Təkəbbür, lovğalıq

Qədim Yunanıstanda yaşayan hökmdar Zevs
Allahı tanımayıb,özünü baş allah elan edib.
Odur ki,bu dünyadan cəhənnəmlik kimi gedib.
Çünki Zevs əsilzadə deyildi,zatı qəliz idi.
Əsatirə görə o, qardaşla bacının
izdivacından doğulmuşdu.
Atası vəhşi, qaniçən,
özü isə azğın, zülümkar olmuşdu.
Zevs özündən başqa bir neçə allah da təyin etmişdi.
Ardı →

Hettlərin mədəniyyəti

Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (ind.Qızıl İrmoq) çayının hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtılə bu ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər mövcud idi. İncilin rus tərcüməsində bu xalq «Het oğulları», «Hetlər» kimi Fələstin və Suriyanın yəhudilərə qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni kimi göstərirlər.
XIX əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi yazılı mətnlərdən hetlərin yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və IV Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd edilir.
Davamı →

Müharibə, yoxsa sülh?



Bütün dünyadakı aclıq problemini aradan qaldırmaq üçün ildə 30 milyard dollar pula ehtiyac var, bu rəqəm bütün dünyanın bir həftədə müharibə
üçün xərclədiyi məbləğə bərabərdir. Müharibə adı geyindirilmiş insan öldürmə, qətliyyam prosesinin isə yalnız bir səbəbi var: hökümətlərin bitməyən nəfsi! Təəssüf ki, hökümətlərin oynadığı bu oyunlara görə xalqlar nifrət etməyi, ölməyi və öldürməyi öyrənir. Təkcə 2-ci Dünya Müharibəsində 20 milyon əsgər, 40 milyon sivil xalq olmaqla 60 miylon insan ölüb. Bu rəqəm böyük bir ölkənin əhalisi sayıyla eynidir. 2-ci Dünya Müharibəsinin maddi ziyanı isə 1.944 trilyon ABŞ dollarıdır.

Statistikaya görə dünyada ən sülh dolu ölkə İslandiya, ən az sülhü olan ölkə isə Somalidir. Bu iki ölkəni mədəni, iqtisadi və siyasi cəhətdən müqayisə etsək aradakı dağlar boyda fərqi görə bilərik. Deməli müharibələr insanları öldürməkdən əlavə onların inkişafını da ləngidir.

Bəzi hallarda isə müharibələr hökümətlər tərəfindən süni olaraq davam etdirilir. Bu hal daha çox söz azadlığı olmayan, diktatura rejimli ölkələrdə baş verir. Belə ki, hökümətlər ölkədəki daxili problemləri gündəmə gətirtməmək üçün süni problemlər yaradır və xalqını nifrət etməklə, müharibəylə məşğul edir.

Thich Nhat Hanh: «Hökümətlərin xalqı susdura bilmək üçün düşmənlərə ehtiyacı var. Beləliklə xalq qorxmağı və nifrət etməyi öyrənərək hökümətin ətrafında toplaşacaq, əgər düşmən yoxdursa, heç nədən də olsa yaradılacaq.»

«Müharibə hökümətin sənə pis insanın kim olduğunu göstərdiyi vaxt, inqilab isə sənin pis insanın kim olduğunu müəyyən etdiyin vaxt baş verir.»


Bertnard Russel: «Müharibə kimin haqlı olduğunu yox, kimin sağ qalacağını müəyyən edir.»


Colonel Potter: «Bəzən düşünürəm ki, müharibədə belə bir qayda qoyulmalıdır: hər kəs qarşısındakı düşməni güllələməmişdən əvvəl onu yaxından tanımalıdır, necə bir insan olduğunu bilməlidir. Görək hələ də güllələmək istəyəcəkmi.»


Ronald Reagan: «Mən cənab Qorbaçevə dedim ki, əgər başqa bir planetdən bizim planetə hücum olsaydı bizim bu görüşlərdə müzakirə edəcəklərimizi daha asan olardı. Çünki hamımızın insan və bu yer kürəsinin hamımızın olduğunu başa düşərdik.»


Platon: «Yalnız ölülər müharibələrin sonunu görüb.»


Albert Eynşteyn: «Axmaqlara görə insanlar milliyyətinə, dininə, irqinə, cinsinə və s. kateqoriyalara bölünürlər. Lakin əslində insanlar iki kateqoriyaya aiddirlər; yaxşı insanlar və pis insanlar.»


George McGovern: «Mən yaşlı insanların cavan insanları öldürəcək müharibə planları qurmaqlarından bezmişəm.»


Muhəmməd Əli: «Mən İslam dininə inanıram. Mən Allaha və sülhə inanıram.»


Ronald Reagan: «Seçim azadlığı olan xalq həmişə sülhü seçər.»


Mahatma Gandhi: «Göz üzərində göz bütün dünyanın kor olmağına gətirib çıxarır.»


Teresa ana: "Əgər sülh yoxdursa, bu o deməkdir ki, biz bir-birimizə aid olduğumuzu unutmuşuq."


Eve Merriam: «Mən „Ana, müharibə nə deməkdir?“ soruşacaq olan övlad dünyaya gətirmək istəyirəm.


Eleanor Ruzvelt: „Sülh haqda danışmaq kifayət deyil, kimsə sülhə inanmalıdır. İnanmaq da kifayət deyil, kimsə sülh üçün nəsə etməlidir.“




mənbə: mexfi.info
Davamı →

Limonun faydaları

Qızdırmanı və təzyiqi salır.
 Qanı təmizləyir.
 Susuzluğu aradan qaldırır.
 Ürəyi qüvvətləndirir.
 Damar sərtliyi və romatizm üçün faydalıdır.
 Qripin tez sağalmsına kömək edir.
 Mədə, bağırsaqdakı mikrobları öldürür.
 Qida zəhərlənməsini önləyər. 
 Böyrəkdə qum və daşların düşməsinə kömək edir.
 Üzdəki sızanaqları qurudur.
 Dərinin gözəlləşməsini təmin edir.
 Qaraciyər xəstəliklərində faydalıdır.
 Dişləri ağardır və diş ətlərini qüvvətləndirir.
 Soyuqdəyməni aradan qaldırır.
 Skorbut xəstəliyində faydalıdır.
 Limon suyu ilə qarqara edildiyində ağız, boğaz və badamcıq iltihablarını aradan qaldırır.
 İshalı kəsir.
 Qansızlığı önləyər.
 Mədə ağrılarını sakitləşdirir.
 Baş ağrılarını və bədən ağrılarını kəsər.
 Üzdəki çillər üçün faydalıdır.
 
Davamı →

Ağladır

Ağlayar

Mən bu ayrılıqdan nəsə yazdıqca,
Barmaqlar ağlayar, qollar ağlayar.
Biz bir, birimizə qovuşmadıqca,
Küçələr ağlayar yollar ağlayar.

Qəlbimə hər dəfə yeni qəm gəlir.
Görüb qəmlərimi qəm də ağlayır
Vallah heç bu qədər mən ağlamıram
Masanın üstündə şəm də ağlayır.

Ağlayır ürəyim ağlayır qələm.
Könlümdə dolaşan qəmi ağladır.
Bax-- bax gözlərimə Ağlamıram mən,
Bəlkə bu qələmdir şəmi ağladır,?


Getdi... Hədər getdi o gənclik çağım.
Ağlayır saçımın dəni ağlayır.
Bəlkə əşyalarla dolu otağım,
Hələ mən ölməmiş məni ağlayır?

Elə üzübür ki bizi bu həsrət.
Göydə pərvaz edən quşu ağladır.
Bizi ağlatmayan, bu acı qismət,
Sən demə torpağı daşı ağladır.

Ayrılıb o köhnə eşq məktubların,
Bir dəfə heç açıb-bağlamamışıq.
Bizim ayrılığa yer-göy ağlayıb.!
Biz daşürəyik ki, ağlamamışıq...!


Hüseyn Atəş


Davamı →

O gün gec olacaq

O gün gec olacaq görüşmək üçün,
Bu eşqin kitabın bağlayacayıq,
Üz-üzə gələndə gülsəkdə belə,
Çəkilib xəlvətə Ağlayacayıq.

Ağlayar o gözlər,ağlayar ürək.
O gün kədər gələr, sevinc yerinə.
Hərəmiz bir yalan danışaq gərək.
Mən öz sevgilimə, sən öz ərinə.

Açarıq sabahı gözləri diri,
O gece yummarıq gözlərimizi
O gün ilk sevginin, xatirələri,
Kədərli film tək ağladar bizi.

Bir o gün düşünüb məni anarsan.
Bir o gün soyuqluq köçər əlinə.
Bir o gün açarsan, köhnə sandığı,
Saralmış məktublar keçər əlinə.

Yenə oxumaqçün. gölər tələsər.
Sənə çox çətin gün sayılar o gün.
Tərəəddüd içində əllərin əsər,
Atarsan sobaya yandırmaq üçün.

Baxarsan ardınca o məktubların.
Gözlünün önündə, illərin yanar.
Tələsik alarsan sobadan amma,
Söndürə-söndürə əllərin yanar.

Demirəm bu sevgi önündə əyil,
Demirəm sevgində gözlərim qalıb
Bizim ilk məhəbbət uşaqlıq deyil,
Bizim ilk məhəbbət ömürlük olub.

Zamani geriyə qaytarmaq olmur,
Kaş səni sevməyə gec olmayaydı,
Ya da heç səninlə görüşməziydik
Eh belə məhəbbət heç olmayaydı 


Davamı →

Fransa XIX əsr-XX əsrin əvvəllərində

1804-cü ilin mayında Senat Napeleon Bonapartı I Napeleon adı ilə imperator elan etdi. 1805-ci ildə Fransaya qarşı Avropa dövlətlərinin yeni koalisiyası yaradıldı. Bu koalisiyaya İngiltərə, Rusiya, Avstriya və b. daxil oldular. 1805-ci ilin oktyabrında Trafalqar burnu yanında ingilis donanması fransız donanmasını darmadağın etdi. 1805-ci ilin dekabrında Austerlits döyüşündə Rusiya və Avstriya qüvvələri məğlubiyyətə uğradılar. 1806-cı ildə Fransa qoşunları Prussiya torpaqlarına soxuldular. Qısa müddətdə Prussiyanın taleyi həll edildi və Napeleon Berlinə daxil oldu. Napeleon Berlində Kontinental blokada haqqında dekret imzaladı. Fransa Avropanı özünə tabe etməli idi. Beləliklə, kontinental mühasirənin elan edilməsi Fransanın qəsbkarlıq siyasətində dönüş nöqtəsi oldu. Bu onu Avropa və dünya hökmranlığı uğrunda müharibəyə sövq etdi. 1807-ci ilin iyununda isə Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlubiyyətə uğradılar. Iyul ayında Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Rusiya Napeleon tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokadaya qoşulmağa məcbur oldu. 1812-ci ilin iyununda Fransa ordusu Rusiyaya hücum etdi. 1812-ci ilin sentyabrında Mojaysk yaxınlığında Borodino çölündə baş verən vuruşmada hər iki tərəf xeyli təlafat verdi. Fransız orduları Moskvaya daxil oldular.


Ardı →

Diplomatik münasibətlər və diplomatik missiya

Dövlətlər arasında diplomatik münasibətlər onların hökumətləri arasında istənilən səciyyəli dostluq münasibətləri yolu ilə qurula bilər, ancaq daimi diplomatik münasibətlərin mövcudluğu yalnız diplomatik missiyaların açılması, yaxud, daha yaxşısı, bunların mübadiləsi zamanı təsdiqini tapır. Onlar qarşılıqlı razılıq yolu ilə və missiyaların öz üzərilərinə götürəcək funksiyaları qarşılıqlı anlamaları əsasında qurulur. Bu funksiyalar sonuncu yüzilliklərdə hamı tərəfindən qəbul olunmuş hala gəlib və 1961-ci ildə diplomatik münasibətlər haqda Vyana konvensiyası ilə müəyyən olunub və əsasən aşağıdakılardan ibarətdir:
a) göndərən dövlətin və qəbul edən dövlətin təmsil edilməsi;
b) göndərən dövlətin və onun vətəndaşlarının maraqlarının qəbul edən dövlətdə, beynəlxalq qanunvericiliklə müəyyən olunmuş çərçivələrdə müdafiə olunması;
c) qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
d) bütün qanuni vasitələrlə qəbul edən dövlətdə vəziyyətin və hadisələrin müəyyən olunması və bu haqda göndərən dövlətin məlumatlandırılması;
e) göndərən dövlət və qəbul edən dövlət arasında dost münasibətlərin qurulması və onlar arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişaf etdirilməsi.
Diplomatik missiyaların əməkdaşları özlərinin diplomatik funksiyalarından əlavə eləcə də konsul funksiyaları yerinə yetirə bilərlər.


Ardı →

İslam fəlsəfə tarixi

Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəbdilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı «fəlsəfə» adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni– yeni əsərlər yaratdılar.
Davamı →