Çaytikanı - vitaminlərlə zəngin, şəfalı bitki

  • Flora
Qədim diyarımız Naxçıvan həm də müalicəvi bitkiləri ilə tanınır. Bu bitkilərdən xalq təbabətində geniş istifadə edilir. Çaytikanı da belə faydalı bitki növlərindəndir. Bu bitki haqqında oxucularımıza müfəssəl məlumat vermək üçün AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyevlə həmsöhbət olduq. 

O bildirdi ki, çaytikanı iydəkimilər fəsiləsinə məxsusdur. Hündürlüyü 4-6 metrə çatan bu bitkinin gövdəsinin diametri 30 santimetrdir. Qaramtıl-boz rəngli budaqları üzərində tikanları vardır. Yarpaqları ardıcıl düzülüb, neştərşəkilli-dilimli, bütövkənarlı olub, üst hissəsi yaşıl, alt hissəsi isə gümüşü rəngdədir. Çoxalması toxum, kök pöhrələri və qələmlərlə olur. Fəsilənin təqribən 3 cinsinə daxil olan 55 növü vardır. Naxçıvan Muxtar Respublikasında təbii halda yalnız bir yabanı çaytikanı növü bitir. Bioresurslar İnstitutunun təcrübə sahəsində Abşeron rayonundan introduksiya edilmiş “Zəfərani” və “Şəfa” sortları becərilir.
Davamı →

Çaytikanı

  • Flora
Çaytikanı bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Bunun səbəbi bitkinin zəngin kimyəvi tərkibidir. Çaytikanı A, B, C, K, E, P vitaminlər, kalium, maqnezium, kalsium, fosfor, pektinlər, flavonoidlər və s. aktiv maddələrlə zəngindir.

1. Çaytikanı multivitamin bitkidir və bu səbəbdən vitamin çatışmazlığından əziyyət çəkən, ağır xəstəlik, əməliyyat keçirmiş, zəifləmiş insanlar üçün çox faydalıdır.

2. A vitamini ilə olduqca zəngin olan çaytikanı görmə, dəri və selikli qişaların sağlamlığı, uşaqlara boyatma üçün çox faydalıdır.

3. B qrupu vitaminlərinə görə çaytikanı sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.
Davamı →