Uşaqlarda kiçik qusma

7 ayınadək olan uşaqlarda qidanın bir hissəsinin geri qaytarılması (“kiçik qusma”) fizioloji, yəni normal hal hesab olunur.

Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması (kiçik qusma) qəflətən başlayır və qarın əzələlərinin cüzi dərəcədə iştirakı ilə baş verir. Bu zaman qidanın hissəvi olaraq geri qaytarılması qida qəbulundan sonra 1 saatadək olan müddət ərzində baş verə bilər, qusma “fontan” şəklində (yəni təzyiq altında, axar şırnaq şəklində kənara atılmaqla) olmamalıdır.

Uşağı yedizdirdikdən sonra onu 20 dəqiqə şaquli vəziyyətdə saxlamaq lazımdır. Bu zaman hava tıxacı gəyirmə ilə xaric olur və ağızın kənarlarından isə az miqdarda süd də xaric ola bilər. Qidanın hissəvi olaraq geri qaytarılması (kiçik qusma) uşağın bədəninin vəziyyətinin dəyişməsi zamanı və ya hər hansı bir nəzərəçarpacaq səbəb olmadan da təkrar oluna bilər. Bəzi hallarda elə görünə bilər ki, geri qaytarılan qidanın miqdarı çoxdur. Ancaq onun əlamətləri yuxarıda qeyd edilən fizioloji “kiçik qusmalara” uyğun gələrsə, uşağın çəkisinin artması da normal olarsa – bu, normal hesab olunmalıdır. Təxminən uşağın 7-ci ayına yaxın olan müddətdə, qidanın hissəvi olaraq geri qaytarılması (“kiçik qusma”) keçib getmiş olur. Valideynlər aşağıdakı hallara diqqət yetirməlidirlər:

— qəbul edilən qidanın “fontan” şəklində geri qaytarılması uşaqda olan nevroloji pozulmaların əlaməti ola bilər. Buna görə də uşağı ilk növbədə nevropatoloqa göstərmək lazımdır. Nadir hallarda, bunun səbəbi həzm sistemində olan spazmlar da ola bilər ki, bu halda həkim-qastroenteroloqa müraciət etmək lazımdır;


Ardı →

Körpənizi yelləyərək yatırmayın

Analar uşaqlarını yatıra bilməyəndə ya ayağında yatızdırır, ya da çox sürətlə yellədir. Lakin bu uşaqlarda ciddi təhlükə yaradır. Belə ki, beyin qanamasına səbəb olur.

Beyin pərdələri, beyin içində və ya kəllə ilə saç dərisi arasındakı bütün qanamalara beyin qanaması deyilir. Beyin qanaması əsasən dəhşətli zədə alanda baş verir. Travmadan sonra dəri altında qalan qanamalar uşaqların sağlamlıqlarını riskə atır.
Ardı →