Dərinin göbələk xəstəlikləri
Dərinin göbələk xəstəlikləri patogen göbələklər tərfindən törədilir. Onlar insan və heyvanların dərisini, tüklərini və dırnaqlarını zədələyir. Göbələk xəstəliklərinin əsas xüsusiyyətləri bunlardır: onlar qaşınma törədir, həm dəridə, həm də tüklərdə qabıqlanma verir, kəskin yoluxucudurlar. Göbələklər bədənin istənilən yerini və başın tüklü hissələrini zədələyir. Bu zaman tüklər qırılır (saçqıran dəmrov və b.), dəridə ləkələr, digər səpgilər əmələ gəlir. Göbələk xəstəliklərinin bir qismi yalnız insandan və onun əşyalarından sağlam adamlara yoluxur, bəziləri isə heyvanlardan (it, pişik, mal-qara, at və s.) keçir. Elə göbələk xəstəlikləri də vardır ki, onların törədiciləri ( yəni maya göbələkləri) bütün insanların dərisində, selikli qişalarda olur, lakin orqanizm zəiflədikdə (əsasən antibiotiklərin nəzarətsiz qəbulu) və gigiyenik qaydalara düzgün riayət edilmədikdə baş qaldırırlar.
Ardı →