Qalxanabənzər vəzin xəstəlikləri

Qalxanabənzər vəzi daxili sekresiya vəzilərindən olub, tiroksin, triyodtironin hormonları ifraz edir ki, onlar da öz növbəsində boyatma, toxuma və orqanların inkişafı, enerji və maddələr mübadiləsi proseslərini tənzim edir. Vəzin funksiyasının artması və azalması müxtəlif xəstəliklərə gətirib çıxarır. Səbəblər isə müxtəlif ola bilər, ekoloji pozğunluqla əlaqədar radiasiya, genetik faktorlar, qidada yod çatışmazlığı və zərərli vərdişlər xəstəliyə yol aça bilər. Hətta vəzin çox kiçik funksional pozğunluqları zamanı, hormonlarda da bir dəyişiklik olmadığı təqdirdə digər orqanlarda əlavə xəstəliklər meydana çıxa bilər.


Ardı →

Qalxanvari vəzini qoruyun

Daim yorğunluq. yuxuculluq və unutqanlıq halını, adətən işlə və taqətdən düşməyimizlə bağlı hesab edirik...
xilas olmaq üçün, həkim-endokrinoloqa baş çəkmək zəruri hesab olunur. Bu mütəxəssisin işi stomatoloq və ya ginekoloqun işindən heç də az əhəmiyyətli deyildir. Görünür, qeyri-müntəzəm surətdə olan parodontoz, qalxanabənzər vəzinin xəstəlikləri səbəbindən də yarana bilir.
Sizin nasaz olmağınızın səbəbi, sadəcə olaraq, orqanizmdə yod çatışmazlığından ola bilər. Görünür, orqanizmdə bu mikroelementin əskik olması ilə əlaqədar olan xəstəliklərdən, məhz qadınlar daha çox əziyyət çəkirlər.


Ardı →

Daxili sekresiya vəziləri

Vəzi epitel toxumasından əmələ gəlmiş və özündən şirə ifraz edən orqandır. Vəzilər birləşdirici toxumadan əmələ gəlmiş kapsulla əhatə olunur. Onlar morfoloji-fizioloji xüsusiyyətlərinə görə iki qrupa bölünür:
1) xarici sekresiya, yaxud ekzokrin vəzilər;
2) daxili sekresiya və ya endokrin vəzilər. Qarışıq vəzilər də vardır.
Axacağı olan vəzilərə xarici sekresiya vəziləri deyilir. Bu vəzilər öz şirələrini (məhsullarını) axacaqlar vasitəsilə müəyyən orqanlara tökür və ya xaricə çıxarır. Xarici sekresiya vəzilərinin ifraz etdikləri məhsul iki növdür:
Davamı →