Balqabağın 7 mühüm faydası

Balqabaq sözün əsl mənasında təbii dərmandır. Müxtəlif faydalı maddələrlə olduqca zəngin olan qalqabaq insan sağlamlığına çox müsbət təsir edir. Sizə bu möcüzəli tərəvəzin 7 mühüm faydasını təqdim edirik:

1. Ürək-damar sistemi üçün çox faydalıdır — hipertoniyanın, aterosklerozun riskini azaldır, qanın tərkibini yaxşılaşdırır.

2. Bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir — bağırsaqları «yumşaldır», qəbizlikdən xilas edir.

3. A vitamini ilə zəngin olduğuna görə görməni yaxşılaşdırır, «toyuq korluğu» zamanı faydalıdır.

4. Böyrəklər üçün çox faydalıdır — böyrəkləri təmizləyir, fəaliyyətini yaxşılaşdırır.
Davamı →

Balqabaq şirəsinin faydaları

  • Flora
Balqabağın dünyada 700-ə qədər növü mövcuddur. Bunlardan 3-ü — adi, irimeyvəli və muskat növləri Azərbaycanda daha geniş becərilir. Bir çox vitamin preparatlarının, şirniyyat sənayesində sukat və müxtəlif içliklərin hazırlandığı balqabağın şirəsinin nə qədər faydalı olduğunu bilirsinizmi?

Bundan başqa balqabaq şirəsinin sağlamlığa bir sıra faydaları var. Uzun sürən müalicə proseduralarından, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitə hesab olunur. Onun tərkibində pektin olduğu üçün bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.
Davamı →