Müdrik sözlər və kəlamlar | Əbu Turxanın hikmət dünyası
- Bu günün hər əməli sabah üçün alın yazısıdır.
- Həyat eşqi həyatdan ikiəlli yapışmaq deyil, həyatı yüksək tutmaqdır.
- Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər.
- İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir.
- Ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir.
- Haqqa çatmağın yolu haqq aşiqliyindən keçir.
Davamı →