Bir kişiylə nə qədər pis davransanız, sizə bir o qədər bağlanar

Kişinin ürəyinə gedən yol onun mədəsindən keçir. kəlməsi hər xanımın qulağında sırğa kimidir. İşdən gələn kişinin qulluğunda dayanan azəri xanımı da daim dadlı yeməkləriylə onun qəlbini fəth etmək istəyir. Əgər evə kişinin qonağı gəlirsə, məsuliyyət birə-beş artır. Lakin son illərdə aparılan araşdırmalar kişinin ürəyinə gedən yolun fərqli olduğunu aşkarladı. Rus mütəxəssislərinin fikrincə kişinin ürəyinə gedən yol onun mədəsindən keçmir. Eşqbaz və seks düşkünü olduqları zənn edilən kişilərin heç də elə olmadıqları faktlarla izah edilib.
Davamı →

Kişilər analarına bənzəyən qadınlara aşiq olurmuş

Bir çox hallarda qadınlar həyatında olan kişinin anasına bənzədiyinin fərqinə varır. Qadınlar bunu büruzə verməsə də, bu kimi hallar dünyanın hər yerində yaşanır.
 Finlandiyada aparılan araşdırmalar nəticəsində kişilərin onların analarına bənzəyən qadınlardan daha çox xoşlandığı məlum olub.
Davamı →

Bu vərdişlər kişiləri ata olmaqdan məhrum edə bilər

Bir çox kişi əmindir ki, əgər intim münasibətlərdə heç bir problem yaranmırsa, onlarda sonsuzluqla bağlı problemlər yarana bilməz. Ancaq belə deyil. Elə vərdişlər var ki, adi məşğuliyyət kimi görünsə də, kişilərin ata olmaq şansına ciddi şəkildə təsir edir.

Həyat tərzi böyük rol oynayır. Əgər həyat tərziniz sağlamlıqdan çox uzaqdırsa, atalıq şansları aşağı düşür. Fiziki fəaliyyətin olmaması, siqaret, artıq çəki, alkoqol, digər toksik və psixoaktiv maddələrin istifadəsi — bunların hamısı birlikdə və ayrı-ayrılıqda sonsuzluğa səbəb ola bilər.
Davamı →

Spermanın keyfiyyətini artıran qidalar

Kişinin gücü və xoşbəxtliyi onun cinsi həyatından asılıdır. Kişilər bu mövzulara həssasdır və cinsi zəiflik və spermanın kəmiyyət və keyfiyyətinin düşməsindən çox qorxurlar. Spermanın keyfiyyəti isə kişinin qida rasionundan çox asılıdır.

Spermatozoid sayını və hərəkətliliyini artıran qidalar haqqında 2018-ci ildə Beynəlxalq Uroloji dərgidə də material dərc olunub. Orada yaxın gələcəkdə ata olmaq istəyən kişilərə C, E, A, vitamini, fol turşusu, antioksidantlarla zəngin qidalar yeməyi tövsiyyə edir.

Zülalla zəngin ət, quş əti
Qırmızı ət, quzu əti, quş və toyuq əti sink, zülal, B 12 vitamini ilə zəngindir. Eləcə də kişilər yumurta yeməlidir. Ət dedikdə, təmiz kəsim ət, kənd toyuğu nəzərdə tutulur. Yarımfabrikat və fast-fooddan uzaq durun.
Davamı →

Ata olmaq üçün ideal yaş

Elm işçiləri kişilərin ata olmaq üçün ideal yaş dövrünü araşdırıblar. Bir sıra eksperimentlər aparıldıqdan sonra mütəxəssislər nelə qərara gəliblər ki, kişilər üçün öz nəsillərini davam etdirmələri üçün ən optimal yaş dövrü — 30 — 40 yaşdır.

Ekspertlər hesab edir ki, məhz bu yaş dövrü aralıqlarında kişilər ata olmanın məsuliyyət və öhdəliklərini daha yaxşı dərk edə bilirlər. Kişilər həm şüurlu, həm də şüuraltı tərəfdən bu xəbərə daha ciddi hazır olurlar.

Haqqında danışdığımız bu mövzunu araşdıran ekspertlər bildirirlər ki, gözəl və sağlam uşaqlar məhz 30 yaşlı ataların olduğu ailələrdə baş verir. Onu da qeyd edək ki, bu yaş dövrü 40 və ondan daha üstün yaş dövrlərinə uzanırsa, bu artıq doğulacaq körpələr üçün təhlükə saçır. Doğulan uşaqlarda bəzi hallarda, patalogiya və inkişafsızlıq kimi mənfi hallar yaradır.
Davamı →

Kişilərin yol verdiyi dəb xətaları

Uzun saqqal
Əziz kişilər, biz çox gözəl başa düşürük ki, üzü hər gün təraş etmək zəhlətökən prosesdir. Lakin bu fakt sizə saqqalınızı yerə qədər uzatmağa bəraət qazandırmır. Əgər dəblə ayaqlaşdığınızı və bununla qızların diqqətini çəkəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Uzun və çirkli saqqal qızların ancaq ürəyini bulandıra bilər.

Yuxarıda yığılmış toppuz
Bu barədə danışmağa dəyməz. Kişilər saçlarını toppuz yığmağa başlayan andan etibarən qızların gülüş hədəfi olub.

Dar cinslər
Həkimlər illərdir ki, dar cinslərin qızların sağlamlığı üçün təhlükəli olduğu barədə həyəcan siqnalı çalır. Bu, kişilərə də aiddir. Ümumiyyətlə, dar şalvar geyinən kişilər birmənalı qarşılanmır və onların oriyentasiyası şübhə altına düşür.
Davamı →

Xəyanət edən kişi

Xəyanət edən kişini necə
tanımaq olar?

Bir kişinin sizə xəyanət edib-etmədiyi əslində həmin şəxsin xəyanət barəsində nə qədər təcrübəli olması ilə əlaqəlidir. Bəzi ümumi qanunlar olsa da, bütün münasibətini xəyanət edərək keçirən bir kişi üçün xəyanət etməyin yemək yeməkdən çox da fərqi yoxdur.

Xəyanət edən kişi necə hərəkət edir?
Əgər çox təcrübəsizdirsə, sizə həddindən çox diqqət göstərməyə başlayacaq. Sizə hədiyyələr və güllər ala bilər. Ancaq artıq onlar da bu üsulun bir çox qadın üzərində işə yaramadığını bilir.
Davamı →

Kişilər qadınları niyə tərk edir?

Sevgilinizin sizi niyə tərk etdiyini heç cür anlaya bilmirsinizsə, bu yazı məhz sizin üçündür. Kişilərin ayrılıq zamanı etiraf edə bilmədiyi əsl tərk etmə səbəblərini bilmək istəyirsinizsə, yazını sona qədər oxumağınızı tövsiyə edirik.

Yaxşı davam edən bir münasibətiniz birdən-birə səbəbini anlamadığınız bir şəkildə tərk edilməyiniz ilə nəticələndi? O, sadəcə “problem səndə deyil, məndədir” deyib getdi? Həqiqətən də problem sizdə yox, onda ola bilər. Ancaq həm də münasibətinizdə fərqinə varmadığınız bir çox problem də ola bilər. Münasibətlərinizdə eyni səhvləri təkrarlamamaq üçün bu problemlərin fərqinə varmağınızda fayda var.
Davamı →