Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Kişmişli keks

Tərkibi:kişmişli keks
Yumurta -2 ədəd
Duru yağ -2 xörək qaşığı
Soda — 1 çay qaşığı
Qatıq — 1 stəkan
Şəkər — 1 stəkan
Un — 2 stəkan
Vanil — 1 paçka
Kişmiş — yarım kasa(balaca kasa)

Ardı →

Badımcan mürəbbəsi

Tərkibi:
təmizlənmiş badımcan — 1 kq
şəkər — 1,5 kq
limon duzu — 1,5 q
vanilin — 0,5 q

Hazırlanma qaydası:
Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 saat soda məhlulunda saxlanılır.

Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşdəklənir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır.
İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür.

Üçüncü gün əməliyyat təkrar edilir və 6-8 dəqiqə badımcanlar şərbətdə bişirilir.
Dördüncü gün isə mürəbbə hazır olana kimi bişirilir, limon duzu və vanilin əlavə olunur.
Davamı →

Qarğıdalı salatı

Ərzaqlar:
450 qram toyuq filesi
3 ədəd kartof
2 ədəd yumurta
3 ədəd yerkökü
Konservləşdirilmiş qarğıdalı
Holland pendiri
Zövqə görə duz istiot
Moyanez smetan

Hazırlanması:
Fileni qaynadırıq və soyumasını gözləyirik.
Soyuduqdan sonra, bıçaqla uzunsov doğrayıb və ya əlimizlə didirik.
Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyub soyumalarını gözləyirik. Daha sonra sürtgəcdən keçirdirik. Hazırladığımız ərzaqları bu ardıcıllıqla lay-lay düzürük.
Nuş olsun!
Davamı →

Tort

şokoladlı tortTort bütün dünya xalqlarının mətbəxində geniş yayılan un məmulatı və şirniyyat növüdür. Böyük əksəriyyət tərəfindən bu şirniyyat növü çox sevilir və ailələrdə mühüm əlamətdar günlərdə tort süfrəmizin əsas bəzəyidir. Azərbaycanda da çox çeşidli tortlara rast gəlmək mümkündür Hazırkı dövrdə xüsusi kulinarlar tərəfindən hazırlanan şirniyyatlar öz görkəmi, keyfiyyəti ilə seçilir.

Tortlar təsdiq olunan qaydalara uyğun olaraq qüvvədə olan sanitar qaydaları gözləməklə reseptlərə və texnoloji qaydalara, standartların tələblərinə uyğun olaraq hazırlanmalıdır. Hazırlanma tərkibindən asılı olaraq tortları şəkərli, biskvitli, qatlı, fındıqlı, vaflili, havalı, qırıntılı və müxtəlif yarımfabrikatlardan kombinə olunmuş kimi növlərə bölürlər.

Orqanoleptiki göstəricilərinə görə, istifadə üçün nəzərdə tutulan yarımfabrikatların xarakteristikası, üzərində qüsuru olmayan bişmiş bir, yaxud bir neçə qat yarımfabrikatlar kənar dad və iy verməməməlidir. Tort bişirilərkən uyğunluq sertifikatı olan idxal olunan xammal və yarımfabrikatlardan istifadə edilməlidir.
Ardı →

Hazır peceniya tortu

Peceniyaları südə batırıb qaba düzün. Üç qat düzülmüş peceniyaların hər qatına şanti kremindən çəkin. Üzərinə halqa şəkilində doğranılmış bananları düzün sonra kremlə örtün və zövqə görə hazır satılan qarğıdalı yarması (кукурузные хлопья) səpə bilərsiniz. Sonra şokolad hazırlayın.

Hazırlanması:

1 paket kako.

2 stəkan süd.

1 x.q duru yağ.

Şokoladı qazın üsütündə qarışdırın, tam da qatı olmasın. Sonra  bir az soyudun və hazırladıqınız peceniyanın üstünə şəkildə göstərilən formada düzün və soyunduyca qoyun.


Ardı →

Kələm salatı

4 pay üçün

Tərkibi:
Bir ədəd balaca kələm, təxminən yarım kilo - nazik və uzun-uzun doğrayın
1 xörək qaşığı duz
1 ədəd alma — qabığını soyun və kibrit şəklində doğrayın
3-4 xörək qaşığı göy soğanın doğranmış yaşıl hissəsi
zövgə görə zeytun yağı (adətən günəbaxan yağdan istifadə olunur)
zövgə görə limon suyu
zövgə görə duz
zövgə görə istiot
bir çimdik şəkər tozu (zəruru deyil)
üstünə səpmək üçün hr hansı növ turş giləmeyvə (Mən zirinç səpirəm turşməzə dad üçün)


Ardı →

Qırmızı Mərci Şorbası

4 porsiya üçün nəzərdə tutulub

1 stəkan  qırmızı mərci
1 ədəd orta boy soğan — xırda-xırda doğrayın
1 ədəd orta boy yerkökü  — xırda-xırda doğrayın
1 ədəd orta boy kartof — xırda-xırda doğrayın
1 xörək qaşığı tomat (tomat pastası)
6 stəkan su
zövqə görə duz
zövgə görə istiot (şorbanın acı olmasını istəyirsinizsə, bir az acı qırmızı pul bibər əlavə edin)
1-2 qaşıq yağ

Üstü üçün (bu zəruri deyil və şorbanın süfrəyə verəndə gözəl görünməsi üçün edilir -  şəkildəki kimi)
2 x. qaşığı kərə yağı və yaxud zeytun yağı
1/3 çay qaşığı qırmızı şirin bibər tozu (paprika)

 


Ardı →

Ətli, tərəvəzli xörək

Tərkibi:

500 qr təzə yaşıl noxud (Qarox)
300 qr quşbaşı mal əti
1 ədəd böyük boy soğan
1 ədəd orta boy pomidor
2 ədəd orta boy kök
2 ədəd orta boy kartof
2 yemək qaşığı duru yağ
1 şirin qaşığı tamat
Kifayət qədər isti su
kifayət qədər qara bibər
kifayət qədər duz


Ardı →

Ətli dovğa


Xammalların miqdarı dovğada verildiyi kimidir. Əlavə olaraq 400 qr yumşaq qoyun əti, 60 q noxud götürülür.

Əvvəlcədən isladılmış noxud ayrıca qazanda yarım bişmiş vəziyyətə gələnə qədər qaynadılır.

Sonra ət qiyməsindən hər paya 5-6 əd xırda küftəcik hazırlanır və noxudla birlikdə bişirilir.

Bişmiş noxud və küftəciklər hazır dovğaya qarışdırılır.

Ətli dovğa süfrəyə isti halda verilir. Üzərinə darçın da səpilə bilər.


Davamı →

Ətli spaqetti

Tərkibi:

1 paket spaqetdi
250 qram çəkilmiş dana əti
1 baş soğan
1 xörək qaşığı tomat
4 pomidor
Duz
Qara bibər
Cəfəri
2-3 xörək qaşığı zeytunyağı

Hazırlanma qaydası:

Soğan, pomidor vəsarımsağı doğrayın.


Ardı →