Azərbaycanın bitki örtüyü

Dünyada mövcud olan 500 min bitki növünün 4,3 mini Azərbaycanda bitir. Azərbaycanda bitki örtüyünün zəngin olması ilk növbədə relyef və iqlim şəraitinin müxtəlifliyi ilə əlaqədardır. 370 növ bitki endemikdir, yəni yalnız Azərbaycanda bitir. Talış dağlarındakı Zuvand çökəkliyində və Naxçıvanda endemik bitkilər — əsasən çoxillik otlar geniş yayılıb.
Əsasən Talış dağlarında qismən Baş Qafqaz və Ceyrançöldə III dövrün relikt (qalıq) bitkiləri yayılıb. Məsələn: dəmirağac, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, azad, qaraçöhrə, şümşad, Eldar şamı və s. Relikt və endemik bitki olan Eldar şamının təbii vətəni Ceyrançöldəki Ellər oyuğudur. Bu ağacdan arid ərazilərin yaşıllaşdırılmasında geniş istifadə olunur.
Ardı →