İşiqurodan yazmaqla bağlı məsləhətlər

Kazui İshiguroBildiyinizi yazmayın
“Bildiyini yaz” sözü həyatımda eşitdiyim ən axmaq şeydir. Bu söz insanları cəfəng avtobioqrafiyalar yazmağa sövq edir. Bu, yazıçıların fantaziyasını, potensialını canlandırmağa mane olur. Janr sərhədlərini boş verin+ Janr sərhədləri saydığım şeylərin əksəriyyəti nəşr sənayesinin son illərdə yaratdığı şeylər ola bilərmi?

Bəzi modellərin olduğunu görürəm, hekayələrinizi bu modellərə uyğunlaşdıra bilərsiniz, hətta bu modellər faydalı da ola bilər. Amma oxucular və yazıçılar bu sərhədləri ciddiyə alanda, onları keçsək, qəribə şeylər olacaq deyə düşünəndə, çox diqqətli olmalıyıq xəbərdarlığı edəndə çox əndişələnirəm. Mən bəzi şeylərin aşıldığını görməyi sevirəm. Deyəsən mənim mövqeyim bazar tələblərindən və sinfi yekəxanalıqdan qaynaqlanan fantaziya polisliyinin əleyhinədir.
Davamı →

Uğurlu yazarların 14 vərdişi

Amerikalı Dram yazarlarının konfransından yenicə qayıtdım və fikirlərim «soyumadan” bu yazını qələmə alıram. 
 
Əvvəlcə qeyd edim ki, bu, bədii nəsrin, əslində, bütün janrlarında yazan müəlliflərin qatıldığı bir konfrans idi. Bu qəbildən tədbirlərdə mümkün olduqca çox iştirak etməyə can atıram. Künc-bucaqda qalan istedadlardan parlaq işıqlar altında fərəhlə gəzənlərinə kimi hər sinifdən yazarla həmsöhbət olmaq imkanı əldə edirəm. Əksər hallarda çıxış, tanıtım imkanlarından şikayətçi olanların kitablarını tanıtmaq sırası gələndə „təkərlərinin boşaldığı”nın şahidiyəm. Fərasət isə tanıdığım bütün uğurlu yazıçıları birləşdirən bəlkə də, ən nəzərəçarpan cəhətdir. 
Davamı →

Yazmaq haqqında seçmə məsləhətlər

Henri Miller: “Hər gün ən gözəl instiklərimizi qətlə yetiririk. Buna görə də usta birinin yazdığı sətirləri oxuyub mənimsəyəndə, təptəzə hislərimizi boğurmuş kimi canımız ağrıyır, çünki öz gücümüzə, öz həqiqətimizə və gözəllik prinsiplərimizə inancımız yoxdur. Hər insan sükuta dalanda, özünə qarşı axıra qədər dürüst olanda ən dərin həqiqətləri ifadə edə bilər. Hamımız bu mənbədən bəslənirik. Şeylərin mahiyyəti ilə bağlı heç bir sirr yoxdur. Bütün krallar, ozanlar, musiqiçilər – hamımız yaradıcılığın bir parçasıyıq; sadəcə özümüzü açmaq, onsuz da bizdə olanı kəşf etməyimiz lazımdır.”
Mesajı: Hamımız yaradıcıyıq

Gerald Brenan: “Adam hər səhər oturub yazmaqla yazıçı olur.”
Mesajı: Yazmaq haqqında düşünmək, yazmaq haqqında danışmaq, yazmaqla bağlı narahat olmaq yazmaq deyil.

İsak Dinesen: “Hər gün bir az yazıram, ümid etmədən və ümidsizliyə qapılmadan”
Mesajı: Yazmaq həyat tərzidir.
Davamı →