Qara əncir

  • Flora
Qara əncir müalicəvi məhsul sayılır. Onun müalicəvi xüsusiyyətlərini tək xalq təbabəti deyil, ənənəvi təbabətdə də təsdiq edir və yüksək qiymətləndirir.

«Fisin» maddəsi ilə olduqca zəngin olan qara əncir qan damarlarını təmizləyir, onları daha elastik və möhkəm edir. Bu səbəbdən qara əncir aterosklerozun və damarlarda trombların əmələ gəlməsinin əsas profilaktik vasitələrdən biridir.

Qara əncir qanazlığı zamanı çox faydalıdır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyi möhkəmləndirir.

Qara əncir beyinin fəaliyyətinə, beyin damarlarının vəziyyətinə çox müsbət təsir edir. Bronxit, nəfəs yolları iltihabları zamanı qara əncir çox güclü müalicəvi təsir edir — nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, iltihabı azaldır.
Davamı →