Müvəffəqiyyət qanunu: Təxəyyül

Təxəyyül insan beyninin emalatxanasıdır ki, burada köhnə ideyalar və müəyyən olunmuş faktlar yeni kombinasiyalara çevrilir və yenidən istifadə olunur. Təxəyyül təbiət baxımından, eyni zamanda aydınlaşdırıcı və yaradıcıdır. Əgər öz təxəyyülünüzdən düzgün istifadə edirsinizsə, o, uğursuzluqlarınızı və səhvlərinizi ölçüyəgəlməz var — dövlətə çevirə bilər. O, sizi öz təxəyyülünü istifadə edə bilənlər üçün mümkün olan həqiqəti açmağa aparır.  
Ardı →

Müvəffəqiyyət qanunu: Təşəbbüs və liderlik

Təşəbbüs və liderlik. Bunlar ona görə bir yerdədir ki, liderlik uğur qazanmaq üçün vacibdirsə, təşəbbüs liderlik vərdişinin yaranması üçün əsasdır. Vaqon təkəri üçün ox nə qədər zəruridirsə, təşəbüs də uğur üçün bir o qədər lazımdır.
Bəs təşəbbüs nədir?
Bu elə bir müstəsna keyfiyyətdir ki, hər hansı bir göstəriş olmadan belə, insanda ixrac olunmalı işin görülməsinə həvəs oyadır.
Təşəbbüs lazım olanı icra etməkdir.
Kim istənilən işdə lider olmaq istəyirsə, ləngimə onun öldürücü düşmənidi və mütləq bu vərdişi tərgitməlidir. 
Mən görürəm ki, bədənimin əzələləri istifadə olunduqda güclənir və başa düşürəm ki, təşəbbüskarlıq vərdişi də istifadə olunduqca möhkəmlənir.
Ardı →

2. Xəyal qurmaq

Ən böyük işlər böyük xəyallar qurma
xüsusiyyəti olan insanlar tərəfindən həyata keçirilmişdir.
Uilliam Russell


Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir.
Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur. Məsələn, televizor ixtira etmə fikri əvvəlcə xəyal edilmiş, sonra praktikada tətbiq olunmuşdur. Fateh Sultan Məhməd İstanbulu fəth etməyin əvvəl xəyalını qurmuş, daha sonra düşüncələrini həyata keçirmişdir. Yenə telefonun ixtirası, kompüterin ixtirası əvvəl zehnidə canlandırılmış, sonra praktikada tətbiq olunmuşdur.


Ardı →