Kişi cinsiyyət sistemi

«Məsələ onda deyil ki, sizin cinsi alətiniz hansı ölçüddi,
əsas məsələ budur ki, o, uşaqlıq yolunda öz vəzifəsinin öhdəsindən necə gəlir».

Lao Tszı
Kişinin cinsiyyət orqanları-tənasül aləti (penis) və xaya kisəsindən ibarətdir. Xaya kisəsində bir cüt yumurta özünə yer tapıb. Bundan əlavə, prostat vəzisi, toxumun (spermanın) yığılıb saxlanıldığı müxtəlif orqanlar — toxum borusu, toxum qovucuğu və s. mövcuddur.
Kişinin cinsiyyət orqanları, xüsusən tənasül aləti müxtəlif ölçüdə ola bilər. Kişilərin əksəriyyətini bu amil çox narahat edir və onlar «normal» ölçünün həddi haqda məlumat almağa çalışırlar.
Orta göstəricilərə gəlincə, deyək ki, cinsi üzvün uzunluğu sakit vəziyyətdə 8-10 santimetr, dikəlmiş vəziyyətdə 12-18 santimetr olmalıdır. Lakin tibb tarixində, sakit vəziyyətdə uzunluğu 30-32 sm. çatan tənasül alətlərinin təsvir edildiyi kifayət qədər nümunələr mövcuddur. Bunlardan bəzilərinin uzunluğu di­kəlmiş vəziyyətdə 50 sm. çatır.
Davamı →