"Siz" nə zaman yaranıb?

Biz ailə üzvülərimizdən və yaxın adamlarımızdan savayı, bütün yaşlılara “siz” deyə müraciət edirik. Bəs bu şəxs əvəzliyi nə zaman yaranıb?

  “Siz” müraciəti qədim Roma dövründən bizə yadigardır. O zaman Roma dövlətində iki imperator mövcud idi. Onlardan birisi Roma şəhərində, digəri isə Konstantinopolda əyləşirdi. Onların hər hansına müraciət etmək lazım gələndə “siz” deyirdilər.

Hökmdara yazılan ərizə də “siz”  ilə başlanırdı. Sonra bu imperiya ikiyə parçalandı (Qərb və Şərq imperiyaları). Qərbi Roma bərbər qəbilələrinin hücumuna davam gətirməyib süquta uğradı. Sonralar həmin qəbilələrin ayrı-ayrı başçıları da yerli əhalidən onlara “siz” deyə müraciət etmələrini tələb etdilər.


Ardı →