Körpə yatağı necə olmalıdır?

Körpələr üçün düzgün və sağlam yataq necə olmalıdır?
Ailə yeni doğulacaq körpənin gəlişinə sevinclə hazırlaşır. Uşaq üçün bahalı beşik, kolyaska, oyuncaqlar — hər şey alınır. Qədimdə nənələr körpə üçün xüsusi yorğan-döşək, balış tutardılar. Onun yunu, tükü təzə, yumşaq, təmiz olmalıydı. Amma indi uşaq üçün hər şey alınır, bahalı çarpayı seçilir.

Lakin bir çox hallarda uşağın üzərində yatacağı döşək və balış ən ucuzu, ən zərərlisi olur. Çünki valideynlər yeni doğulmuş uşağa hər şeydən çox ortopetik yatağın vacibliyini bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, skolioz yaranır, allergiya ilə üz-üzə qalır.

Gününün yarıdan çoxunu yatmaqla keçirən körpənin yatağı ən ideal, düzgün və beynəlxalq standartlara uyğun olmalıdır. Uşaq böyüklər kimi yun döşəkdə, nahamar yerdə, toyuq tükündən iri yastıqda yata bilməz.
Davamı →

Körpələr bütün gecəni yatmalıdırmı?

Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur.
Davamı →