Haruki Murakami "Kenquru üçün yaxşı gün" əsərindən bir hissə

Gözəl bir aprel səhəri Tokionun ən dəbli bölgəsi sayılan Harajuku səmtindəki dar küçələrin birində 100% mükəmməl bir qızın yanından keçdim.

Düzünü desəm, o elə də gözəl görünmürdü, başqalarından heç nə ilə fərqlənmirdi və geyimində xüsusi heç nə yox idi. Yuxudan oyandıqdan sonra özünü qaydaya salmadığı üçün saçının arxa tərəfi qəribə formada bükülmüşdü. Cavan deyildi, yaşı otuza yaxın olardı. Hətta, ona “qız” demək də düzgün deyildi. Amma yenə də o, mənim üçün 100% mükəmməl qız idi.  

Bir kişi qadında hansı xüsusiyyətlərin olmağını üstün tutar? İncə ayaqlar, iri gözlər, zərif əllər… Təbii ki, mən başqa şeylərə üstünlük verirəm. Mənim üçün əsas olan burun formasıdır. Onun burnunu xatırlaya bilmirəm, amma tamamilə xatırlaya bildiyim yeganə şey çox gözəl olmadığı idi.      


Ardı →