraq necə hündür etmək olar?

Tavan ev ilə ilk tanışlıq vaxtı diqqət mərkəzində olmayan elementlərə aid edilsə də, məhz o otaqda azadlıq və geniş sahə hissinin formalaşmasına təsir edir və bu da rahatlığın yaradılması üçün çox əhəmiyyətlidir. Buna görə dizaynerlər tavana diqqət edib onları vizual olaraq daha hündür göstərməyə çalışırlar.
İşı
Ardı →

Taxta qablara qulluq


Ağacdan hazırlanmış qablar ekoloji cəhətdən ən yaxşı qab hesab edilir. Belə qablara qulluğun müəyyən qaydaları var:
Qabları istifadədən sonra dərhal yumaq lazımdır. Bunun üçün qabyuyan maşından istifadə etmək tövsiyə edilmir. Bundan başqa ağac suyu özünə çəkdiyi üçün taxta qabları suda saxlamaq olmaz. Hər bir qab və ya qaşıq ayrıca yuyulmalıdır, qupquru silinməli və quru yerdə saxlanılmalıdır;

Ardı →