Qurd və parazit əlehinə məsləhətlər


— 3-4 diş sarımsağı 1 stəkan suda saxlayın, süzün və imalə edin.

— 1 stəkan südə 1 neçə diş sarımsağı yumşalana kimi qaynadın.

Südü süzün, soyudun və onunla imalə edin. Bu üsulu uşağa da tətbiq etmək olar.

— Narın qabığını üyüdün və bir stəkan suda qaynadın.

Suyu süzün, 2 saat ərzində 3 dəfə olmaqla içib qutarın.

Yemək zamanı içmək olmaz. 

 
Davamı →

Qurd ilə qiyamətə qalmaq

Dilimizdə istifadə edilən məsəllərdən biri “ Qurd ilə qiyamətə qalmaq” ifadəsidir. Bu ifadənin Azərbaycan dilində çox qədim zamanlardan işləndiyini güman etmək mümkündür.  İfadənin işləndiyi xüsusi məqamlar var. Belə ki, bu ifadə əbədilik, uzunömürlülük mənasında işlənir.İfadənin meydana çıxmasında türk mifologiyasında geniş yayılmış bir mifoloji süjet əsas rol oynayır. Bu, boz qurdla bağlı süjetdir. Həmin mifə görə, yer üzündə qiyamət günü tufan qopacaq.

Tufan elə bir dəhşətli gücə malik olacaq ki, yer üzərindəki bütün canlıları məhv edəcək. tufanın gücünə tab gətirməyən ağaclar kökündən qopacaq, dağlar, təpələr düzənliyə çevriləcək. İnsanlar da digər canlılar kimi məhv olacaq.
Ardı →

Sədaqətli canavarlar

İnsanlar canavarlar haqqında nə bilir? Hər kəs onları qəddar, xain, təhlükəli, məkrli bilir və fikirləşir ki, onları məhv eləmək lazımdır. Bunu onları tanımayanlar belə düşünür. Əslində canavarlar çox nadir hallarda insanlara hücum edirlər. Onlar yalnız ac qalmamaq üçün ov edirlər və qətiyyən insanlarla işləri yoxdur. Təklif edirəm ki, canavarların bu zəngin və əslində məsum olan dünyasına birgə səyahət edək.

Ardı →

Qurd

Azərbaycan Türklərinin xilas, azadlıq, qurtuluş rəmzi sayılan QURD totemi hər kəsdən öncə bizlərə əzizdir. Təsadüfi deyil ki, cəmi Türklərin xarakterik xüsusiyyətlərinin bir çoxu Qurd psixologiyası üzərində qurulub və haradasa onu xatırladır. Qurdun hansı xüsusiyyətləri şüurlu insanın davranışına yaxındır? Bu sual təkcə müasir dövrün elm adamlarını deyil, hamını düşündürür. İlk növbədə qeyd edək ki,…


Ardı →