Hamiləliyin qarşısını alan kontraseptiv və təbii üsullar

Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də kontraseptiv üsulların seçilməsidir. Kontrasepsiya — hamiləliyin müxtəlif üsullarla qarşısını alır, arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün abort təhlükəsi yaranmır. Bəs bu gün Azərbaycanda daha çox istifadə olunan kontraseptiv üsullar hansılardır?

Kontraseptiv Həblər — arzuolunmaz hamiləliyin qarşısını almaq üçün gündə bir dəfə qəbul edilən həblərdir. Onların tərkibində növündən asılı olaraq qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik estrogen və progestin hormonları vardır. Qadın hamiləlikdən qorunmaq istədiyi müddət ərzində həbləri hər gün eyni vaxtda qəbul etməlidir. Düzgün istifadə edildikdə həblər yüksək dərəcədə effektlidir. Bəzi həblər ginekoloji pozğunluqlar olduqda müalicəvi məqsədlə də istifadə edilir. Həblərin qəbulunu dayandırdıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti tezliklə bərpa olunur. Bu həblər yüksək dərəcədə etibarlı və zərərsizdir.
Davamı →