Remarkın qısa həyat hekayəsi

— Səni sevirəm.Remark
— Ancaq sən məni heç tanımırsan ki?
— Bunun sevgiyə nə dəxli var?!
— Çox dəxli var. Sevmək – birisiylə baş-başa qocalmaq istəyidir.
— Bundan mən heç nə anlamasam da, başqa birisi olmadan insanın niyə yaşaya bilmədiyi mənə yaxşı bəllidir.
                                          (Erix Mariya Remark «Zəfər tağı» romanından)

Erix Paul Remark 22 iyun 1898-ci ildə Almaniyanın əyalət şəhəri sayılan Osnabryukda kitab cildçisinin ailəsində dünyaya göz açıb. 1915-ci ildə orta məktəbi bitirəndən sonra o, pedaqoji təhsil almaqdan ötrü katolik kurslarına yazılsa da, 1916-cı ildə orduya çağırılır və əsasən Qərb cəbhəsində vuruşur. Müharibənin bitmə xəbəri gələndə o, qumbara qəlpəsinin sol ayağında, sağ qolunda və boynunda açdığı yaraların müalicəsindən ötrü lazaretdə yatırmış. 1919-cu ildə doğma şəhəri Osnabryuka dönən Remark təhsilini başa vurur, ucqar kəndlərdə xəstələnən və ya işə çıxmayan pedaqoqları əvəz edir, başqa sözlə, «yardımçı (stajçı) müəllimlik» fəaliyyəti ilə məşğul olur.

Bu işi candərdi görən Remarkı o illərdə hər şeydən çox ədəbi yaradıcılıq maraqlandırır. Dünyalar qədər sevdiyi anasının vəfatından sonra, 1921-ci ildə o, ad-soyadındakı ikinci adı anasının xatirəsinə dərin ehtiram əlaməti kimi «Mariya» yazdırır. Onun ədəbi zövqünün formalaşmasında sevərək oxuduğu yazarların – F.Dostoyevskinin, S.Sveyqin, T.Mannın, M.Prustun və İ.Götenin təsiri danılmazdır.


Ardı →