Öpüşmə sənəti | The art of kissing

Niyə öpüşürük?
İnsanlar niyə öpüşürlər? Bu haqda heç düşünmüsünüzmü? Çətin ki. Çünki öpüşməyin ən gözəl tərəflərində biri də məhz budur ki, öpüşərkən ağlına bu sual gəlmir. 
Buna cavab tapmaq o qədər də asan deyil. Hamımız yaxınlarımızla görüşəndə yanaqdan öpüşürük. Biri də var sevgililər arasında, dodaq-dodağa ehtiraslı bir öpüş. 
İnsanların niyə öpüşdükləri elmə bəlli deyil. Bu haqda çoxlu nəzəriyyələr, fikirlər mövcuddur.
Bəziləri öpüşməyi ilk canlı varlıqların – primatların yeməyi ağızlarında çeynəyib bir-birlərinə ötürməsiylə bağlayırlar. Sonra təkamülə uğramış insanda duyğular daha da inkişaf edib – öpüş sevginin əlamətinə çevrilib.

Ardı →

Öpüşlər

öpüş, kiss (öpüşmək şəkili)Öpüşün emosional diapazonu çox genişdir- adi nəvazişdən tutmuş, erotikanın, ehtirasın ən ali zirvəsinə qədər. 
Bəzi adamlar öpüşmə zamanı öz partnyorlarının emosional vəziyyətini çox dəqiq fərqləndirə bilirlər. Məlumdur ki, cinsi oyanına zamanı qadın öpüşünün dadı dəyişir, xüsusi tam verir. Bu, tüpürcəyin fizioloji-kimyəvi tərkibinin dəyişilməsi ilə izah edilir. Və öpüşmə zamanı seksual oyanmanın bu dadı kişiyə sarsıdıcı təsir göstərir.
Bədənin öpülə biləcək 8 əsas «nöqtəsi göstərilir: qulaq, boyun, qoltuq, dodaq, bııd, qarın, yançaqlar, döş. Kişilər yalnız öpülməyə icazə verilən və qadağaqoyulan yerləri əvvəlcədən müəyyən etdikdən sonra qadının öz razılığı, yaxud onun reaksiyası əsasında) „işə başlaya bilər''.

Öpüş- ilkin sevgi oyununda ən güclü qızışdırıcı, ehtiras oyadan vasitədir.Belə ki, kişi və qadın öpüş sayəsində “üst qatda» birləşmiş olurlar. Bu "üst ittifaq" bəzi adam­lara «alt ittifaq» (fallosun uşaqlıq yoluna daxil edilməsi) qədər güclü təsir göstərir və onlara cinsi əlaqəni xatırladır.
Davamı →