Рейтинг
+74.88

kayzen.az saytının rəsmi bloqu

50 üzv, 48 topik

Saytda pul hədiyyəsi-8 iyul

Saytda pul mükafatı davam edir. Kayzen.az saytında hər ay gah ən çox maraqlı yazılar yazmış,gah da ən çox reytinq yağmış topik müəllifləri və s. mükafatlandırılır. Keçən ay ərzində bir çox istifadəçilər aktivliyi ilə fərqləndilər.


18:30 üçün ən çox reytinq yığmış topiklər olan



Ardı →

Aktiv istifadəçilərə pul mükafatı-8 iyun

Hər ay olduğu kimi bu ay da mükafatlandırılma davam edir.Keçən ay deyildiyi kimi, iyunun səkkizinə qədər 1 ay ərzində ən çox reytinq yığmış topik müəllifi mükafatlandırılır. saytımızın yeni,lakin çox aktiv istifadəçisi Originalin yerləşdirdiyi Bir dua,bir sevgi yazısı +17 reytinq yığıb. 50 AZN pul mükafatı ilə mükafatlandırılan Originalı gələn ay görəsən kim əvəzləyəcək? Bu sualın cavabı düz 1 aydan sonra digər ən maraqlı,ən çox reytinq yığmış topik müəllifi olacaq. Çox reytinq yığan topikin qaydası sadədir: maraqlı,insanı düşündürən,copy-paste olmayan,kayzen ideyasına uyğun.
Keçmiş ayda Azərbaycan həm də Eurovision-2011 yarışmasında birinci yeri tutdu. Nigar Türkiyənin bayrağıyla meydana çıxdı,Azərbaycanda gələn il daha çox pul xərcləmək üçün bir şans yarandı, dünyada çox adam Google-da Azərbaycanın hara olmasıyla maraqlandı və s. Hamını təbrik edirik.
Növbəti ay ərzində daha maraqlı,daha faydalı yazılar olacaq. Dostlarımız xüsusilə elmi mövzularda köməklərini əsirgəmir Saytda təcrübəli istifadəçilərdən daha aktiv olmağa,yeni istifadəçilərə kömək etməyə səsləyirik.
Özünüzə yaxşı baxın,çox dondurma yeməyin: xəstələnərsiz!
Davamı →

Eurovision nəticəsi: Azərbaycan 1-ci!

Azərbaycan Euroviosion müsabiqəsinin qalibi oldu! Təbriklər!


56-cı müsabiqənin qalibi olduğumuza görə qürur duyuruq!


Müsabiqənin hedişi online olaraq xüsusi səhifədə yenilənirdi. Səs verənlər sağ olsun!


Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsinin final şousu ölkəmizin qələbəsi ilə başa çatıb. Lent.az-ın məlumatına görə, Azərbaycan 221 xalla 1-ci yeri qazanıb. 2-ci yerdə İsveç, 3-cü yürdə İtaliya iştirakçıları qərarlaşıb.

Ölkəmizə Rusiya(12), Hollandiya(6), Kipr(8), Ukrayna(10), Finlandiya(5),İslandiy a(8) ,Slovakiya(7), Avstriya(8), Polşa(8), İsveç(3), San-Marino(10), Türkiyə(12), Yunanıstan(5), Gürcüstan(8), Fransa(6), Xorvatiya(10), Belarus(6), Rumıniya(10), Albaniya(8), Malta(12), Portuqaliya(8), Litva(8), Bosniya Hersoqovina( 8), Estoniya(8), Moldova(10), Belçika(3), Latviya( 2) verdikləri xallarla birincilik qazandırıb


Davamı →

Minuslama

Başqa saytlardan kortəbii şəkildə copy-paste edilən məqalələr silinəcək və sahiblərinin reytinqinə minus verilsin
Topikdə kat (səhifə böləni) istifadə etməyənin reytinqinə minus verilsin.
Topikdə redaktordan dügzün istifadə edə bilməyən,bütün yazıları qalın hərflərlə yazanın reytinqinə minus verilsin.
Məqalənin əvvəllər qoyulub-qoyulmadığını yoxlamayan, eyni şeyi təkrar yazanın reytinqinə minus verilsin.
Mikrobloqda lazımsız şəkillər qoyan, mənasız mikrotopiklərə minus verilsin.


Davamı →

Saytda pul mükafatı-8 May

Hər ay ən yaxşı istifadəçilərin mükafatlandırılması davam edir. 8may cədvəlində reytinqi bir ay ərzində ən çox artmış və mükafata layiq istifadəçilərin siyahısı var.


burla_xatun onsuz da saytdan hər ay pul alır,ona görə də ona pul düşmür:) Buna görə də qərara gəldik ki,bu ay ərzində reytinqini ən çox artırmış ayxansevda, MAksimus və MASON hər biri 30 AZN ilə mükafatlandırılır. BLBS kurslarında bizim istifadəçilərlə anlaşılmazlıq və s. yarandığına görə bu dəfə pulu birbaşa olaraq Kayzendən alacaqlar.


Gələn ay yarış yenə davam edir,amma bu dəfə ən çox reytinq yığmış topik müəllifi 50 AZN yaxud Bakıda tapılmayan kitablar (əgər qalib istəsə) alacaq. Yazıda şəkilləri,videoları olan, qrammatik səhvləri olmayan,tərtibatı gözəl və çox maraqlı topiklərin reytinqini plyuslayın. Qoy Kayzendə maraqlı məqalələr çox olsun.


Keçən ay ərzində Ərzaqlar bloqu tam istifadəyə verildi,xeyli maraqlı yazılar qoyuldu,Sən demə bloqu yeniləndi.Əgər özünüzü yaxşı aparsanız, Süni İntellekt yaxın vaxtlarda saytda sizi bir çox şeylərlə sevindirəcək.


Həmçinin bax: 8aprel pul mükafatlandırılması


Davamı →

Saytda pul makafatlandırılması-8 Aprel

Yenə də bu ay ən fəal istifadəçiyə 50 AZN pul mükafatı və BLBS kursunda 20% endirim kuponu hədiyyə verilir. 8 martdan bu günə qədər ən çox reytinqini artırmış və düşündürücü hekayələri ilə bizi sevindirən elshad bu ayın qalibi olur. Bu ay ərzində reytinqini ən çox artırıb pul qazanmaq istəyən digərləri də 8 aprel üçün cədvələ baxsa yaxşı olar.
Mart ayı həm də Nevroz Novruz bayramı ilə yadımızda qaldı. Novruzda bir istifadəçimizi təbrik etmək istəyirdik. Amma Novruzda onsuz da hamı bayram əhval-ruhiyyəsindədir.Ona görə də o vaxt vermədiyimiz Novruzun hədiyyəsini bu ay ərzində çox maraqlı, milli xüsusiyyətlərimizə uyğun yazılar yazmış (məsələn belə) ayxansevda qazanır. Türkəlin istədiyi kitab da yoldadır,aprelin axırına çatacaq.
Özünüzə yaxşı baxın, maraqlı postlar yerləşdirin,maraqlı yazılar oxuyun.
Həmçinin bax: Mükafatlandırma-8 Mart

Davamı →

Novruz-2011 mübarək

Hamının Nevroz Novruz bayramını təbrik edirik.
Bütün kayzençiləri Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək missiyasını yenə də mən üzərimə götürürəm. Həyatınız şəkərbura kimi şirin, paxlava kimi yağlı, qoğal kimi dadlı, qoz kimi möhkəm, problemləriniz fındıq boyda, cibinizdə səməni kimi yaşıl pullar olsun.
Qoy bu il də kayzen maraqlı olsun. Bir çox kayzençilər ilə əlaqə saxlamışıq,yaxın zamanlarda bir çox yeni mövzular olacaq,kayzen daha da maraqlı olacaq.Hamınızdan bu il aktiv olmağı,çoxlu reytinq yığmağı gözləyirik.







Davamı →

8 Mart

Kişilər üçün bu ağır gündə hamını xoş gördük!
Əvvəla nəzərinizə çatdırım ki, 50 AZN və Baku Language Business School-da endirim kuponunu reytinqi ən çox artmış adama həvəsləndirici mükafat veriləcəkdi. Bu bir ay ərzində çox maraqlı yazıları ilə hamını sevindirmiş MASON qalib olur və mükafatı qazanır.
Facebookda isə bu bir ay ərzində ən çox like olunan komment müəllifi olan isə www.facebook.com/arzu.velizade adlı xanım olur. Ən çox like olunmuş kommentlərin siyahısına burada baxa bilərsiniz.
Davamı →

Happy birthday!

Düz 1 il əvvəl Kayzen.az saytı qapalı şəraitdə fəaliyyətə başladı.
Düz bir il əvvəl saytın yaradılmasında böyük əməyi olmuş və administrasiyaya bacardığı qədər köməklik etmiş, məsləhətlər vermiş bir insan kimi demək istəyirəm ki,məhz bu gündə  mən Kayzen.az saytında qeydiyyatdan keçmişəm.
Bu əlamətdar gündə sayt administrasiyası kiçik konkurs təşkil edir. Əlavədə gördüyünüz cədvəldə bütün istifadəçilərin reytinqi 8 fevral 21:30 anına uyğun verilib. Əsl kayzençi üçün bir kitab almaq və dil öyrənmək ən faydalı şeydir. Buna görə də bir ay ərzində reytinqi ən çox artırmış istifadəçiyə 50 AZN pul və «Baku Language and Business Center» mərkəzində 20 faizlik endirim kuponu verilir. İnanırıq ki, mehriban kollektivə malik və əməkdaşlıq etdiyimiz BLBS-də kayzençilərimiz darıxmayacaq. Təbii ki,bizim Facebookdakı dostlarımızı da yaddan çıxarmaq olmaz. Bəzən mövzulara Facebookda daha çox şərhlər yazılır ki,nəinki Kayzendə. Ona görə də bir ay ərzində Facebookda kommenti ən çox like olunan istifadəçiyə də eyni hədiyyələr verilir.


Ardı →

2011-ci il və Kayzen

Kayzen.az layihəsinin ideya müəllifi kimi kayzençiləri Yeni ilin ilk günündə salamlamaq yenə mənim boynuma düşür.
Bir il ərzində xeyli uğura nail olduq: qədim Hindistan tarixindən tutmuş arıqlamaq mövzularına qədər müxtəlif sahələrə aid maraqlı,asan oxunaqlı faydalı yazılarla Azərbaycan gənclərini sevindirdik. Çatışmazlıqlarımız da oldu,özü də çox. Lakin onların üzərindən adlayıb keçir və Yeni ilə başlayırıq.
Bir il ərzində bizə köməklik etmiş,əlindən gələni əsirgəməyən insanlara təşəkkürüüzü bildiririk.
Kayzençilərdən yeni ildə yeni sınaqlar gözləyirik:
Hər hansı bir sahəyə aid olan istənilən növ faydalı məlumatı bizimlə paylaşmağınız xahiş olunur.Saytın qaydaları çərçivəsində Kayzendə nəsə etmək istəyən insanlara əvvəlcədən təşəkkür edirik. Müəyyən səbəblərə görə indi Kayzendə fəal iştirak etməsəm də,bir çox istifadəçilərin işi çox olsa da,inanırıq ki yeni istifadəçilərimiz əlindən gələn köməklikləri edəcək. Əlaqə vasitələrimiz isə dəyişməzdir: əlaqə formu.
Bu il ailə quran, işə girən,uşağı olan və s. sevincli hadisələrlə üzləşən yoldaşlarımızı da buradan təbrik edirəm.

Davamı →