Qərb filosoflarının qadına ədalətsizliyi

Artur Şopenhaur:

Qadınlar uşaqlıq illərimizdə bizim dayələrimiz və tərbiyəçilərimiz olmağa birbaşa uyğunlaşırlar – səbəbi sadədir: çünki onlar özləri də uşaqsayağı, axmaq və kəmağıldırlar- bir sözlə, həyatları boyu “böyük uşaq” kimi davranırlar, bir növ uşaqla yetkin insan arasındadırlar. Bir düşünün, bir gənc qız uşaqla günlərlə necə oynayır, rəqs edir, mahnı oxuyur və dünyada ən yüksək məqsədləri olan bir kişi onun yerində olsa, nə edərdi.

 Çarlz Darvin:

 “Uşaqlar…, daimi dost, yaşlı vaxtlarda maraqlı birisi, sevilən və oyun oynanılacaq bir varlıq… Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Evin işləri ilə maraqlanan bir adam. Musiqidən, havadan-sudan boş söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir”.


Ardı →

Çarlz Darvin

Əksəriyyət nə vaxtsa, ola bilər neçə milyon il əvvəl insanın meymundan əmələ gəlməsi fərziyyəsini eşidib. Çoxları da əmindir ki, Darvinin nəzəriyyəsinin əsas mahiyyəti elə bundadır. Meymunla qohumluğu etiraf eləmək istəməyənlər də, dindarlar da Darvinin təkamül nəzəriyyəsinə müqavimət göstərir.


«Sən ailəmizi biabır eləyirsən!»


Kiçik ingilis şəhərinin sakini, yerli gimnaziyanın şagirdi Çarlz sinifdə müəllimlər və şagirdlərin məsxərəyə qoyduğu ən rahat nişangah idi. Məktəb tərbiyəçiləri onun mavi və həmişə yuxulu gözlərinə nə qədər baxırdılarsa orda hər hansı predmetə maraq  işartıları tapa bilmirdilər. Hətta ana dilini öyrənməyə də tənbəllik edirdi. O vaxtlar gimnaziyada şagirdlərdən tələb olunurdu ki, hamı bir nəfər kimi şer yazmalıdır. Çarlz hətta ən sadə sözlərə də qafiyə tapa bilmirdi, ya da tapmaq istəmirdi.


Ardı →