Körpə yatağı necə olmalıdır?

Körpələr üçün düzgün və sağlam yataq necə olmalıdır?
Ailə yeni doğulacaq körpənin gəlişinə sevinclə hazırlaşır. Uşaq üçün bahalı beşik, kolyaska, oyuncaqlar — hər şey alınır. Qədimdə nənələr körpə üçün xüsusi yorğan-döşək, balış tutardılar. Onun yunu, tükü təzə, yumşaq, təmiz olmalıydı. Amma indi uşaq üçün hər şey alınır, bahalı çarpayı seçilir.

Lakin bir çox hallarda uşağın üzərində yatacağı döşək və balış ən ucuzu, ən zərərlisi olur. Çünki valideynlər yeni doğulmuş uşağa hər şeydən çox ortopetik yatağın vacibliyini bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, skolioz yaranır, allergiya ilə üz-üzə qalır.

Gününün yarıdan çoxunu yatmaqla keçirən körpənin yatağı ən ideal, düzgün və beynəlxalq standartlara uyğun olmalıdır. Uşaq böyüklər kimi yun döşəkdə, nahamar yerdə, toyuq tükündən iri yastıqda yata bilməz.
Davamı →

Körpəni necə geyindirməli?

Ana və ataların körpələrini geyindirərkən fərqində olmadan ən çox etdiyi səhvlərdən biri də körpə üşüməsin deyə qat-qat geyindirməkdir. Qat-qat geyindirilmiş bir körpənin bədəni asanlıqla tərləyərək maye itkisinə məruz qalacaq.

Mütəxəssislərin bu mövzuda tövsiyəsi isə böyük insandan 1 qat daha qalın olmasıdır. Xüsusilə də, daima evdə sabit istilikdə olan yeni doğulmuş körpəyə iki qat geyim geyindirmək kifayət edəcəkdir.

Körpənizi geyindirərkən bunlara diqqət edin!
Əgər uşağınızın üşüdüyünü zənn edirsinizsə, bir ədyal ilə sarıya bilərsiniz.

Hazır uşaq qidaları

Körpənizə dükandan şüşə qabda və ya quru şəkildə uşaq yeməyi aldığınız zaman istehsalçıların sizi aldatmasının qarşısını almaq üçün bir sıra faydalı məsləhətlərə riayət edin.

Dənli əsaslı tərkibində buğda olan ərzaqları hətta qutunun və ya şüşənin üzərində “dörd aylı körpəyə uyğundur” yazısı olsa belə almayın. Beləki, tərkibində qlüten olan məhsullar 6 ayınadək körpələrdə bir sıra mədə xəstəliklərinə səbəb ola bilər. Bəzi səhiyyə orqanlarının bu haqda təlimatı olsa da, uşaq qida istehsalçıları bu prinsiplərə riayət etməkdən boyun qaçırırlar.

Şəkərin miqdarını öyrənmək üçün etiketi yoxlayın. Bəzi şəkərlə şirinləşdirilmiş körpə qidaları tamamilə qəbuledilməzdir. Şəkər uşağın immun sistemini boğur. Tərkibində az miqdarda şəkər olan ərzaqlara aldanmayın. Hazır ərzaqların üzərində “şəkər azaldılmışdır” yazısına da aldanmayın.
Davamı →

Qida hazırlama gigiyenası

Körpənizi bərk qidalarla tanış etməmişdən öncə onlar üçün yemək hazırlayarkən və bişirərkən bir neçə qızıl qayadalara riayət etməlisiniz.

Uşaq qidasını təhlükəsiz şəraitdə hazırlayın
Körpənizini yedizdirən zaman gigiyenaya riayət etmək çox mühüm məsələdir. Belə ki, yemək hazırlamamışdan öncə əllərinizi yuyun və yemək hazırlayacağınız masanı təmiz silin. Əgər blenderin təmiz olduğundan əmin olmaq istəyirsinizsə, onun içinə bir az isti su (qaynar olmaz) və bir damla yuyucu vasitə əlavə edin və bir neçə dəqiqə işlədin. Sonra isə axar isti suyun altında yuyun.

Bişirmək üçün istifadə etdiyiniz mətbəx avadanlaqlıqlarının təmiz olduğuna əmin olun, meyvə və tərəvəzləri doğramamışdan öncə bıçaqları və kəsmə taxtasını yuyun.
Davamı →

Ana südü “ideal qida” deyil!

Dünyada elə bir ana yoxdur ki, ana südünün övladı üçün necə mühüm bir nemət olduğunu bilməsin. Bəs hər bir ananın bunu bilməsinə, illər boyunca ana südünün təbliğ olunmasına baxmayaraq, niyə analar hələ də övladlarına süni qida verirlər? Doğum evlərinin divarlarından asılan təbliğat posterlərində ana südünün necə əvəzsiz qida olduğu yazılır, ginekoloqlar, pediatrlar analara balalarını əmizdirməyi tövsiyyə edir, ana südünün mühümlüyü haqqında kitablar yazılır, təşkilatlar təsis edilir.

Hətta süni uşaq qidası istehsal edən şirkətlər belə öz məhsullarını reklam edərkən ana südünün uşaqlar üçün ən sağlam qida olduğunu vurğulayırlar. Niyə bütün bunlar anaları ana südü ilə qidalandırmağa inandırmaq və ruhlandırmaq üçün kifayət etmir?
Davamı →

Uşaqlarınıza yalnız ana südü verin!

Ana südünün faydaları ilə bağlı məlumat verən pediatr Vaqif Qarayev bildirir ki, doğuşun ilkin saatlarında, ilk 6 ayda və 2 yaşınadək ana südü verməklə dünyada 800 000 min uşağın həyatı xilas olunur: “Ana südünün tərkibindəki bioloji aktiv maddələr erkən yaşlı uşaqların ölümünə səbəb olan problemlərdən — pnevmoniya və diareyadan qoruyur. Döşlə əmizdirən analarda isə döş vəzisi və yumurtalıq xərçənginin yaranma ehtimalı azalır".

V.Qarayev deyir ki, nə qədər tərkibi zəngin süni qarışımlar hazırlansa da, bu, ana südünü əvəz edə bilməz. Ana südünün tərkibindəki inqredientlər uşağın immun sisteminin güclənməsinə kömək edir, xəstəliklərə, ətraf mühitə qarşı müqavimətini artırır. Xüsusilə uşağın doğulduğu saatlarda ilkin döşə qoyma anlayışı var. Bu zaman verilən südün tərkibi uşağın mədə-bağırsağına, immun sisteminə çox yaxşı təsir edir:
Davamı →

Körpələrin duz qəbuluna diqqət!

Körpələrin ilk 4-6 aylarına qədər sadəcə ana südü ilə qidalanmaları, sonra isə mütləq əlavə qidalara başlamaları tövsiyə olunur. Ancaq əlavə qidaların qəbuluna 4 aydan tez başlanmamalıdır. Bunun səbəbi isə körpələrin mədə-bağırsaq sistemi və böyrək funksiyalarının tam formalaşmadığı üçün bu dönəmdə əlavə qidaları qəbul etməyə hazır olmamalarıdır.

Əksinə, əlavə qidalara gec başlandığında isə enerji və zülal qəbulunun az olması ilə əlaqədar infeksiya riskinin artması, dəmir əksikliyi ilə əlaqədar anemiya, vitamin-mineral qəbulunun az olması ilə əlaqədar böyümə-inkişaf geriliyi yarana bilər.
Davamı →

Körpənin saçı ilk dəfə necə kəsilməlidir?

Körpələrinin saçlarının kəsilməsi məsələsində təcrübəsi olmayan valideynlər saçları nə vaxt qırxmaq lazım olduğunu bilmirlər. Mütəxəssislər körpələrin saçlarının kəsilməsi üçün təqribən 2 yaşında olmasını ən düzgün vaxt hesab edirlər.

1. Körpənin saçlarının kəsilməsinə prioritet kimi diqqət edilməli məsələ, uşaqların özlərini xoşbəxt hiss etdikləri vaxtları müəyyən etməkdir.

2. Körpənizin özlərini yad hiss etmədiyi bir yerdə saçlarının kəsilməsi, bərbərin işini asanlaşdıracaq.

3. Körpənizin saçlarını kəsdirmədən əvvəl saçların düzümünə, necəliyinə və uzunluğunun nə qədər olacağına qərar verin.

4. Körpənizin saçını kəsdirəndə istifadə etdiyiniz qayçı peşəkar olmalıdır.
Davamı →

Uşağın dırnağı necə kəsilməlidir?

Körpə uşağın dırnağını kəsmək bir çox anaların qayğılarından biridir. Dərinin kəsilməsi, dırnağın az və ya çox kəsilməsi, körpəni incidib-incitməməsi, dırnağın arasında mikrob qalıb-qalmaması anaları narahat edir. Üstəlik, uşağın da əlini sakit saxlamaması bəzən anaya mane olur. Uşağın dırnağını kəsərkən bəzi incə məqamları diqqətdə saxlamaq lazımdır. 

— Dırnaq kəsmə əməliyyatına başlamazdan əvvəl ilk növbədə körpəyə uyğun dırnaq qayçısı seçməlisiniz.
Davamı →

Uşağı ana südündən kəsmək üçün 3 vacib ipucu

Maraqlıdır ki, hamiləlikdən başlayaraq doğuşdan sonra ilk 6 ay anaları ən çox narahat edən körpələrini ana südü ilə qidalandırmaq məsələsi olduğu halda, 1 yaşından sonra artıq həmin anaları süddən kəsmək məsələsi daha çox narahat edir.

Yeri gəlmişkən, uşağın ana südündən “kəsilməsi” sözünə daha çox önəm veririk, nəinki ana südünü “tərgitməsi” sözünə çünki, “tərgitmək” sözünün adətən pis vərdişlərə şamil edirik. Ana südü ilə qidalanmaq isə pis vərdiş deyil, o səbəbdən “kəsilmək” sözü burada daha çox yerinə düşür.
Davamı →