Sizdə tromb olduğunu göstərən 6 əsas simptom

1. Aşağı ətraflardan birinin şişməsi, ödemi 
Bu vəziyyət dərin venalarda tromboz olanda baş verir. Nəticədə bədənin müəyyən hissəsinə qan axını pozulur, qan dövranı pozulur və həyati vacib daxili orqanlar oksigenlə təmin olunmur.

2. Ayaqlarda ağrılar 
Trombozun ümumi əlamətlərindən biri də ayaqlarda uyuşma, sanki qarışqa gəzməsi, iynəbatırma hissi, ağırlıq, müntəzəm ağrılardır. Ona görə ayaqlarda istənilən şiş, ağrı, göyərmə və s. diqqətli olun. 
Davamı →

Təzyiqin dərmansız aşağı salınması üçün 6 məsləhət

Həkimlər dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət verib. Bu məsləhətlər vaxtaşırı təzyiqin qalxması ilə müşayiət olunan zəif hipertoniya hallarında effektlidir. Əgər hipertoniya ciddidirsə, o halda bu məsləhətlərə dərman müalicəsinin uyğunlaşdırılması ilə riayət etmək lazımdır.

Son zamanlar təzyiqin aşağı salınmasında dərmansız üsullara üstünlük verilməsi barədə söhbətlər tez-tez eşidilir. Rusiyalı mütəxəssis, terapevt-kardioloq Olqa Aleksandrova bildirib ki, bu üsullar orta və ağır hipertenziyalar zamanı dərmanı əvəz edə bilməz. Bununla yanaşı, dərman vasitələri ilə uyğunlaşmada onlar yenə də aktualdır.
Davamı →

Damarlarda trombların olmasına işarə edən simptomlar

Damarın divarının tamlığı pozulduqda qan laxtası (tromb) əmələ gəlir. Tromb damarın divarını sanki yapışdırır ki, qanaxma yaranmasın. Bu orqanizmin qoruyucu mexanizmlərdən biridir. Daha sonra belə tromblar adətən sovrulur və heç bir pozulmaya səbəb olmur. Lakin bəzən tromblar sovrulmur, əksinə böyüyür və damarın mənfəzini tutur ki, bu da çox ağır pozulmaların inkişafına səbəb ola bilər.

Həmçinin damarın divarından qopmuş tromb (belə tromba «embol» deyilir ) qan axını ilə daha nazik damarlara düşə bilər ki, bu da infarkt, insult, tromboemboliyaya səbəb ola bilər. Statistika göstərir ki, hər il tromboemboliyadan ölən insanların sayı xərçəngdən ölənlərin sayından daha çoxdur.
Davamı →

Ürək sağlamlığı üçün 10 misilsiz məsləhət

1. 2017-ci ildə mütləq siqareti buraxın. Ağciyərləri çox mənfi şəkildə təsirə məruz qoyan siqaret ürək üçün həddindən artıq problem yarada bilir. İlk növbədə ürək əməliyyatı keçirmiş şəxslər siqaretdən uzaq durmalıdırlar.

2. Hərəkətli həyat sürün! Hərəkətsiz həyat yalnız ürəyi deyil, insanın bütün vücuduna təsir edə bilir. Əgər passiv həyat sürürsünüzsə lift əvəzinə pillələri çıxa bilərsiniz. Ya da iş yerinizə bir dayanacaq qalmış düşüb piyada gedə bilərsiniz. Bu sizin həyatınızı hərəkətləndirər. Həftədə ən azı 3 dəfə 1 saat və ya 45 dəqiqə olmaqla piyada gəzin.
Davamı →

Hipertoniya və onun növləri


Arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması arterial hipertenziya hesab edilir. Əgər arterial təzyiqin yüksəlməsi birincili olarsa, yəni digər patoloji proseslərlə əlaqədar deyilsə, ona hipertoniya xəstəliyi deyilir. Arterial təzyiqin yüksəlməsi digər xəstəliklərin əlaməti kimi meydana çıxarsa, bu, ikincili və ya simptomatik arterial hipertenziya adlanır. Sumqayıt şəhərindəki 4 nömrəli poliklinikanın həkim-kardioloqu İlhamə Zülfüqarlı deyib: «Xəstəliyin əmələ gəlməsi bir neçə əlverişsiz faktorun birgə təsiri ilə əlaqədardır ki, bunlara stress, abdominal piylənmə (bel dairəsinin qadınlarda 88, kişilərdə 102 santimetrdən çox olması), xörək duzundan həddindən artıq istifadə edilməsi və irsi meyillik aiddir.

Əlavə risk faktorları- azhərəkətli həyat tərzi, qlükozaya tolerantlığın pozulması, fibrinogenin miqdarının artması arterial hipertenziyası olanlarda ürək-damar xəstəlikləri, ürək, böyrək, beyin və göz kimi hədəf orqanlarının zədələnmə riskini artırır. Hipertoniya xəstəliyi üçün baş ağrıları, başgicəllənməsi, tez yorulma, narahat yuxu, daxili gərginlik, ürək nahiyəsində ağrı, fiziki iş zamanı təngnəfəslik və ürək bulanma xarakterikdir. Xəstə gözlərində torabənzər kölgə və səyriyən ləkələrin olmasından şikayətlənir. Bəzən xəstələrin qulağında uğultu və küy olur.
Davamı →

Damarlar nə üçün tutulur?

Damarlarda xolesterinin (piyə oxşar maddə) yığılması nəticəsində damarlar daralır, öz elasktikliyini itirir, daha kövrək olur, damarların partlaması, tam tutulması riski artır.

Bu prosess ateroskleroz adlanır. Ateroskleroz uzun illər ərzində simptomsuz, gizli inkişaf edir vəyalnız damarın bir çox hissəsi (70%-dən artıq) tutulduqda kliniki simptomlar əmələ gəlməyə başlayır. Ürək damarları tutulubsa ürək nahiyəsində ağrılar əmələ gəlir, beyin damarları tutulduqda yaddaşsızlıq, baş gicəllənməsi və s. kimi simptomlar meydana çıxır, ayaq damarları tutulanda insan «səbəbsiz» axsamağa başlayır və s. Damarların tutulması infark və insultun əsas səbəbidir.
Davamı →

Qan dövranını yaxşılaşdırmağın 11 üsulu

Əsasən soyuq aylarda özünü biruzə verən qan dövranı problemlərini qulaqardına vurmaq olmaz. Təzyiqin qəfil qalxması, yorğunluq, təngnəfəslik, istənilən havada əl və ayaqların soyuması, qəfil tutmalar, baş ağrıları qan dövranı pozulmasının aşkar əlamətləridir.

Qan dövranın zəifləməsi venaların varikoz genişlənməsinə, hipertoniya, kapillyarların görünməsinə, eləcə də, göz ətrafında qara halqaların yaranmasına səbəb olur. Bundan əlavə, zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdən biridir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün təbii üsullardan istifadə edin.
Davamı →

Anemiya nədir?

Anemiya qanda qırmızı qan hüceyrələrinin (eritrositlər) və ya hemoqlobinin çatışmazlığı ilə müşahidə edilən ciddi xəstəlikdir. Hemoqlobin beyinə, əzələlərə, digər orqanlara oksigeni çatdıran maddədir. Dəmir hemoqlobinin yaradılması üçün zəruridir. 

Anemiyanın səbəbi nədir?

Qanın aşağıdakı səbəblərə görə itirilməsi:
• parazitlər ( xüsusilə də qansoran parazitlər)
• bağırsaq qurdları
• menstruasiya zamanı həddindən artıq qan itirmə
• mədə yarası və ya vərəm kimi xroniki xəstəliklər
• qidada dəmirin çatışmazlığı
• orqanizm tərəfindən qidada olan dəmirin mənimsənilməməsi
Davamı →

Bürqer xəstəliyi

Bürqer xəstəliyi zamanı orta və kiçik arteriya və damarlarda iltihab yaranır, damarlar sıxılır, qan dövranı kəskin pozulur.

Xəstəlik əksər hallarda ayaqlar və qollar damarlarında inkişaf edir. Xəstəliyin inkişaf etmə səbəbi məlum deyil. Lakin məlumdur ki, Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir. Bu səbəbdən xəstəliyin əsas risk faktoru siqaret çəkmək sayılır. Həmçinin siqaret çəkməyin davam etməsi Bürqer xəstəliyi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır.

Xəstəlik əksər hallarda 20-40 yaşlar arası siqaret çəkən kişilərdə inkişaf edir. Nadir hallarda bu xəstəliyə qadınlarda da rast gəlinir. Bu siqaret çəkmək kimi pis vərdişin qadınlar arasında yayılması ilə izah olunur.
Davamı →