Рейтинг
+104.97

Psixologiya

111 üzv, 651 topik

Toksik pozitivlik nədir?

Həyata müsbət baxışın olması zehni rifahınız üçün faydalıdır. Problem ondadır ki, həyat həmişə müsbət olmur. Hamımızın ağrılı duyğu və təcrübələri var. Bu emosiyalar çox vaxt xoşagəlməz olsa da, qəbul olunmaq və sağlam psixologiyaya nail olmaq üçün insan dürüst hiss etməli və onlarla mübarizə aparmalıdır.

Zəhərli pozitivlik müsbət düşüncələrin həddindən artıq olmasıdır. Bu, insanların üzləşdikləri vəziyyətin öhdəsindən gəlmək üçün onlara lazım olandəstəyi rədd edir. Hədsiz pozitivlik zəhərlidir, çünki toksik pozitivliklə üzləşən insanlar öz hisslərini rədd etmiş, görməməzliyə vurmuş və ya tamamilə etibarsız hesab edənlərdir.

Bəs toksik pozitivlik nədir?


Davamı →

Ünsiyyətdə müsbət kəlmələrin gücü

Brooklyn körpüsündə, bir bahar günü, kor bir adam dilənçilik edirmiş. Dizlərinin dibinə bir lövhə qoyub, üzərinə də “doğuşdan kor” yazıb. Hər kəs dilənçinin önündən laqeyidcəsinə keçib gedirmiş, bir adam bunu görüb. Lövhəni alıb arxasına nə isə yazıb, olduğu yerə təkrar qoyub. Nə oluduysa o zaman oldu, gəlib-keçən və bu lövhədəki yeni yazını oxuyan hər kəs, başlayıb dilənçinin önündəki papağa pul atmağa… Bir cümlə yetib o qədər insana təsir etməyə və dilənçinin papağının pulla dolub-daşmasına:

“Gözəl bir bahar günü… Amma mən baharı görə bilmirəm ...”

Kəlmələrdir qarşımızdakı insanla aramızda körpülər quran, ünsiyyət qurmamızı təmin edən və qarşımızdakı insana bizi tanıdan. Bax bu səbəbdən, kəlmələrin doğru seçilmiş olması, cümlənin içində bizi ən doğru şəkildə ifadə etməsi lazımdır.


Davamı →

Münasibət və münaqişələr

Hər gün aktual olan bu mövzuya bir qədər fərqli prizmadan yanaşaraq, bu günün aktuallıqlarına daha real qiymət vermək olar. Amma nə qədər istəsək, səy göstərsək də, münasibətlərdən, münaqişələrdən uzaq qaça bilmərik.

«Dil ünsiyyət vasitəsidir» — deyilsə də, hətta lallar, karlar belə ünsiyyətdə, münasibətdə olurlar, onların da mübahisə etdikləri, hətta münaqişəyə belə düşdükləri hallar yəqin ki, hamımıza məlumdur.

Elə isə sual yaranır, ünsiyyət və münasibətlərdə, hansı mövqe bizə mübahisələrdən uzaq dayanmağa, münaqişəsiz ötüşməyə kömək edə bilər?


Davamı →

Sapioseksual

«Sapioseksual» terminini ilk dəfə məşhur İngilis aktrisası, müğənnisi Marianne Faithfull Evelyn işlədib. Onun zəkasına, ağlına kübar nəsil xanım nümayəndələri həsəd aparırdılar.

Davamı →

Tənbəlliyə qalib gəlmək üçün ...

Tənbəllik müasir insanların əksəriyyətinin xasiyyətinə çevrilmişdir. Bəzən insan bir iş görmək qərarına gəlir. Lakin bu işi görməyə onun nə həvəsi olur, nə də enerjisi olmur.
Belə bir fikir var: tənbəllik deyilən şey yoxdur.
Biz bu fikri belə analiz edə bilərik: insan bu işi sadəcə görmək istəmir və onun bu işi görmək üçün kifayət qədər motivasiyası yoxdur.

Davamı →

Psixoloji travma nədir?

Ayrılıq, boşanma, iş itkisi, ailə daxili şiddət, aldadılma, cinsi istismar, yol qəzası, ani xəstəlik, şikəst qalma və ani ölümlər fərdi travmalar siyahısına daxildir. Terror hadisəsi, təbii fəlakətlər, böyük iqtisadi böhranlar isə sosial travmalar olaraq xarakterizə edilir.

Travma nədir?


Davamı →

Obsessiv-kompulsiv pozuntu (OKP)

Obsessiv-kompulsiv pozuntu (OKP) nədir?

Obsessiv-kompulsiv pozuntu gündəlik həyata və hətta həyati fəaliyyətlərə təsir edən obsessiv düşüncələr nəticəsində yaranan psixi xəstəlikdir. Obsessiv düşüncələr və impulslar mənasını verən obsessiya və təkrarlanan zehni hərəkət və davranışlar mənasını verən məcburiyyət xəstəliyi əmələ gətirir. 


Davamı →

Paranoyanın növləri

  • Düşmənlik görmək (persekütuvar) (ən çox müşahidə olunan)
    «Kiminsə tərəfindən izləndiyini, ona tələ qurulduğunu, ona qarşı suiqəsq hazırlandığını, kiminsə ona gizli qulaq asdığı, zəhərlədiyini, şiddətə məruz qaldığını» deyir. Kiçik məsələləri şişirdərək omayan məna çıxardır.
    Bəzən öz haqqlarını tələb etmək üçün məhkəməyə də müraciət edirlər.
    Çox hirsli olurlar, bəzən aqresiv davranışları olur
  • Böyüklük (grandioz)

Davamı →

Əsəbi insanlar xərçəngə tutulur

Bəslənmə müşaviri Dr. Gönül Atəşsaçan bədəndə olan bir çox xəstəliyi əslində özümüzün çağırdığını, ona görə də xəstəliklərin müalicəsində sadəcə fiziki olaraq deyil, zehni, romantik və ruhi olaraq da təmizlənməmiz lazım olduğunu bildirib. Atəşsaçan «Niyə acam, niyə kökəm» kitabında da ifadə etdiyi kimi özünü qurban olaraq görənlərin tiroid, əsəbilik hiss edənlərin xərçəngə qarşı, cinsi həyata qarşı yığılmış hirsləri olanların sellülitə, gələcək qayğısı daşıyanların beyin xəstəliklərinə uyğun olduğunu deyir və bəzi peşə qruplarının isə bəzi xəstəlikləri çağırdığını izah edir. Məsələn, vəkillər xroniki bədbəxt olur və bir çox xəstəliyə tez tutulur, jurnalistlər daha çox panik atak və ürək xəstəlikləri, ekran qabağındakılarda isə tez-tez şəkər və alkoqolizm görülür. Bir şeydən çox qorxuruqsa, səhv düşünməyə və başımıza pis hadisələrin gəlməsini planlamağa başlayırıq və bir müddət sonra onlar bizim həyatımızı formalaşdırmağa başlayır. Çünki hüceyrə çəpərinin elektrik cərəyanı hər şeydən təsirlənər. Qısacası, xərçəng əsəbilikdir. Əsəbini xaricə vuran insanlar xərçəngə daha az tutular. Bəzi xərçənglər müalicəylə yaxşılaşdığı halda yenə meydana gələr, çünki insan keçən təcrübəni yaddan çıxarır, halbuki, xəstəliklər ən yaxşı müəllimlərdir. Sellülit qadınların kişilərə qəzəbidir. Serotonin enəndə testestoron və libido enər, ostrogen artar, sellülit meydana gələr.

Davamı →

Daima üşüməyin səbəbləri

Hamı üşəyə bilər. Fəqət yay aylarında belə üşüyürsünüzsə, bunun bir səbəbi olmalıdır. Üşüməyə səbəb olan halları sizə təqdim edirik.

Qalxanavari vəzinin yaxşı işləməməsi:
Bu vəzi metabolizanı və bədənin istiliyini nizamlayır.
Kifayət qədər su içməmək:
Su metabolizmanı gücləndirir. Bədənin qidaları parçalamasına, enerji və istilik yaratmasına kömək edir. Susuz qaldıqda bədəni isidən enerji və istiliyi təmin edir.
Qansızlıq:
Anemiya, əllərinizdə və ayaqlarınızda soyuqluq hiss etməyinizə səbəb olan tibbi haldır. Anemiya, bədəndə orqan və toxumaları oksigenlə təmin edən qırmızı qan hüceyrələrinin azlığı zamanı ortaya çıxar.


Davamı →