Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi

Bu gün, 18 sentyabr, böyük bəstəkarımız, Qarabağın yetirdiyi dahilərdən biri, bəlkə də ən birincisi, akademik musiqimizin tarixini başladan bəstəkarın, maarifçi, xeyriyyəçi, təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən görkəmli şəxsiyyətlərindən biri Üzeyir Hacıbəyovun doğum günüdür.
Azərbaycanın sənət tarixində bütün taleyi – dünyaya gəlişindən tutmuş ölümünə, yaradıcılığına qədər bütün ömrü öz ölkəsinin, daha sonra yaşadığı regionun və hətta dünya tarixi ilə bu qədər bağlı, birləşik ikinci şəxsiyyət tapmaq çətindir. On doqquzuncu əsrin sonları, iyiriminci əsrin ortalarına qədər Azərbaycanı cənginə almış bütün siyasi proseslər, regionun müqəddəratını müəyyən edən taleyüklü hadisələr Üzeyir Hacıbəylinin də taleyində öz əksini taparaq, bu böyük şəxsiyyətin həyatının axarını müəyyən edib.

Davamı →

Nərdivan | Üzeyir bəy Hacıbəyli

Biz necə iş görürük.
Biz necə iş görürük. Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.
O şey nədir?
O şey nərdivandır.
Necə yəni nərdivan. Nərdivan nədir?
Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə,evi yıxılar ki, təpəsi dağılar.
 
Bu belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə işlər görürük.
Amma bunun səbəbi var. Səbəbi də budur.
Davamı →

Biz ilə yevropalıların təfavütü | Üzeyir bəy Hacıbəyli

Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər.
Biz də kirdən rəngi məlum omlayan mündəris bir paltar kimiyik.
Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz.
O səbəbdəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür… halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir…

Ağappaq qar kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir girvənkə mazut tök, bir addımdan məlum eləməz.

Davamı →