Рейтинг
+55.49

Marketinq

54 üzv, 109 topik

Satışda köhnə və yeni metodlar

İqtisadiyyat elminin atası Adam Smith iqtisadiyyat elminin tərifini verərkən, iqtisadi nizamı təmin edən " gizli əl " nəzəriyyəsini ortaya atırdı. Bu nəzəriyyəyə görə, hər kəs eqoist davranıb özü üçün ən doğru qərarı verdiyində ortaya iqtisadi bir nizam çıxırdı. Adam Smithin iqtisadiyyatı bu qədər sirli bir hala gətirib, şüurlu olmayan bir anlayışla şərh etməyinin səbəbi iqtisadiyyatın daxilində təxminən bilməyəcəyiniz bir çox faktorun təsirinin olmasından irəli gəlirdi.

İnsanlar nə üçün hansısa bir məhsulu alır?
Qiymətindən ötrümü, satıçıya güvəndiyindənmi, yoxsa məhsulun keyfiyyətinə görəmi?
 Bu suallara dəqiq şəkildə cavab vermənin asan olmadığını görürük. Bir müştəriyə bu məhsulu nə üçün alırsan, şəklində soruşduğunuzda sizə bir neçə cavab verə bilər, amma araşdırmalar müştərilərin söylədikləri səbəblərin gerçək səbəblər olmadıqlarını göstərir. 
Ardı →

Razısalma qabiliyyəti

Satış gücünüzü artırmaq istəyirsiniz?
Bu zaman razısalma qabiliyyətinizi inkişaf etdirməlisiniz. Bəs razısalma qabiliyyətinizi necə artıra bilərsiniz? Müştərilərinizi satın almağa razı salmada necə daha təsirli ola bilərsiniz? Aşağıdakı nümunələrdə Amerikada yüksək razısalma gücünə sahib satış mütəxəssislərinin sirrini tapacaqsınız. Bunlar razısalma gücünüzü artıracaq 9 üsuldur.
Ardı →

Hədəf bazarı yoxsa məqsəd auditoriyası?

Hədəf bazarı və məqsəd auditoriyası terminləri qarşılıqlı əlaqədədir, lakin onlar bir-birini əvəz etmirlər. Müxtəlif bazar münasibətlərində firmanın hədəf bazarı eyni zamanda onun məqsəd auditoriyası ola bilər, lakin bu hər zaman mümkün deyil. Onlar arasındakı fərqi bilmək insanlara öz qurumlarında marketinq strategiyasını gücləndirmək və bazar münasibətlərini inkşaf etdirməkdə kömək ola bilər.

Hədəf bazarının əsasları 

  • Marketinq ekspertləri  Filip Kotler və Gary Armstrong hədəf bazarını  firma tərəfindən təmin olunan ümumi təlabat və ya xüsusiyyətləri paylaşan şəxslərin qruplaşması kimi xarakterizə etmişdir. Bu şəxslər, əsasən, məhsulun istifadəçiləridir.

Məqsəd auditoriyasının əsasları

  • Reklam mütəxəssisi Tom Dunkan məqsəd auditoriyasını “marka mesajına reaksiya vermək  kimi mühüm  potensialı olan qrup” kimi xarakterizə etmişdir. Burada əsas söz mesajdır; Effektiv bazar münasibətləri və mesajlar oxucu və ya izləyiciləri hədəfə alır. Bu şəxslər mesajın məqsəd auditoriyasını təşkil edir. Firma bülleteninin  hədəf kütləsi işçilər hesab oluna bilər.

Ardı →

Biznes plan üçün marketinq strategiyaları

Şirkət və biznes sahibləri öz biznes planlarında müxtəlif marketinq strategiyalarını qeyd edirlər. Bu marketinq strategiyalarının tərkibinə məhsullar haqqqında ətraflı məlumat,habelə, qiymətləndirmə,təsisat və təsnifat barədə informasiya daxil olur. Siz həmçinin sənayenin rəqabət mühitini qiymətləndirməlisiniz. Bundan əlavə, sizin biznes planı üçün marketinq strategiyalarınız müştərilərinizin ətrafında  mərkəzləşməlidir. Biznes plan hazırlayarkən tələsməyin! Biznesinizə təsir edən bütün hərəkətverici qüvvələri qeyd edin.

Bazar analizi.
Biznes plan üçün mühüm olan marketinq strategiyalarından biri bazar və ya sənayenin öyrənilməsidir. Yeni qanun və ya əsasnamənin sizin sənayeyə təsir edib-etmədiyini araşdırın. Müsadirə və ya qablaşmanın etiketlənməsi  qanunları biznesinizə təsir edə bilər. Həmçinin, sənayedə əsas rəqiblərin kimlər olduğunu öyrənin. İnternetdə sənayeniz haqqında məlumat axtara bilərsiniz. Başqa bir alternativ “Nielsen” və ya “Forrester Research” kimi şirkətlər haqqında ikinci dərəcəli araşdırma tələb edir. İkinci dərəcəli araşdırma məlumatların toplanması, yenidən işlənməsi və təhlil edilməsidir. Bu məlumatları qəzet, jurnal, hökumət və xüsusi mətbuat orqanlarından toplayırlar.


Ardı →

Reklam reklam olsa...

Reklamlar. Son zamanlar çoxlarının həyat tərzinin ayrılmaz hissəsinə çevrilən vasitə. Gəlin, bir az bu vasitənin keçmişinə nəzər salaq. Bəlkə də, indi bir çoxlarınız elə düşünəcəksiniz ki, axı biz hansı tarixdən danışırıq? Məgər reklamın kökləri bu qədərmi dərinə gedir ki, artıq biz onun tarixindən söz açırıq?! Bu suala həm müsbət, həm də mənfi cavab vermək olar. Bəli, əslində nəzərə alsaq ki, yaxın keçmişdə TV, radio və ya digər informasiya vasitələri bu qədər də inkişaf etməmişdi, onda tam məsuliyyətlə deyə bilərik ki, müasir reklamlar son zamanların dəbidi. Amma bir qədər keçmişə nəzər salanda bunun tam əksinin şahidi oluruq. Çünki əvvəllər xanımlar, bəylər arasında qiymətli parçalardan paltarlar geyinmək, zinət əşyaları taxmaq, demək olar ki, bir dəb halına çevrilmişdi.
Davamı →

Marketinq planı nədir?

Marketinq planı sizə öz marketinq səylərinizi formalaşdırmaqda, istiqamətləndirməkdə və əlaqəlandirməkdə böyük kömək edəcəkdir. Marketinq planının hazırlanması üçün siz, bazarınızda gedən prosesləri qiymətləndirməli və onların fəaliyyətinizə təsirini  tədqiq etməlisiniz.
Səyahət zamanı yol xəritəsi sizin üçün bələdçi rolu oynadığı kimi, marketinq planı da sizi və işçi heyətinizi qarşıya qoyulmuş məqsədə doğru yönəldir. Sizə borc vəsati verməyi və ya biznes fəaliyyətiniz üçün investisiya ayırmağı planlaşdıran təşkilatların nümayəndələri biznes planı tələb edir və sizin tərtib etdiyiniz marketinq planı həmin biznes planının əsas komponenti hesab olunur.
Davamı →

Marketinq nədir?

Sadə bir mövqedən yanaşsaq marketinq işləri və strategiyası istehsalçı şirkətlərə gəlir verməklə bərabər  istehlakçıları razı salacaq məhsul istehsalı ilə nəticələnən prosesdir.
Marketinq «kəskin rəqabət» xarakteri daşıyır, çünki :

  • hər bir istehlakçının öz tələbatını ödəyən məhsulu olur;
  • şirkət üçün normal mənfəət əldə olunur.

Marketinq bu məqsədlərin hər ikisinin tamamlanmasını zəruri hesab edən bütün fəaliyyət növlərinin yaradıcı və dəyişkən bir prinsipidir.
Peter Drukerin fikrincə marketinq elə bir əsas amildir ki, onu müstəqil bir funksiya hesab etmək qeyri-mümkündür. O, son nəticə olaraq yəni, istehlakçı nöqteyi nəzərindən bütöv bir biznesdir.


Ardı →

Marketinqin əsas anlayışları

Marketinqin əsaslarını təşkil edən ilkin ideya insan ehtiyacalrı ideyasıdır.

1. Ehtiyac-insan nəyinsə çatışmadığını duymaq hissidir. Insanların ehtiyacı müxtəlif və mürəkkəbdir. Ehtiyacın növləri:

    1. fizioloji ehtiyaclar; (qida, geyim)
    2. sosial ehtiyaclar; (ünsiyyət)
    3. şəxsi ehtiyaclar; (özünüifadə, məqsəd)

Əgər ehtiyac ödənilməyibsə, insan özünü uğursuz və bədbəxt hiss edir.
2. Tələbatlar-fərdin şəxsiyyəti və mədəniyyəti səviyyəsinə müvafiq olaraq özünəxas formaya düşmüş ehtiyacdır.
Cəmiyyət tərəqqi etdikcə, onun üzvlərinin ehtiyacı da artir. Inkişaf etmiş ölkələrdə istirahət və qidalanmaq və Afrika, və ya Asya ölkələrində dincəlməkdən fərqlənməsi.


Ardı →

Reklam nədir?

Reklam latın sözü olub adamları hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.

Yaxşı reklam necə olmalıdır?:
1. Maraqlı
2. Təəccübləndirici
3. Xüsusi
4. İnandırıcı və satışa artıra biləcək


Ardı →

Azərbaycanda reklam problemi

Reklam müasir həyatın ən önəmli faktorlarından birinə çevrilib. Maraqlı bir reklam hətta ən dəyərsiz məhsulun belə alıcılarını bir anda artıra bilər. Hər birimiz  televizorda hər gün dəfələrlə nümayiş olunan, küçələri bəzəyən reklamlarda deyilənlərin doğru olub-olmadığını öyrənmək istəyi ilə bir dəfə də olsa, həmin məhsulu alırıq. Əgər  reklam olunan mal alınırsa bu həm də reklamın uğuru deməkdir. Lakin təəssüf doğuran məqam budur ki, bir efirlərdə, küçələrdə yerli məhsulları yoх, хarici brendlərin reklamını görür və onları alırıq. Bu zaman isə ölkə iqtisadiyyatı inkişafdan geri qalır.
Davamı →