Menstruasiyanın gecikməsinin səbəbləri

Ginekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər. Bu məqaləmizdə menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik. Amma ilk növbədə gəlin ən əsas sualı cavablayar. 
Menstruasiya neçə gün gecikə bilər?


Davamı →

Aybaşıların gecikməsinin 10 səbəbi

Ginekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər. Bu məqalədə biz menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik.

1. Hamiləlik
Hamiləlik cinsi həyat yaşayan cavan qızlarda və qadınlarda menstruasiya gecikməsinin ən çox rast gəlinən səbəblərindən biridir. Erkən müddətlərdə hamiləliyin digər simptomları qarının aşağı hissəsində dartıcı ağrılar, döşlərdə şişkinlik və ağrı, qarının şişməsi, yüksək yorğunluq, yuxululuqdur. Bəzi qadınlarda yaxılan qanlı (qəhvəyi) ifrazatlar müşahidə oluna bilər. Əgər siz cinsi həyat keçirirsinizsə və sizin bu ayda cinsi əlaqələriniz olubsa, aybaşıların 3 gün və ya daha çox gecikməsi sizin hamilə olmağınızdan xəbər verə bilər. Hamiləlikdən şübhələndikdə hamiləlik testini etmək tövsiyə olunur. Aybaşıların gecikməsi və hamiləlik testinin müsbət cavab verməsi böyük ehtimalla sizin həqiqətən də hamilə olduğunuzu göstərən əlamətlərdir. Hamiləliyi müəyyən etməyin başqa bir üsulu İXQ-ya (İnsanın Xronik Qonadotropini) qan analizi verməkdir. Aybaşıların gecikməsi zamanı hamiləlik testi mənfidirsə, bunun aşağıda göstərilən digər səbəbləri də ola bilər.
Davamı →

Menstruasiyanın ləngiməsi səbəbləri

Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və s. səbəblərdən baş verə bilər. Mütəmadi olaraq menstruasiyanın ləngiməsi yumurtalıqların polikistoz xəstəliyi üçün xarakterik hesab edilir.

Aybaşının ləngiməsi, həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər. Bunun səbəbi isə — uşaqsalmadan sonra pozulmuş hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji dəyişikliklər. Yəni, uşaqsalmadan sonra aybaşı 28-32 gündən sonra yox, 40 gün və daha artıq müddətdən sonra baş verə bilər. Belə ləngimə normal hesab edilə bilməz və qadının müayinə və müalicə olunmasını tələb edir.
Davamı →