Rus dilində frazeologizmlər

Rus dilində adam bəzən elə ifadələrlə rastlaşır ki, bunlardakı fikir onu təşkil edən sözlərin hər birinin ayrıca mənası ilə izah olunmur, yalnız bütün tərkib və ya ifadə birlikdə bir məna verir. Rus dilində belə frazeoloji ifadələr, sabit söz birləşmələri, zərb-məsəllər az deyildir. Belə ifadələri danışıqda, ədəbi dildə işlətməklə, biz öz nitqimizi daha sərrast, obrazlı, emosional və təsirli etmiş oluruq.
Əvvəlki dərslərimizdə frazeoloji birləşmələrə, zərb-məsəllərə dair kiçik lüğətlər dərc etmişik. Indi isə sizə .onlardan bəzilərinin əmələ gəlməsi və işlənməsi barədə qısaca məlumat verəcəyik.

Бить баклуши
—bu frazeoloji ifadənin mənası «daban döymək», «ayaq döymək», «veyl-veyl gəzmək «veyllənmək» «boş şeylə məşğul olmaq» deməkdir. Vaxtı ilə Rusiyada ağac kötüyündən (parçasından) qab-qacaq, qaşıq və başqa məmulatlar kəsilib düzəldilirdi. Bu ağac parçasına баклуши deyirdilər. Bakluşini yarmaq (parçalamaq, döymək), asan iş sayılırdı. Buna görə də onun icrası zəif adamlara həvalə edilirdi. Бить bakluşi ifadəsi də bax, buradan əmələ gəlmişdir.
Ardı →