Romi Şnayder

Monastrdan səhnəyə…
Romi Şnayder əsl adı (Rozmari Maqdalina Albax) 1938-ci il sentyabrın 23-də Vyana şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan gələcək aktrisanın dörd yaşı tamam olanda valideynləri boşanırlar. Rominin anası ikinci dəfə restoran sahibi ilə ailə qurur. Başları öz həyatlarına qarışdığından valideynləri Romini tərbiyə olunması üçün yatılı monastra təhvil verirlər. Rominin on beş yaşı olanda anası onu monastrdan götürüb öz yanına gətirir. Həmin zaman onun anası Vyana teatrlarının birində prodüsser vəzifəsində çalışırdı. Rominin nənəsi Avstryanın Sara Bernar titulunu qazanmış Roza Albax Petti də həmin teatrda vaxtilə aparıcı rolları ifa edən qocaman aktrisa kimi fəaliyyət göstərirdi. Rozamri də həmin teatr tamaşalarında rollar ifa etməyə başlayır. Bir il sonra Rozmari “Feyerverk” filminə çəkilir. Və özünə Romi Şnayder təxəllüsünü götürür.

1957-ci ildə Romi artıq məşhur aktrisaya çevrilə bilir. Erkən yaşda gəlmiş məşhurluq onun başını gicəlləndirmir. 1957-ci ildə o, “Sissi” serialına çəkilir. Lakin, qəfildən serialın gələcək bölümlərinə çəkilməkdən imtina edən aktrisa “Kristina” filmindən gələn təklifi qəbul edir.
Davamı →