«X» və «Y» nəzəriyyəsi

«X» və «Y» nəzəriyyəsi menecerlərin hərəkətlərini, onun idarəetmə fəaliyyətini izləyən amerikalı sosial psixoloq Duqlas MakQreqorun nəzəriyyələridir. MakQreqorun nəzərriyyəsinin sadəliyi və aydınlığı onların məşhurlaşmağına və problemə belə bəsit baxış üçün tənqid olmasına səbəb olmuşdu.

MakQreqor menecerlərin onlara tabe olanları ən azı iki üsul ilə idarə etdiklərini iddia edirdi. Bu üsullar insan təbiətinə iki müxtəlif baxış bucağının nəticələridirlər. Prinsipcə neqativ olan («X» nəzəriyyəsi despotikdir) və prinsipcə müsbət olan («Y» nəzəriyyəsi demokratikdir). Menecerlərin onlara tabe olan insanlara münasibətlərini izləyərək MakQreqor belə bir nəticəyə gəlmişdi ki, onların insan təbiətinə baxışları müəyyən təxmin sisteminə əsaslanır və bu sistem sonunda menecerlərə tabe olan insanlara qarşı münasibətlərini idarə edirlər.

Ardı →