Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 659 topik

Gözəl görünmək istəyənlər

Cazibədar olmalarıyla məşhur olan qadınların gözəl görünüşlərinin arxasındakı sirrlə heç maraqlanmısınızmı?
Hollivudun cazibədar ulduzları hər zaman gözəllikləriylə kişilərin diqqətini cəlb edir. Qadınların əksəriyyəti də «Ah, kaş ki, mən də onlar qədər gözəl görünə bilsəm» deməyə məcbur olurlar. 
Onlar kimi görünmək əslində çox da çətin deyil.

İşin sirri dəriyə qulluqda və sonra da makiyaj stilindədir. 

Bu da Hollivud gözəllərinin kiçik, amma effektli sirləri: 
Ardı →

Cildə qulluq

1. Fəsilllər dəyişəndə dəriniz quruyub, tökülə bilər. Dərinizə ipək kimi bir görünüş qazandırmaq və ölü hüceyrələrdən təmizləmək üçün kisə köməyiylə yüngülcə masaj edin. Dərinizi zədələməmək üçün kisəni çox basmayı, göz ətrafına dəydirməməyə diqqət edin.

2. Dərinizin sağlamlığını qorumaq və qırışları aradan qaldırmaq üçün mütləq nəmləndirici krem istifadə edin. Quru dəriyə sahibsinizsə, yağ əsaslı nəmləndiriciləri; yağlı dəriyə sahibsinizsə, su əsaslı nəmləndiriciləri seçə bilərsiniz. T bölgəsi yağlı dərilərdə isti duşdan sonra yanaqlarda qızartılar ola bilər. Dəri tipinizə uyğun bir kremlə mütləq nəmləndirməlisiniz.
Ardı →

Saç boyaları və ondan yaranan xəstəliklər

Yeyib-içdiklərimizin tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o cümlədən saç boyasının içində nə olduğuna fikir vermirik. Saç boyalarında istifadə edilən kimyəvi maddələrdən 22-si Avropa ölkələrində qadağan olunmuşdur.  Bəs görəsən bu hal digər ölkələrdə necədir? Saçlara qulluq etmək və daha da gözəl görünmək istəyənlər görəsən hansı problemlərlə üzləşə bilər. Aşağıda buna dair bəzi msələhətləq qeyd olunmuşdur.
Ardı →

Ətriniz sizdən danışır

Zövqlü insanı tamamlayan əsas vasitələrdən biri də onun istifadə etdiyi ətirdir. Çeşidli parfümlərin gözəl qoxu yaratması müsbət hal sayılsa da onun mənfi cəhətləri də var. Əvvəlcə onların yaranma tarixinə bir nəzər salaq. Ətirlərin tarixi çox qədim zamanlara gedib çıxır. Bu barədə ilk məlumatlar qədim Misir papiruslarında verilib. Sonralar Romada, Ərəbistanda hazırlanmağa başlayıb. Bunlar tüstü formasında hazırlanan ətirlər olub. Qısa zamanda isə ağ maye halında hazırlanmağa başlayıb. Vaxt keçdikcə ətirə olan tələbat artdı və bundan, daha çox, yüksək təbəqənin insanları istifadə etməyə başladı. Günümüzdə ətirsiz insan, xüsusən də qadın təsəvvür etmək mümkün deyil.


Ardı →

Saçların düzgün yuyulma qaydaları

Saçlara qulluq edilməsində əsas şərt onların yuyulmasıdır. Mütəxəssislər uzun müddət saçları hansı tezlikdə yumaq lazım olması barədə xeyli mübahisə etdikdən sonra, belə qərara gəlmişlər ki, onları çirkləndikcə yumaq lazımdır.

Konkret bir rəqəm göstərmək çətindir, çünki saçların çirklənməsinin tezliyi bir sıra faktorlardan asılı olur: dəri və saçların tipindən, onların uzunluğundan, xanımın işin xarakterindən, ilin fəsillərindən və s. Saçları yağlı olanlar saçları normal və quru olanlara nisbətən, onları daha tez-tez yuyurlar.

Qış aylarında saçlar daha tez çirklənir, çünki baş örtükləri baş dərisini “normal nəfəs almağa” qoymur ki, bunun da nəticəsində dəri daha çox piy ifraz edir. Saçlarını yığmaq üçün hər gün müxtəlif vasitələrdən (gellər, muslar, laklar) istifadə edənlərə saçlarını hər gün yumaq məsləhət görülür, çünki bu vasitələr saçları ağırlaşdırır ki, bu da onların keyfiyyətinə pis təsir edir.
Saçların gündəlik yuyulmasında məhz bu məqsəd üçün nəzərdə tutulmuş yumşaq şampunlardan istifadə etmək lazımdır (bu barədə qablamanın üzərindəki qeydləri oxuyun).


Ardı →

Qırış əlehinə 6 qızıl qayda

Qırışlar yaşlanmağın qaçılmaz bir hissəsi və bir neçə faktorun nəticəsidir. Gülən və qaşqabaqlı olan zaman, həmçinin soyuq havalarda qırışlar və kiçik xətlər yaranır.

Qırışlara qarşı mübarizə aparmaq üçün 6 qızıl qaydaya əməl edin. 

Soyuqdan qoruyun
Soyuq havalarda bayıra çıxmazdan əvvəl nəmləndirici kremlər çəkin. Dərisi quru olanlar isə tərkibində bitki yağı olan kremlər çəkməlidir. 

Günəşdən qoruyun
Dərini günəşli havada müdafiəsiz buraxmayın. Günəş şüaları dəridə erkən qırışların və ləkələrin yaranmasına səbəb olur. SPF qoruyucu olan günəş əleyhinə kremlər istifadə edin. 

Nəmləndirin
Yaş artdıqca dəri quruyur və nəmini itirir. Nəmin olmaması isə dəridə qırışların yaranmasının ilkin səbəbidir. Hər gün bol su qəbul edin.
Ardı →

Baxımlı olun

Dərinizdə bakteriya meydana gəlməsinin qarşısını almaq, sağlamlığınızı və gözəlliyinizi qorumaq üçün davamlı olaraq dərinizə qulluq edin.
Səhər-axşam dərinizi təmizləmək üçün dəri tipinizə uyğun məhsullar seçin. Gün ərzində dərinizdə yığılıb qalan toz, tər, makiyaj qalıqları ziyanlıdır.

Sabun dərinin elastikliyini və parlaqlığını itirir, çünki dəriyə nəmlik gətirən yağı tamamilə özünə çəkir. Ona görə də sabundan həddən çox yağlı dəridə istifadə etmək olar, dəriniz quru və normaldırsa, sabunla yumayın.

Həssas dərini termal su spreyləri ilə təmizləyin, bu sular həm dərini nəmləndirir, həm də qızartıları aradan qaldırır.

Vaxtı keçmiş kosmetik vasitələr zərərlidir

Qida və dərmanlarda olduğu kimi, kosmetik məhsulların da son istifadə tarixi var. Krem, pomada, pudra və s. kosmetik məhsullar alarkən istehsal və istifadə tarixlərinə diqqət edin. Əgər istifadə tarixi keçibsə, atın, çünki belə məhsullar dəridə allergiyaya səbəb olur, qızartılar, sızaqlar əmələ gətirir.

Maskalardan istifadə
Dərinizə uyğun maskadan istifadə etdikdə onun parladığını, gərildiyini və hamarlaşdığını elə ilk gündən hiss edəcəksiniz. Çobanyastığı kökündən hazırlanmış maskalar dərinin rahatlığını təmin edir, qızartıların və qaşınmanın qarşısını alır.


Ardı →

Açıq-saçıq geyimlər

 Son illər ölkədə qadınların açıq-saçıq geyimlərdən istifadə etməsi adi hal alıb. Bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Eyni halda açıq-saçıq geyimlərin yaratdığı fəsadlar və problemlər günü-gündən artmaqdadır. Belə ki, ailə zəminində, qeyrət üstündə baş verən insan qətlləri, qadın əxlaqsızlığının yayılması, xüsusilə ailə daxili münasibətlərin soyuması və ailələrin dağılmasının artan xətt üzrə inkişafı açıq saçıqlığın yaratdığı problemlərdəndir. Açıq-saçıq geyimlərin artmasının səbəbləri və adı çəkilən geyim növlərinin cəmiyyətin formalaşmasına və inkişafına mənfi təsir göstərməsi ilə bağlı açıqlama verən psixoloq Günel Aslanova maraqlı fikirlər səsləndirdi.

Ekspert qeyd etdi ki, şəxsiyyət xüsusiyyətlərinin geyimdə əks olunması və geyimin insana təsiri psixologiyada tədqiq edilən ən maraqlı problemlərdən biridir: “Artıq uşaqlıqdan başlayaraq geyimlə əlaqədar müəyyən seçimlər, şəxsi tərz formalaşır. İnsanın bu və ya digər geyimi seçməsinə başlıca olaraq geyimin estetikliyi təsir etsə də, digər nüanslar da var ki, geyim seçiminə şüuraltı olaraq təsir edir. Geyim insanın müxtəlif əhval və arzularını əks etdirir. Bu rəng, parça seçimində, dəbi izləmə və ya inkar etmədə, bəzək əşyalarının olub-olmamasında, tərzin peşə, bədən quruluşu və xarakterlə qarşılıqlı əlaqəsində təzahür edir.”

Ardı →

Sağlam üz dərisi üçün 7 məsləhət

İnsan cildinin bir çox düşməni olduğunu deyən mütəxəssislər sağlam bir dəriyə sahib olmanın qaydalarını açıqlayıb.
Siqaret və içkinin insanın daxilinə olduğu qədər dərisinə də zərər verdiyini qeyd edən mütəxəssislər dəriyə zərər verən elementləri 7 hissəyə ayırdılar.Qeyri-kafi yuxunun, çox isti suyla yuyunmanın və səhv qidalanmanın dərinin başlıca düşmənləri olduğunu söyləyən mütəxəssislər, sağlam və gözəl bir dəriyə sahib olmaq üçün bunları təklif edir:

1.Siqaret çəkməyin və içki içməyin. İkisi də bədəninizi zəhərlər və sallaq bir dəriyə səbəb olarsınız. Bundan başqa, siqaret ağız kənarındakı cizgilərin də dərinləşməsini sürətləndirir.

2.Yuxunuza diqqət yetirin. Yuxusuz bir gecənin izləri dərhal bozlaşmış yorğun görünüşlü bir cildlə özünü birüzə verəcək. Əgər yetərli dərəcədə yata bilmirsinizsə, bunu oyandığınızda qan dövranını təmin edəcək hərəkətlər edərək və üzünüzə soyuq su vuraraq kompensasiya etməyə çalışın. Yuxusuzluğun səbəb olduğu cizgilərin üzərinə yüngül bir nəmləndirici çəkin.

3.Çox isti suyla yuyunmayın. Yuyunarkən suyun qaynar dərəcədə isti olmaması üçün tədbir görün. Həddindən artıq isti su dərini qurudur və toxumaları zədələyir.

4.Doğru qidalanın. Sağlamlığınıza xeyri olan qidalar yemirsinizsə, deməli, dərini qoruyan həyati maddələri qəbul etmirsiniz. Bundan başqa, ultrabənövşəyi şüalardan da uzaq durun.

Ardı →

Qara nöqtələr və onlardan xilas yolları

Xanımların çoxu qara nöqtələri qorxulu yuxu hesab edirlər. Bu növ nöqtələrdən qurtulmağın çoxlu yolları təklif olunur. Dərinizdə və üzünüzdə qara nöqtələr və sızanaqlar var və siz bunları dırnaqla sıxaraq bu problemdən xilas olmağı düşünürsünüzsə böyük bir səhv etdiyinizdən xəbəriniz yoxdur. Sizə asanca bu qara nöqtələrdən xilas olmağın müəyyən yollarını söyləyək köməklik etməyə çalışacam.


Sızanaq xüsusilə də yetkinlik dövründəki gənclərin qarşılaşdığı problemlərdən biridir. Dəri problemlərindən biri olan sızanaq, sanki gənclərin qorxulu yuxusu olub. Ən çox da yanaq, burun, alın və sinədə çıxır. Həkimlər qara nöqtələrin, sızanağın xəbərçisi olduğunu deyir.


Ardı →