Orqazm

Çox qadınlar seksdə istədikləri kimi tez-tez orqazm yaşamırlar. Artıq vəziyyəti dəyişmək vaxtıdır.
  • Daimi orqazm hissi keçirən qadınlar (partnyorla və ya tək) döş xərçənginə tutulma ehtimalını 15%, daxili cinsi orqanların xərçəngi 15%, infarkt 13%, insulta tutulma riskini 10% azaldır.
  • Fransız seksoloqları araşdırıblar ki, orqazm keçirən qadınlar digərlərinə nisbətən 2,5 dəfə çox gülümsəyir. Məsələ ondadır ki, orqazm zamanı endorfin – insan əhvalını yüksəldən hormon ifraz olunur. Həmçinin məlum olub ki, həftədə iki dəfədən az sekslə məşğul olanlar əhvalın düşgünlüyündən əziyyət çəkir. Müntəzəm sekslə məşğul olan qadınlar isə bu problemlə üzləşmir.
  • Dietoloqlar arıqlama vasitəsi kimi seksi məsləhət görürlər. Çünki orqazm zamanı feniletilamin ifraz olunur. Bu da öz növbəsində iştahanı azaldır.

Davamı →

Kişi və qadinlarda orqazm

Kişi və qadını bir-birinə ehtiras cəzb edir və əvvəl-axır bu ehtiras güclü şəhvət həyəcanı şəklində özünü ifadə edir. Bu güclü şəhvət həyəcanı «orqazm» adını daşıyır («orqazm» yunan sözü olub, cinsi əlaqə zamanı şəhvət duyğusunun zirvəsini bildirir). Bu cür duyğunu ifadə edən çoxsaylı təmrinlər mövcuddur, bunlardan ən geniş yayılan­ları — «ekstaz» və «affekt»dir. Fransız dilindən tərcümədə ekstaz — cuşa gəlmə; həzzin, ləzzətin affekt halına çatan if­rat dərəcəsidir. Affekt isə latıncadan tərcümədə — «hisslərin çılğıncasına ifadəsi» deməkdir.
Əgər biz orqazm barəsindəki əsas baxışları ümumiləşdirsək, bu barədə belə demək olar: qarşılıqlı yaxınlıq, nəvaziş, sonra isə cinsi əlaqə zamanı cinsiyyət orqanlarının bir-birinə sürtünməsi nəticəsində kişi və qadınlarda xoş hisslər yaranır və bu hisslər getdikcə şiddətlənərək parlaq və kəskin şəkil alır və nəhayət boşalma — orqazm ilə başa çatır.
Ardı →