Orqanizmin düyü ilə təmizlənməsi

Şərqdə sidik yolları xəstəlikləri və ya oynaqlarda duz yığılması zamanı orqanizmin düyü ilə təmizlənməsi prosedurundan istifadə edilir. Bu prosedurdan istifadə zamanı orqanizmdən toksinlər kənarlaşdırılır, maddələr mübadiləsi yaxşılaşır, çəki normaya düşür, şişkinliklər azalır, böyrək və qaraciyərin fəaliyyəti yaxşılaşır. Bu terapiya zamanı yaxşı nəticə əldə etmək üçün duzsuz pəhrizə əməl edilməlidir. Terapiyanın sonunda sidik bulanıq və selikli olur. Bu da orqanizmin təmizlənməsi deməkdir. 

Prosedura başlamaq üçün öncə


Davamı →

Ağız yaraları üçün faydalı üsullar

  • Duzlu su
    Ağız yaralarını aradan qaldıran ən təsirli üsul duzlu su ilə ağzı yaxalamaqdır. Ağzınızı olduqca yandırsa da, yaranın tez qurumasına kömək edər. 1 çay stəkanı suya 1 çay qaşığı duz əlavə edin. Duzun suda əriməsi üçün qarışdırın və tez-tez ağzınızı bununla yaxalayın.

Davamı →

Pomidor şirəsinin faydaları

Bir qrup alim pomidorla bağlı araşdırma aparıb. Araşdırmaya görə gündə 2 stəkan pomidor suyu içən xanımlarda menstruasiya dönəmini rahat keçirməsinə kömək edir.

Alimlər, 8 həftə ərzində 93 qadından gündə 2 dəfə 200 milli litr pomidor suyu içməsini xahiş edib və daha sonra həmin qadınların vəziyyətini araşdırıb.

Araşdırma nəticəsində iştirakçılarda menstruasiya zamanı ortaya çıxan istilik basması, əsəbilik halı kimi mənfi təsirlərinin azaldığı müşahidə olunub.


Davamı →

Soyuqdəymə zamanı bu çayları içməyi unutmayın

Soyuqdəymə zamanı sağalmanı tezləşdirmək və öz vəziyyətini yaxşılaşdırmaq üçün insan mümkün qədər çox maye qəbul etməlidir.

Maye orqanizmdən xəstəlik nəticəsində əmələ gəlmiş toksinləri yuyub aparır, yüksək hərarəti salmağa kömək edir. Aşağıda biz sizə soyuqdəymə zamanı ən faydalı sayılan içkiləri təqdim edirik.


Davamı →

Adaçayının faydaları

Adaçayı çoxillik, Aralıq dənizi ətrafında yetişən bir ağacın, bitkinin yarpaqlarından əldə edilir. Min illər boyunca dərman istehsalında istifadə edildiyi məlum olan adaçayı keçmişdə ilan sancmalarının müalicəsində, nəzərə qarşı qoruma kimi istifadə edilmişdir. Bəs adaçayı nə işə yarayır, faydaları nələrdir?


Davamı →

Yovşan nədir?Yovşanın faydaları, istifadəsi və tarixi | Yovşan haqqında

Yovşan xoş qoxulu çoxillik yarımkol bitkisidir. O,  çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında “acı yovşan” adı ilə də tanınır.

Vətəni Avropa olsa da, Asiya, Afrika və Cənubi Amerika da daxil olmaqla müxtəlif iqlimlərdə asanlıqla böyüyür. Susuzluğa davamlı olan bu çöl bitkisinin  ölkəmizdə 42 növü yayılıb.
Əsasən çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda bitir.

Məxmər kimi ağ və ya yaşılımtıl-gümüş gövdələri, sarı-yaşıl yarpaqları və parlaq və ya solğun sarı rəngli soğanlı çiçəkləri var. Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda becərilir.  Maraqlıdır ki, süfrələrimizin bəzəyi olan tərxun da yovşanın bir növüdür.


Davamı →

Qışda xəstələnməmək üçün bunları edin

Türkiyəli professor və kardioloq Canan Karatayın sözlərinə görə, qış xəstəliklərindən qorunmaq üçün sadəcə qidalanmaya deyil, həyat tərzinə də diqqət etməliyik.
O, qış aylarında kələm, gül kələm, turp, çiy yerkökü, soğan və sarımsağa daha çox üstünlük verməyi tövsiyə edib. Qış aylarında hər gün 20-30 dəqiqə yürüşə çıxmağı məsləhət görən Karatay bədənin xəstəliyə qarşı müqavimətini artırmağın yollarını izah edib:

Davamı →

Cinsi zəiflik üçün təbii məcun

Indiki dövrlərdə bir sıra probeləmlər kimi cinsi zəiflik də artıq böyük bir problemə çevrilib. Keçmişdə yaşamış insanların həyatı ilə maraqlansaq, cinsi zəiflikdən, cinsi xəstəliklərdən, sonsuzluqdan əziyyət çəkənlərinin sayının indiki dövrlə müqayisədə çox az olduğunu görərik.
Əslinə həyat şəraiti, qidalanma, stres kimi qarşılaşdığımız hər günkü narahatlıqlar digər xəstəliklər kimi bu vəziyyətə öz mənfi təsirini göstərir.
Davamı →

Darının faydaları

Darını " quş yemi" kimi tanıyırlar. Ancaq darı dünya xalqları tərəfinfən buğda və düyüdən sonra istifadə olunan 3- cü bitki sayılır. Əvvəllər onu " qızıl dən" adlandırırdılar. Darı şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O, buğda ilə müqayisədə eneri dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir.

Davamı →